“Yaşıl artım portalı” ölkələrə və investorlara yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək AZƏRTAC
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 27 noyabr, AZƏRTAC
İqtisadiyyat Nazirliyi və Harvard Universitetinin əməkdaşlığı əsasında hazırlanaraq COP29-da (COP29 Azerbaijan) təqdim olunan “Yaşıl artım portalı” (https://growthlab.app/greenplexity) ölkələrə və investorlara yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, universitetin “Growth Lab” (Harvard's Growth Lab) Beynəlxalq İnkişaf Mərkəzinin təsisçisi və direktoru, professor Rikardo Hausmanın rəhbərliyi ilə yaradılmış interaktiv alət yaşıl dəyər zənciri üzrə tədqiqat məlumatlarını əhatə edir: ““Yaşıl artım portalı” karbonsuzlaşmaya xidmət edən yeni sənaye sahələrinin, yeni bazarların və inkişaf istiqamətlərinin formalaşmasını stimullaşdıracaq. Karbonsuz iqtisadiyyat üçün təchizatçı olmaq yaşıl artıma və qlobal emissiyaların azalmasına töhfə verəcək”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 27 Noyabr 2024 10:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















