“YAŞAT” Fondundan şəhid övladlarına beşinci “Hədiyyə karvanı”
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 30 may, AZƏRTAC
“YAŞAT” Fondunun təşkilatçılığı ilə beşinci dəfə “Hədiyyə karvanı” layihəsi reallaşdırılır.
Fondun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə reallaşdırılan sosial təşəbbüs “NEQSOL Holding”in, “Norm”un və “Bakcell”in tərəfdaşlığı ilə baş tutur.
Layihə çərçivəsində şəhidlərimizin 14 yaşınadək olan övladlarının hər birinə hədiyyə qutusu yaşayış ünvanlarında bilavasitə çatdırılır. Ümumilikdə ölkə üzrə 1700-ə yaxın uşaq əhatə olunacaq. Məqsəd onlara sevinc bəxş etmək və hərtərəfli inkişaflarını dəstəkləməkdir.
Xatırladaq ki, hədiyyə qutularının çatdırılması prosesi davam edir.
Layihənin dəstəkçiləri Abşeron Logistika Mərkəzi, “Azərsun Kağız və Karton İstehsalat Korporasiyası”dır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 30 May 2025 12:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















