Icma.az
close
up
RU
Yaşadığımız cəmiyyət yaradıcı insanı necə məhv edir? Cəlil Cavanşir

Yaşadığımız cəmiyyət yaradıcı insanı necə məhv edir? Cəlil Cavanşir

Kulis.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Kulis.az Cəlil Cavanşirin yeni yazısını təqdim edir.

İncəsənət, ədəbiyyat, musiqi və digər yaradıcı sahələr insan cəmiyyətlərinin ruhunu və mənəvi inkişafını əks etdirən əsas dayaqlardan biridir.

Bununla belə, tarix boyu sənətkarların, şairlərin, yazıçıların və yaradıcı şəxslərin böyük bir qisminin həm cəmiyyətdən təcrid olunmuş, həm də maddi sıxıntılar içində yaşadıqlarını bilirik. Bu fenomen təsadüfi deyil – onun kökündə dərin sosial, psixoloji və iqtisadi səbəblər dayanır.

1. Cəmiyyətin estetik və yaradıcı dəyərlərinə laqeydliyi

Bir çox cəmiyyətlərdə iqtisadi inkişaf və texnoloji tərəqqi, mədəni və yaradıcı sahələrin kölgədə qalması ilə nəticələnir. Rəssam, yazıçı, bəstəkar və digər yaradıcı şəxslərin fəaliyyəti maddi meyarlarla dəyərləndirilmədiyi üçün onların əməyinin dəyəri çox zaman görünməz olur.

- Ənənəvi dəyərlər sistemində yaradıcı təfəkkürə yer yoxdur. Cəmiyyətlərin çoxu konkret nəticələr verən, texniki və praktiki yönümlü sahələri üstün tutur. Buna görə də yaradıcılıq, xüsusilə də eksperimental və qeyri-ənənəvi sənət yaradanlar, “lüzumsuz” hesab edilə bilər. (Bu məqamda intihar etmiş Fərhad Yalquzağı xatırladım. Fərhadla eyni peşənin sahibi olan zəngin rəssamlar ölkəmizdə də var)

- Yaradıcı insanların gördüyü işin ictimai təsiri olması üçün bəzən uzun müddət lazım olur. Qısa dövrdə səs-küy yaratmadığı üçün üçün cəmiyyət həmin əməyə lazımi dəyəri vermir. Bu isə sənətkarda məyusluq və küskünlük hissi yaradır. Bəzən intihara qədər gedib çıxır.

2. Kapitalist sistem və bazarın tələbləri ilə uyğunsuzluq

Kapitalist iqtisadi sistem bazarda rəqabət, satış və mənfəət üzərində qurulub. Bu sistem yaradıcı şəxslərin prinsipləri ilə tez-tez toqquşur.

-Sənətin əmtəəyə çevrilməsi problemdir. Kapitalist model sənət əsərini ticarət obyektinə çevirir. Bu isə sənətkarın daxili azadlığını və estetik prinsiplərini məhdudlaşdırır. Satmaq üçün deyil, yaratmaq üçün yaradan insan bazarda yer tapa bilmir.

- Mədəni və estetik dəyəri yüksək olan əsərlər çox zaman populyar ola bilmir. Əvəzində, daha sadə, səthi və tez başa düşülən, bəsit məhsullar bazarda üstünlük qazanır. Bu isə sənətkarı kənarda qoyur. (Teymur Əmrah və Üzeyir Mehdizadə nümunəsi. Hansı əsl sənətkardır? Bu sualı açıq saxlayıram)

3. Yaradıcılıq və həssaslıq

Yaradıcı insanlar çox zaman yüksək empatiya qabiliyyətinə, dərin müşahidə gücünə və emosionallığa malik olurlar. Bu xüsusiyyətlər həm onların sənətini zənginləşdirir, həm də psixoloji yüklənməyə səbəb olur.

Yaradıcı insanlar ətraflarındakı mənəvi, etik və sosial problemləri daha tez hiss edir və öz iç dünyalarında yaşadırlar. Bu isə onları cəmiyyətdən uzaqlaşdırır. (Hansısa yaradıcı insan ölkədəki ədalətsizliyə reaksiya verə bilmirsə, əmin olun ki, daxilən çürüyür.)

Yaradıcı insan çox zaman kütlənin qəbul etmədiyi həqiqətləri dilə gətirir, sistemə tənqidi yanaşırlar. Bu isə onları həm sosial çevrədən təcrid edir, həm də təzyiqə məruz qoyur. (Bu məqamda indi həbsdə olan Şəmşad Ağanı xatırlamaq yerinə düşər. Şəmşad zəngin biliyi, gözəl istedadı olan ədəbiyyatçı, şair kimi komfort arxasınca qaça bilərdi. Amma müxalif jurnalist kimi mübarizəni və həbsi seçdi.)

4. Sosial dəstəyin olmaması

Əgər yaradıcı insanlar öz bacarıqlarını dəyərləndirəcək və inkişaf etdirəcək strukturlardan məhrumdursa, bu, onların həm yaradıcılığını, həm də həyat keyfiyyətini məhv edir.
Bir çox ölkələrdə sənət fondları, təqaüdlər, yaradıcı rezidensiyalar və digər dəstək mexanizmləri zəif inkişaf edib. Bu isə sənətçinin müstəqil şəkildə yaşayıb-yaratmasını çətinləşdirir. (Məsələn, AYB üzvü olmayan yazıçı və şairlər dövlət büdcəsindən verilən prezident təqaüdündən məhrumdur. )

Həmçinin yaradıcı fəaliyyət, xüsusilə post-sovet ölkələrində, ciddi peşə kimi qəbul edilmir. Bu isə sənətkarın sosial statusuna və özünə münasibətinə mənfi təsir göstərir. (Sosial şəbəkələrdə tez qarşılaşdığımız məsələ: hansısa şairi, yazıçını və ya ümumiləşdirib sənət adamını ələ salmaq, linç etmək)

5. Yaradıcı adamın prinsipləri ilə cəmiyyətin gözləntiləri arasındakı ziddiyyət

Çox zaman yaradıcı insan "daxildən diktə olunan" bir həqiqəti ifadə etməyə çalışır. Lakin cəmiyyət, xüsusilə də kollektiv normativlərə əsaslanan qurumlar, bu fərqli səsə, üsyana qarşı dözümsüzdür.
Sənətkar "qaydaları" pozur, tabu mövzulara toxunur, sosial maskaları cırır. Bu isə çox zaman ictimai müqavimətə səbəb olur. Cəmiyyət öz tənqidçisini sevmir.

Alternativ fikirlər səsləndirən və ya dominant ideologiyaya zidd mövqe tutan yaradıcı insanlar “qəbulolunmaz”, “radikal” və ya “dəli” kimi damğalana bilir. (Son 10 ildə Kəramət Böyükçölün yaşadıqlarını xatırlamaq kifayətdir.)
Nəticəyə birlikdə nəzər salaq:

Nə qədər qəbul etməsək də, yaradıcılıqla məşğul olan insanların küskün və maddi baxımdan sıxıntılı olması sadəcə fərdi uğursuzluq deyil, bu daha sistemli və strukturlaşdırılmış bir sosial problemdir. Yaradıcı insanlar, - rəssamlar, şairlər, bəstəkarlar, yazıçılar, aktyorlar, rejissorlar və s. - cəmiyyətin ruhunu və vicdanını ifadə edən şəxslərdir. Onların küskünlüyü – cəmiyyətin öz ruhundan uzaqlaşmasının göstəricisidir. Onların kasıblığı – yaradıcı əməyin dəyərsizləşdirilməsinin nəticəsidir.

Əgər bir cəmiyyət gələcəyə daha mənəvi və zəngin baxışla baxmaq istəyirsə, o zaman bu insanların səslərini eşitməli, onları dəstəkləməli və yaşatmalıdır. Əks halda cəmiyyət yalnız iqtisadi yox, həm də mənəvi olaraq kasıblaşmağa məhkumdur. Azərbaycan addım-addım bu istiqamətdə gedir. Cəmiyyətin laqeydliyi və bivecliyi mənəviyyatın bayağılaşmasına aparır. Cəmiyyət tik-tok fenomenlərini, aşağı səviyyəli meyxanaçını, bayağı musiqiçini, təlxəklik edən aktyoru, məddahlıq edən şair və yazıçını necə lazımdır dəstəkləyir, bunun minlərlə nümunəsini ağlı başında hər kəs görür. (Məsələn qazi-şair Həsən Kür borca görə intihar edir, meyxanaçı Balaəli 150 000-lik maşında gəzir. )

Təkliflər və çıxış yolları:

1. Dövlət dəstəyi

Yaradıcılıq sahələri üçün xüsusi qrant və təqaüd proqramları yaradılmalıdır.

Yaradıcılıqla məşğul olan şəxslərə sosial təminat (sığorta, pensiya) dəstəyi verilməlidir.

Sənət əsərlərinə dövlət sifarişləri və müsabiqə əsaslı layihələr artırılmalıdır.

2. Təhsil və maarifləndirmə

Məktəb və universitetlərdə yaradıcı düşüncənin inkişafı dəstəklənməlidir.

İctimaiyyət arasında sənətə və sənətkara hörmət formalaşdırılmalıdır.

3. Rəqəmsal və bazar inteqrasiyası

Sənətçilərə rəqəmsal platformalarda satış və təqdimat imkanları genişləndirilməlidir.

Yaradıcı şəxslər üçün brendləşmə və marketinq bacarıqları üzrə təlimlər keçirilməlidir.

4. Müstəqil sənət mərkəzləri

Teatrlar, qalereyalar, ədəbiyyat evləri kimi müstəqil yaradıcı məkanlar dəstəklənməlidir.

Sərgi və festivallar üçün daha çox imkanlar yaradılmalıdır.

5. Cəmiyyətin və fərdlərin rolu

Oxucu, dinləyici və tamaşaçı olaraq sənətə daha çox ictimai maraq və dəstək göstərilməlidir.

Sosial mediada yerli sənətkarların tanıdılması təşviq olunmalıdır.

Fatih Altaylının həbsi ilə bağlı açıqlama yaydılar Amerikalı rejissor animasiyaya qayıdır - 13 ildən sonra Kinostudiyadakı partlayışla bağlı cinayət işi başlanıb
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://kulis.az
archiveBu xəbər 08 İyul 2025 18:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see402

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see294

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see268

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see240

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see224

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see204

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see202

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see200

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see190

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see186

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see181

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see178

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see177

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see177

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see170

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see170

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see167

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see163

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see156

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri