Icma.az
close
up
RU
Yaşı 70 i keçmiş yüksək vəzifəli məmurlar ARAŞDIRMA

Yaşı 70 i keçmiş yüksək vəzifəli məmurlar ARAŞDIRMA

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son illərdə Azərbaycanda aparılan islahatlar sayəsində gənc və peşəkar kadrların yüksək vəzifələrə təyin olunması mütəmadi hal alıb. Buna baxmayaraq, yüksək vəzifə tutan təcrübəli məmurların sayı da az deyil.
Bizim.Media hazırda yüksək vəzifə tutan ən yaşlı məmurların siyahısını təqdim edir:
 

MÖVZU İLƏ BAĞLI:
20 ildən çoxdur icra başçısı işləyən məmurlar – ADLAR


Yaqub Eyyubov
80 yaşlı Yaqub Eyyubov 1999-2003-cü illərdə Azərbaycan Respublikası Nazirlər Kabinetində Baş nazirin müavini vəzifəsini icra edib. 2003-cü ildən etibarən isə Y.Eyyubov Azərbaycan Respublikası Baş nazirinin birinci müavinidir.
Məleykə Abbaszadə
Dövlət İmtahan Mərkəzi İdarə Heyətinin sədri Məleykə Abbaszadə 30 ildən artıqdır ki, vəzifə başındadır. O bir zamanlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədr əvəzi, sonra isə sədri olub. Sonradan adı dəyişdiriliən quruma  Məleykə Abbaszadə yenidən rəhbər təyin edilib. Məleykə Abbaszadənin 72 yaşı var.
Məzahir Pənahov
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov 25 ildir vəzifə başındadır. O 2000-ci ilin may ayından seçkiləri həyata keçirən quruma rəhbərlik edir. 74 yaşlı Məzahir müəllim artıq 25 ildir eyni postda çalışır.
Kamran İmanov
Əqli Mülkiyyət Agentliyinin sədri Kamran İmanov yaşlı məmurlardan biridir. O 1995-2006-cı illərdə bu vəzifədə çalışıb. 2007-2008-ci illərdə Nazirlər Kabineti yanında “İçərişəhər” Tarixi-Memarlıq Qoruğu İdarəsinin rəhbəri olub. 2008-ci ildə yenidən  Müəllif Hüquqları Agentliyinin sədri vəzifəsinə qaytarılıb. Sonradan qurumun adı dəyişdirilərək Əqli Mülkiyyət Agentliyi olub. Qeyd edək ki, Kamran İmanovun 79 yaşı var.
Adil Məmmədov
Qobustan rayonu İcra Hakimiyyətinin başçısı Adil Məmmədov da 31 ildir "icra başçısı" titulunu daşıyır. 73 yaşlı Adil Məmmədov 1994-2002-ci illərdə Oğuz, 2002-2004-cü illərdə Qəbələ, 2004-2011-ci illərdə Biləsuvar rayonlarının icra başçısı olub. 26 aprel 2011-ci ildə isə Qobustan rayonunun icra başçısı vəzifəsinə təyin edilib.
Novruz Novruzov
Siyəzən rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov 1995-ci ildən vəzifə başındadır. O, 1995-2002-ci illərdə Lerik, 2002-2007-ci illərdə Goranboy, 2007-2019-cu illərdə isə Şabran rayonlarının icra başçısı olub. 5 aprel 2019-cu ildən Siyəzən rayon İcra Hakimiyyətinə rəhbərlik edən Novruz Novruzovun 71 yaşı var.
Malik İsaqov
Qubadlı rayonu İcra Hakimiyyətinin başçısı Malik İsaqov 24 ildir adıçəkilən rayona rəhbərlik edir. O, 2001-ci ildə Qubadlının icra başçısı vəzifəsinə təyinat alıb. Malik İsaqovun 72 yaşı var.
Vahid Novruzov
Respublika Auditorlar Palatasının sədri Vahid Novruzov 1950-ci il yanvarın 7-də anadan olub. 1996-cı il aprelin 5-dən indiyə kimi Azərbaycan Respublikası Auditorlar Palatasının sədri vəzifəsində işləyir. Vahid Novruzovun hazırda 75 yaşı var.
İsa Həbibbəyli
AMEA-nın prezidenti İsa Həbibbəyli 16 oktyabr 1949-cu ildə anadan olub. 76 yaşlı Akademik 2022-ci ildən AMEA-nın prezidentidir.
Elman Rüstəmov

2022-ci ildə bəri Baş nazirin müşaviri vəzifəsində çalışan Elman Rüstəmov 1952-ci ildə anadan olub. Hazırda 73 yaşı olan Elman Rüstəmov 1995-2022-ci illərdə Mərkəzi Bankın sədri vəzifəsini icra edib.
Surxay Atakişiyev, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:233
embedMənbə:https://bizim.media
archiveBu xəbər 23 Yanvar 2025 09:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see292

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see280

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see250

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see225

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see223

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see220

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see214

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see210

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see210

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see200

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see190

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see187

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see186

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see186

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see184

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see184

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see183

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see180

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see180

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri