Icma.az
close
up
RU
Yaşı 5 dən az olan uşaqlara diqqət Təhlükə var

Yaşı 5 dən az olan uşaqlara diqqət Təhlükə var

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son illər dünyada uşaq ölümlərinin sayı artıb. Bu qorxunc tendensiya erkən doğum nəticəsində dünyaya gələn uşaqlar arasında özünü daha qabarıq şəkildə göstərir.

Ölkə.az xəbər verir ki, 37 həftədən tez baş tutan doğum erkən doğum sayılır. Həmin uşaqların ağciyəri və ürəyi tam formalaşsa da, bağırsaq sistemi öz funksiyasını ideal şəkildə yerinə yetirə bilmir. Buna görə də bu kateqoriyaya daxil olan uşaqlar 5 yaşıa kimi risk qrupuna aid edilirlər. Digər həmyaşıdları ilə müqayisədə onların xəstələnmək ehtimalı ikiqat yüksəkdir.

Uşaq xəstəlikləri üzrə uzman doktor Reyhan Tamer bildirib ki, erkən doğum nəticəsində dünyaya gələn uşaqların valideynləri xüsusilə diqqətli olmalıdırlar. Həkimin sözlərinə görə, belə uşaqların orqanizmi həssas olduğu üçün onlar həmyaşıdlarından daha tez virusa yoluxurlar. "Erkən doğulan uşaqların ən azı 5 yaşı tamam olana kimi qripə yoluxmuş şəxslərlə ünsiyyəti yolverilməzdir", - həkim deyib.

Mütəxəssis siqaret çəkən valideynlərin azyaşlı övladlarının səhhəti üçün ciddi təhlükə mənbəyi olduğunu vurğulayıb. Onun sözlərinə görə, valideynlərin balkonda siqaret çəkməsi təhlükəni tamamilə ortadan qaldırmır: "Siqaretin qoxusu paltara hopur və ünsiyyət zamanı uşaqlara ötürülür".

Reyhan Tamer təkcə həssas qrupa daxil olan uşaqların deyil, hətta sağlam uşaqların da qələbəlik olan məclislərdə iştirakını məqsədəuyğun saymır: "Qış aylarında xəstəliklər daha da artır. Məclislərdə yanaşı əyləşdiyimiz adamların hansı virusun daşıyıcısı olduğunu bilmirik. Uşaqların yad insanlarla təmasına məhdudiyyət qoyulmalıdır. Üç-yüz, bəzən beş yüz, yeddi yüz qonağın bir araya gəldiyi şadlıq evləri uşaqlar üçün təhlükəli məkan sayılır".

Mütəxəssis valideynlərə azyaşlı övladlarını 3, ən gec 6 aydan bir həkim müayinəsindən keçirməyi tövsiyə edib./Metbuat.az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://olke.az
archiveBu xəbər 08 Dekabr 2025 13:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see548

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see472

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see432

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see298

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see297

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see296

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see289

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see283

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see277

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see270

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see262

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see249

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see240

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see232

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see223

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see220

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see218

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see211

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see195

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri