Yasamalda evdən 10 min oğurladılar
Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Paytaxtda evdən 10 min pul oğurlayan şəxslər saxlanılıb.
Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, Yasamal rayonunda talama cinayəti qeydə alınıb.
Naməlum şəxslər gecə saatlarında paytaxt sakininin evindən 10 min manat oğurlayıblar. Bu barədə zərərçəkən şəxs polisə məlumat verib. pizza
Əməliyyat-axtarış tədbiri ilə qabaqcadan əlbir olaraq cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunan 34 yaşlı Ü.Qasımov və 24 yaşlı N.Qəmbərov saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.

