Icma.az
close
up
RU
“Yaşıl artım” hədəflərinə doğru...

“Yaşıl artım” hədəflərinə doğru...

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyinin yaradılması ekoloji, iqtisadi və sosial prioritetlərə çatmağa imkan verəcək

Prezident İlham Əliyevin imzaladığı “Tullantıların idarə edilməsinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” müvafiq fərmana əsasən,  Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb. Agentliyə tullantıların idarə edilməsi, (yığılması, çeşidlənməsi, daşınması, yerləşdirilməsi, emalı, istifadəsi, utilizasiyası, zərərsizləşdirilməsi və basdırılması) və tullantı haqlarının toplanması sahəsində dövlət nəzarətini, tənzimləməni və əlaqələndirməni həyata keçirmək həvalə edilib. Bu qərar ölkədə ekoloji standartların tətbiqi və tullantıların iqtisadi dövriyyəyə cəlb edilməsi məqsədi daşıyır.

“Təmiz şəhər”in təcrübəsi əsasında

Hazırda Azərbaycan müasir iqtisadi çağırışlara uyğun olaraq sənayenin sürətli inkişafının ətraf mühitə mənfi təsirinin azaldılması və təmiz ətraf mühit prinsipləri əsasında davamlı tədbirlər həyata keçirir. “Azərbaycanın 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində əsas hədəflərdən biri “təmiz ətraf mühit və yaşıl artım” prinsipidir. Həmin yanaşma ekoloji tarazlığın qorunması, bərpaolunan enerji mənbələrindən geniş istifadə və “yaşıl texnologiyalar”ın tətbiqi, tullantıların idarə olunması və təkrar emalı sisteminin səmərəliliyinin artırılması və digər məqsədləri nəzərdə tutur. Bu baxımdan tullantıların idarə edilməsinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlərə ciddi ehtiyaclar meydana çıxıb.

Qeyd edək ki, hazırda Azərbaycanda tullantıların idarə edilməsi sahəsində əsas fəaliyyət “Təmiz şəhər” ASC tərəfindən həyata keçirilir. Həmin qurum Bakı şəhəri və Abşeron yarımadasının ekoloji durumunun sağlamlaşdırılmasına xidmət edən tədbirlər planınına uyğun olaraq, tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsi ilə məşğul olub. 2009-cu ildən fəaliyyət göstərən bu qurum ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətindəki əldə etdiyi müsbət nəticələr nəzərə alınmaqla, 2021-ci ildən Şuşa şəhərinin ərazisində yaranan bərk məişət tullantılarının yığılması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi də “Təmiz şəhər” həvalə edilib. 2021-ci ilin sonunda isə ASC Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib. Dövlət başçısının 2022-ci il tarixli fərmanı ilə digər azad ərazilərdə də bərk məişət tullantılarının yığılması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi “Təmiz Şəhər”ə tapşırılıb.

Təmiz ətraf mühit və “yaşıl enerji” naminə

Ölkənin digər regionlarında isə məişət tullantılarının idarə olunması sisteminin tətbiqi faktiki olaraq yoxdur, yerli kommunal xidmət müəssəsiləri bu işə vahid və ardıcıl sistem əsasında həyata keçirə bilmir. Ona görə də, tullantıların idarə olunmasında səmərəlilik zənciri pozulur və vahid tənzimləmə sistemi tam ölkə üzrə təmin olunmur.

Təhlillərə görə, 2025-ci ilin statistikasına görə, Azərbaycanda 4,4 milyon ton tullantı yaranıb ki, onun 74 faizi məişət, 26 faizi istehsalat təyinatlıdır. Bu həcmdə tullantı bazasının çeşidlənməsi və idarə olunması vahid koordinasiya tələb edir.

Bu baxımdan yeni yaradılan agentlik bu məsələləri kompleks və vahid bir pəncərə əsasında quracaq. Belə ki, ölkənin digər iri şəhərlərində və rayon mərkəzlərində Balaxanıda mövcud olan çeşidləmə və zərərsizləşdirmə müəssisələrinin infrastrukturlarının qurulması sayəsində tullantıların bütün ölkə boyu eyni standartla toplanması və daşınması təmin olunacaq. Həmin tədbirlər isə “Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2027-2030-cu illər üçün Milli Strategiya”sı çərçivəsində həllini tapacaq.

Yeni agentlik hansı faydaları verəcək?

Agentlik tullantıların idarə edilməsində ekoloji funksiyanı həyata keçirməklə yanaşı, iqtisadi və sosial standartların da tətbiqinə nail olacaq. Belə ki, məişət tullantılarının çeşidlənməsi və emalı ekoloji məqsəd daşımaqla yanaşı, plastik və kağız materialların təkrar emalı, üzvi gübrə istehsalı istehsalını təmin edəcək ki, bu da sırf iqtisadi mahiyyət kəsb edir. Eləcə də elektrik enerjisi istehsalı prosesi yaranmış olacaq. Mütəşəkkil idarəetmə sayəsində yüz min hektarlarla torpaq sahəsi qanunsuz və ya köhnə tullantı poliqonlarından təmizlənərək kənd təsərrüfatı və ya digər məqsədlər üçün yenidən istifadəyə veriləcək. Nəticədə aqrar sənaye üçün gübrə istehsalı mənbələrindən birinin yaranması kənd təsərrüfatı sektorunda yerli təminat səviyyəsinin yüksəlməsinə səbəb olacaq. Tullantıların idarə edilməsindən əldə edilən elektrik enerjisi də mühüm resurs deməkdir. 2025-ci ildə ölkədə istehsal olunan elektrik enerjisinin 222,1 milyon kilovat-saat Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda istehsal edilib. Bu, su elektrik stansiyaları və digər bərpaolunan enerji portfelinin təxminən 9-10 faizi deməkdir. Bölgələrdəki şəhər və rayonlarda Balaxanının nümunəsində Bərk Məişət Tullantılarının Yandırılması zavodlarının yaradılması bu sahədən əldə edilən enerjinin gücünün ən azı 4-5 dəfə artmasına səbəb ola bilər. Bu, məişət tullantılarının emalından ildə ən azı 1 milyard  kilovat-saat enerji istehsalı deməkdir. Bu isə “yaşıl enerji” prinsiplərinə çatmaqda hədəflənən dövlət strategiyasının icrasında yeni dayanıqlı resurs nöqtəsi deməkdir.

Beləliklə, yeni agentlik tullantıların vahid mərkəzdən idarə olunmasını həyata keçirməklə, ekoloji mühitin sağlamlaşdırılmasında, təmiz ətrah mühit - “yaşıl enerji” və dayanıqlı inkişaf hədəflərinə çatmaqda mühüm rol oynayacaq.

E.CƏFƏRLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 16 May 2026 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see329

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see327

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see319

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see280

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see268

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see251

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see247

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see239

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see231

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see229

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see223

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see222

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see213

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see212

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see209

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see202

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see201

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see197

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see196

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri