FMG şəhid və qazi övladlarına məktəb ləvazimatları hədiyyə edib Fotolar
Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Yeni tədris ili münasibətilə Facility Management Group (FMG) şirkətinin kollektivi Vətən müharibəsi şəhidlərinin və qazilərinin birinci sinfə gedən övladları və onların ailələri ilə görüş keçirib.
“Qafqazinfo” xəbər verir ki, görüş zamanı 30-a yaxın şagirdə çantalar və müxtəlif məktəb ləvazimatları hədiyyə olunub.
Bundan əlavə, uşaqlar “Zefir Mall” alış-veriş və əyləncə mərkəzində xoş vaxt keçiriblər. Şəhid və qazi övladları onlara təqdim edilən hədiyyələri sevinclə qarşılayıblar.
Qeyd edək ki, Facility Management Group (FMG) şirkətinin həyata keçirdiyi korporativ sosial məsuliyyət layihələri çərçivəsində şəhid ailələri və qazilərə dəstək göstərilməsi xüsusi önəm daşıyır.
Xatırladaq ki, Facility Management Group (FMG) artıq səkkiz ildir ki, əmlak idarəçiliyi sahəsində fəaliyyət göstərir. Şirkət ofis və yaşayış binaları, biznes və ticarət mərkəzləri, eləcə də müxtəlif təyinatlı daşınmaz əmlakın idarə olunması sahəsində ölkənin aparıcı şirkətlərindən biri hesab olunur.




Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 10 Sentyabr 2025 09:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















