Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Yaşı 50 dən aşağı olanların NƏZƏRİNƏ

Yaşı 50 dən aşağı olanların NƏZƏRİNƏ

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

Alimlər 50 yaşdan aşağı insanlarda onkoloji xəstəliklərin artmasında əsas risk faktorlarından birinin piylənmə olduğunu bildiriblər.

"The Independent” nəşrinin məlumatına görə, bu nəticə genişmiqyaslı yeni araşdırmada ortaya çıxıb. 2023-cü ildə İngiltərədə 20–49 yaş arası şəxslər arasında təxminən 31 min xərçəng halı qeydə alınıb (təxminən hər min nəfərə bir xəstəlik). Müqayisə üçün, 50–79 yaş qrupunda bu göstərici 244 min hal (hər yüz nəfərə bir) olub. Gənc xəstələr arasında ən çox rast gəlinən növlər döş xərçəngi (8,5 min hal), bağırsaq xərçəngi (3 min hal) və melanoma (2,8 min hal) olub.

Xərçəng Araşdırma İnstitutu və "İmperial College London” alimləri müəyyən ediblər ki, siqaret, alkoqol və qırmızı ət istehlakı kimi ənənəvi risk faktorları sabit qalıb və ya azalıb. Bunun əksinə olaraq, 1995-ci ildən bəri piylənmə səviyyəsi davamlı şəkildə artır.

Bununla belə, tədqiqat müəllifləri bildirirlər ki, bədən kütlə indeksi (BMI) artımı təkbaşına gənclər arasında xərçəng artımını tam izah etmir. Ola bilsin ki, bir neçə faktorun – həm məlum, həm də hələ tam öyrənilməmiş amillərin – birgə təsiri mövcuddur. Xərçəng Araşdırma İnstitutunun professoru Monse Qarsiya-Klosas bildirib ki, gənclərdə bağırsaq xərçəngi hallarının təxminən 15 faizi piylənmə ilə əlaqəli ola bilər. Ümumilikdə isə halların 40–50 faizi artıq çəki, fiziki aktivliyin azlığı, alkoqol və siqaret kimi faktorların birgə təsiri ilə izah edilir.

Araşdırmalara əsasən, 2001–2019-cu illər arasında bağırsaq xərçəngi hallarının təxminən 20 faiz artımı məhz BMI artımı ilə əlaqələndirilə bilər. "İmperial College London”un professoru Mark Qyunter qeyd edib ki, piylənmə təxminən 19 müxtəlif xərçəng növü ilə bağlıdır. Artıq çəkili insanlarda yüksək insulin səviyyəsi şişlərin böyüməsini stimullaşdıra bilər. Bundan əlavə, xroniki iltihab da mühüm rol oynayır.

Alimlər xərçəng artımının bütün bioloji və ekoloji səbəblərini daha dəqiq anlamaq üçün genişmiqyaslı uzunmüddətli tədqiqatların aparılmasına çağırırlar. Onların fikrincə, səbəblər tam aydın olmasa belə, piylənmə ilə mübarizə artıq səhiyyə siyasətində prioritet olmalıdır.

Araşdırmada 2001–2019-cu illər üzrə İngiltərənin milli onkoloji reyestrinin məlumatları təhlil edilib. Nəticədə 20–49 yaş arası insanlarda artım göstərən 11 xərçəng növü müəyyən edilib: qalxanabənzər vəz, çoxsaylı mieloma, qaraciyər, böyrək, öd kisəsi, bağırsaq, mədəaltı vəzi, endometrium, ağız boşluğu, döş və yumurtalıq xərçəngi.

Qeyd olunur ki, ağız boşluğu xərçəngi istisna olmaqla, bu növlərin hamısı artıq çəki ilə əlaqələndirilir. Əksər hallarda xəstələnmə həm gənclər, həm də yaşlılar arasında artır. Yalnız bağırsaq və yumurtalıq xərçəngi gənclər arasında ayrıca artım göstərir.

Bundan əlavə, alimlər bildiriblər ki, gənc qadınlarda BMI ilə əlaqəli bağırsaq xərçəngi halları ümumi statistikada qeyri-BMI faktorları ilə bağlı hallardan azdır. Bu isə artımın yalnız piylənmə ilə izah olunmadığını göstərir. Oxşar tendensiya kişilər arasında da müşahidə edilib.

Digər ehtimal olunan amillər sırasında ultra-emal olunmuş qidalar, antibiotiklər və ətraf mühit faktorları göstərilir. Lakin bu faktorların bir çoxu Böyük Britaniyada ya sabitdir, ya da azalır ki, bu da səbəblərin kompleks araşdırılmasının vacibliyini artırır.

Xərçəng Araşdırma İnstitutunun professoru Qarsiya-Klosas bildirib ki, yeni məlumatları gözləmədən belə, dövlət səviyyəsində piylənmə ilə mübarizə gücləndirilməlidir.

Britaniya Xərçəng Araşdırma Mərkəzinin rəhbəri Mişel Mitçell də gənclər arasında xərçəng artım tendensiyasını təsdiqləyib. Onun sözlərinə görə, erkən diaqnostika yaxşılaşdığı üçün statistika da yüksələ bilər, lakin bu, problemin ciddiliyini azaltmır. O, profilaktika üçün zərərli qida reklamlarının məhdudlaşdırılmasını, sağlam məhsulların təşviqini və siqaretlə mübarizəni vacib sayır. /Ajans.az/

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:147
embedMənbə:https://moderator.az
archiveBu xəbər 30 Aprel 2026 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see515

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see486

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see298

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see277

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see271

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see268

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see260

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see259

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see257

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see253

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see252

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see235

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see232

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see231

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see224

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see223

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see211

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see207

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see205

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri