Icma.az
close
up
RU
Yaşayan Nostradamus dan Putinin səhhəti ilə bağlı ŞOK PROQNOZ

Yaşayan Nostradamus dan Putinin səhhəti ilə bağlı ŞOK PROQNOZ

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İl ərzində Rusiya prezidentinin sağlamlığı ilə bağlı müxtəlif şayiələr yayılıb.
"Yaşayan Nostradamus" kimi də tanınan ekstrasens Atos Salome 2026-cı il üçün proqnoz verib. Onun proqnozlarından biri Rusiya prezidenti Vladimir Putinlə bağlıdır.
Britaniyanın "Express" nəşrinin məlumatına görə, 39 yaşlı ekstrasens Kreml liderinin sağlamlığında "nevroloji" böhran olacağını proqnozlaşdırır. O, COVID-19-un yayılması və Kraliça II Yelizavetanın ölümü ilə bağlı proqnozlar da daxil olmaqla, sonradan gerçəkləşən bir neçə proqnoz verdikdən sonra şöhrət qazanıb.
"Yaşayan Nostradamus" gələn il üçün proqnozların siyahısını eksklüziv olaraq “Express” ilə paylaşıb. Siyahıda Rusiya, Hindistan və Almaniyada qlobal güc dinamikasında dəyişiklik yer alır. Onun sözlərinə görə, bu, "planetin görünməz yenidən qurulmasıdır". 
Salome iddia edir ki, Kremldən "partlayıcı hadisələr" gözlənilir.
“Moskvada Vladimir Putin strateji qərar qəbul etməsinə mane olacaq nevroloji böhranla üzləşir. Putin, çox güman ki, sağlamlığına üstünlük verəcək və Patruşev, Şoyqu və Bortnikovun triumviratının 2026-cı ilin may ayına qədər hakimiyyətdə qalmasına yol açacaq”, - o bildirib.
Məqalə müəllifləri qeyd edirlər ki, yuxarıda adı çəkilən şəxslər Putinin yaxın adamları hesab olunurlar. Nikolay Patruşev prezidentin rəsmi köməkçisi, Sergey Şoyqu Təhlükəsizlik Şurasının katibi və Rusiya Müdafiə Nazirliyinin keçmiş rəhbəridir. Aleksandr Bortnikov isə Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktorudur.
İl ərzində Rusiya liderinin səhhəti ilə bağlı müxtəlif şayiələr yayılıb. Ölkənin 73 yaşlı liderinin hər hansı bir spesifik sağlamlıq problemindən əziyyət çəkib-çəkmədiyi hələ də məlum deyil. Lakin oktyabr ayında Kreml onun iki həftəlik ictimaiyyətin diqqətindən kənarda qaldıqdan sonra xəstəxanaya yerləşdirildiyini təsdiqləyib.
"Yaşayan Nostradamus" 2026-cı il üçün daha nə proqnozlaşdırır?
Atos Salomenin sözlərinə görə, Hindistanda yaşıl hidrogen üzrə Milli missiya ilə bağlı korrupsiya qalmaqalı yaranacaq. Bu hadisə baş nazir Narendra Modini istefa verməyə məcbur edə bilər.
Ekstrasens hesab edir ki, bu, Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika, Misir, Efiopiya, İran, İndoneziya və Birləşmiş Ərəb Əmirliklərinin üzv olduğu BRICS-də tarazlığı pozacaq.
"Vəziyyət qanunvericilik çevrilişinin mümkün olduğunu göstərir, lakin bu vəziyyəti tərsinə çevirmək üçün hələ də imkanlar var. Modi gərginliyin çıxış yolu olmadan institusional böhrana çevrilməzdən əvvəl ehtiyatlı və qətiyyətli hərəkət etməli, trayektoriyanı strateji və məsuliyyətlə tənzimləməlidir", - o bildirir.  (lent.az)
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:227
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 14 Dekabr 2025 15:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see383

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see360

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see348

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see304

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see288

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see270

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see259

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see258

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see255

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see250

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see236

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see235

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see235

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see228

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see223

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see221

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see203

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see203

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see200

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri