Yaş yarımlıq körpənin atası: Fəhləlik edirəm, gücüm çatmır balama kömək olum
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Yaş yarımlıq körpə ağır yanıq xəsarətləri alıb.
Bu barədə Oxu.Az-a onun atası Elman Müslümov məlumat verib.
O bildirib ki, oğlu Əli ehtiyatsızlıq səbəbindən qaynar qazan dolu yeməyi üzərinə aşırıb:
"Bakıda xəstəxanaların birində müalicə aldıq, amma imkansızlıq səbəbindən müalicəni yarımçıq dayandırdıq. Özüm fəhləlik edirəm. Sözün əsl mənasında çörəyim daşdan çıxır, gücüm çatmır balamın müalicəsi üçün. İndi körpəmin bu vəziyyətinin qarşısında acizəm. Sarğıları dəyişməlidir. Yaraları təmizlənməlidir. Bunların hər biri üçün gərək Əlinin yaralarına keyidici vurulsun. Mənim bunların heç birini etməyə gücüm çatmır. Əlinin yaralarından su axır artıq. Allah heç bir valideyni çarəsiz etməsin. Balamın bu vəziyyətinə dözə bilmirik. Səhərə qədər yatmır, səsi hər yeri götürür ağrıdan. Xalqımdan xahiş edirəm, bizə kömək etsinlər. Bizə ilkin xərclərin qarşılanması üçün 1000 manat lazımdır".
Əlaqə nömrəsi: 0559283378
Kapital bank: 4169 7388 9216 4272.
Baxış sayı:76
Bu xəbər 15 İyun 2025 16:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















