Yasamalda uşaqlar faciə ilə üz üzə VİDEO
Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakının Yasamal rayonunda piyadaların hərəkəti üçün nəzərdə tutulan səkinin yararsız vəziyyətdə olması narazılığa səbəb olub.
“Bakupost” xəbər verir ki, Balababa Məcidov küçəsi ilə Zivərbəy Əhmədbəyov küçəsinin kəsişməsində çəkilən görüntülərdə yeni tikilən binanın ətrafındakı səkinin aqlay daşlarının qopduğu, ərazinin piyadaların hərəkəti üçün əlverişsiz olduğu əks olunub.
Bu barədə “Ajans.az” saytının rəhbəri Tural Müseyibov paylaşım edib.
T. Müseyibov deyir ki, səkinin bu vəziyyətdə olması xüsusilə uşaq arabası ilə hərəkət edənlər, yaşlılar və uşaqlar üçün ciddi çətinlik yaradır. O, aidiyyəti qurumların problemi diqqətdən kənarda saxladığını bildirib:
“Burada bina tikirlər. Camaat küçənin ortası ilə gedib-gəlir. Çünki səki yararsızdır. Uşaq arabası ilə keçmək mümkün deyil. Görün, bura nə gündədir. Bu binanı tikirsiniz, bəs niyə mühafizə zolağı yoxdur? Açıq qalıb, yarımçıqdır. Bəlkə də tikinti dayandırılıb. Bəs bu yolu niyə belə saxlayırsınız? Yaşlı insanlar, uşaqlar, qadınlarkeçir.
Biz maşındayıq, bunu görmürük. Bəs bu binanı tikənlər, bu yolu çəkən, düzəldənlər, ay İcra Hakimiyyətinin rəsmiləri... Vətəndaşlarla görüşürsünüz, qıraqdan kimsə sizi çəkir, paylaşırsınız, təqdimatlar edirsiniz, görüntü yaradırsınız e. Gəlin, burada da gəzin. Bəs yağış yağanda nə olacaq? Niyə belə laqeyd davranırsınız?”.
Lalə, BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 15 Sentyabr 2026 12:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















