Icma.az
close
up
RU
Diqqət! Bu şəxslərin pensiya yaşı 5 il endirildi

Diqqət! Bu şəxslərin pensiya yaşı 5 il endirildi

Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.


Baş nazir Əli Əsədov "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda dəyişiklik edilməsi haqqında qərar imzalayıb. Yeni sənədlə daha tez pensiyaya çıxanların siyahısı dəqiqləşdirilərək müəyyən əlavələr edilib. Belə ki, qızıl otağının nəzarətçiləri və emal, qırma, daşıma, topaqələviləşdirmə sahələrində nəzarətçilər əlavə olunmaqla mühəndislər, o cümlədən elektrik mühəndislər ilə yanaşı, metallurqlar güzəştli siyahıya daxil ediliblər.

Bakupost.az .az xəbər verir ki, bu barədə iqtisadçı-deputat Vüqar Bayramov paylaşım edib.

Deputat Nazirlər Kabinetinin etdiyi son dəyişikliklər kontekstində ən çox ünvanlanan sorğulardan biri də güzəştli şərtlər ilə pensiya hüququ kimlərə şamil olunması ilə bağlıdır.

O, daha tez pensiyaya çıxmaq hüququ yalnız çoxuşaqlı ailələrə deyil, bir sıra digər vətəndaşlarımıza da şamil olunduğunu deyib:

“Güzəştli şərtlər ilə pensiya hüququ "Əmək pensiyaları haqqında" Qanunla təsbit olunub. Belə ki, Qanunun 8-ci maddəsi "uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olan şəxsləri", 9-ci maddəsi isə "güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxsləri" müəyyən edir.

Sözügedən Qanuna əsasən, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan və ya əlilliyi olan uşağı olan qadınların və kişilərin, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var. Bu o deməkdir ki, çox uşaqlı ailələrdə analar 59, əgər bu hüquqdan atalar isə istifadə edirsə o zaman onlar 60 yaşında pensiyaya çıxırlar.

Qanunun 9-cu maddəsinə güzəştli şərtlər ilə pensiya hüququ qazanan vətəndaşlarımızın isə siyahısı kifayət qədər genişdir. Belə ki, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin Nazirlər Kabinetinin təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Bununla yanaşı, hipovizqanizm xəstəliyinə tutulan şəxslərin (liliputların) və fizioloji mütənasibliyi pozulmuş cırtdanboy şəxslərin azı 5 il sığorta stajı olduqda pensiya yaş həddi 20 il azaldılır.

Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə çalışanların həmin işlər üzrə azı 25 il, səhhətinə görə uçuş işindən azad olunmuş şəxslərin isə həmin işlər üzrə azı 20 il sığorta stajı olduqda 15 il tez əmək pensiyası ala bilirlər. Eyni zamanda, bir sıra dövlət sektorlarında, o cümlədən prokurorluq, hərbi xidmət, ədliyyə orqanları və s. çalışanların da qulluq müddətindən asılı olaraq daha tez pensiyaya çıxmaq hüquqları vardır.

Bütün bunlar ilə yanaşı, daha çox vətəndaşlarımıza tez pensiyaya çıxmaq hüququnun verilməsi ilə bağlı təkliflərimizi də təqdim edirik. Pensiya islahatların dərinləşməsi pensiya yaşının müəyyənləşdirilməsində kəmiyyət göstəriciləri ilə yanaşı, keyfiyyət göstəricilərindən istifadəni daha da aktuallaşdırır”.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 31 İyul 2025 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see131

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri