Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Yaşıl Azərbaycana keçməliyik: hansı problemlər var, nə etmək olar? ANALİZ

Yaşıl Azərbaycana keçməliyik: hansı problemlər var, nə etmək olar? ANALİZ

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

Son 30 ildə ölkə meşələrinin sahəsi kəskin azalıb, paytaxtda isə əhalinin sayı 2 dəfə artsa da, yaşıllıq sahəsi 2 dəfə azalıb

Əkinçilik və maldarlıq formalaşmamışdan əvvəl dünyanın quru ərazisində meşələrin payı 56 faiz təşkil edirdi. Hazırda bu göstərici 30 faizdən aşağı düşüb, yəni 2 dəfəyə yaxın azalıb. Hazırda dünya üzrə meşə örtüyünün sahəsi 4 milyard hektardır. Bunun 809 milyon hektarı Rusiyanın, 478 milyon hektarı Braziliyanın, 310 milyon hektarı Kanadanın və 303 milyon hektarı ABŞ-ın payına düşür. Son 200 ildə dünya üzrə meşə ərazilərinin sahəsi 2 dəfədən çox azalıb. Son illərdə dünyanın ən böyük meşə sahələrdə (Amazon, Sibir, Avstraliya, Kaiforniya və s.) baş verən yanğınlarda çox nəhəng meşəliklər məhv oldu. Həmçinin, Yunanıstan, Türkiyə, Meksika kimi ölkələrdə böyük meşə sahələri yandı. Getdikcə planetimizdə yaşıllıq sahələrinin payı azalır ki, bu da çox ciddi ekoloji böhranlara gətirib çıxara bilər.

XVIII-XIX əsrlərdə indiki Azərbaycan ərazisinin 35%-i meşə ilə örtülü olub. Hazırda bu göstərici 11 faiz təşkil edir ki, bu da dünyada aşağı göstəricilərdən sayılır. Bu rəqəm Rusiyada 44%, Latviyada 41%, Gürcüstanda 39% təşkil edir.

Son 30 ildə ölkəmizin meşə təsərrüfatı xeyli itki verib. Belə ki, 90-cı illərin əvvəllərindən başlayaraq uzun müddət regionlarda təbii qazla təminat olmadığından meşələrin, yaşıllıqların qırılması baş verirdi. Bundan başqa, Ermənistan tərəfindən işğal olunan Qarabağ zonasında meşələrin çoxu qırılıb satılırdı.

Qeyd etmək lazımdır ki, son 30 il ərzində əhali və ağac emalı müəssisələri tərəfindən meşə ehtiyatlarına təzyiqin arması müşahidə olunur. Respublikanın mərkəzində sipər rolunu oynayan Kürqırağı Tuqay meşələrinin 80 %-i məhv olub; dağ və dağətəyi meşələr sistemsiz qırılıb sıradan çıxır. Təbii bərpa edilmə imkanları ciddi surətdə məhdudlaşır (qanunsuz olaraq mal-qara otarılması, normadan artıq antropogen təsir) və nəticədə Azərbaycanın əvəzedilməz yaşıl örtüyünün gələcəyi itirilmə təhlükəsi qarşısında qalır.

Bir neçə il əvvəl Ekoloq Jurnalistlər Birliyi Beynəlxalq Vəhşi Təbiəti Mühafizə Fondunun dəstəyi ilə bir layihə keçirirdi. Bu sətrilərin müəllifi də həmin layihədə iştirak edirdi. Meşələrdə, qoruqlarda monitorinq apardıq, bəzi problemləri qeydə aldıq. Məsələn, meşələrdə araba və maşınlarla odun daşıyanlara rast gəldik, onların çoxu qurumuş deyil, sağlam ağaclar idi. Bəziləri hansısa arayış göstərərək bunu məktəblər və bağçalar üçün apardıqlarını bəhanə edirdilər, halbuki çoxu satış məqsədilə kəsilir.

Azərbaycan onsuz da ərazisinə görə meşə sahəsinin ən az olduğu ölkələrdəndir. Bunun qarşısı alınmasa, tezliklə olan-qalan meşələr də yoxa çıxacaq.

Qeyd etməliyik ki, son 10-15 ildə həm Ekologiya və Təbii Sərvətlər Nazirliyi, həm də Heydər Əliyev Fondu tərəfindən kütləvi aşac əkmə kampaniyaları həyata keçirilib, müxtəlif ərazilərdə milyonlarla yeni tinglər əkilib. Lakin bu işi davam etdirməyə ehtiyac var. Həm də təkcə dövlət səviyyəsində yox, fərdi və ictimai səviyyədə belə işlər görülməlidir.

Şəhər mühitinin rahatlığının yüksəldilməsində və çirklənməsi səviyyəsinin aşağı salınmasında yaşıllığın böyük rolu var. Belə ki, şəhərdə (və ya hər hansı yaşayış məntəqəsində) yaşıllıqların salınması, ağacların əkilməsi, bağların, parkların yaradılması həm havanın təmizlənməsinə, həm ərazinin abadlaşdırılmasına, həm də insanların istirahəti üçün gözəl məkanların çoxalmasına müsbət təsir göstərir.

Çox təəssüflər olsun ki, son vaxtlar bu yaşıllıqların, xüsusilə də, ağacların kəsilməsi, məhv edilməsi faktları ilə tez-tez qarşılaşırıq. Bu sahədə mövcud olan problemlərin həlli, insanların ekoloji maarifləndirilməsi çox vacibdir.

Son 10-15 ildə ölkənizin inkişafı göz qabağındadır. Şəhərlərimiz abadlaşır və müasirləşir. Gözəl park və xiyabanlar, geniş prospektlər, möhtəşəm və modern binalar salınır. Amma eyni zamanda, iri şəhərlərdə əhalinin sıxlığı, çoxlu sayda avtomobillərin havaya buraxdığı zərərli maddələr, yaşıllıqların bəzi yerlərdə məhv edilməsi, ağacların vaxtında suvarılmaması, habelə bilərəkdən kəsilməsi və məhv edilməsi faktlarını da görməmək mümkün deyil.

Əlbəttə, son illərdə Bakıda xeyli abadlıq işləri görülüb, yaşıllıqlar, parklar salınıb. Lakin hələ də yaşıllıq səviyyəsi arzulanan həddə deyil. Sovet dövründə– 80-ci illərdə Bakıda yaşıllığın ümumi həcmi 15-16 min hektar təşkil edib, hazırda isə təxmini hesablamalara görə bu rəqəm 7-8 min hektar təşkil edir. Bu müddətdə paytaxtda əhalinin sayı 2 dəfə artıb, yaşıllıq sahəsi 2 dəfə azalıb, demək problem 4 dəfə kəskinləşib.

Əraizisi 214 min hektar olan Bakıda yaşıllıq sahəsi 1000 hektara yəni, 0,5 faizə belə çatmır, dünya şəhərləri ilə müqayisə etsək, bu göstərici Moskvada 49 faiz, İstanbulda 2.2%, Tokioda 7,5%, Parisdə 9.5%, Berlində 14,4%, Nyu-Yorkda 27%, Londonda 33%, Vyanada 45%, Osloda 68% təşkil edir. Göründüyü kimi, Bakı səhra şəhəri vəziyyətindədir.

Buna görə də, paytaxtda və ətrafında böyük yaşıllıq kampaniyaları keçirilməlidir, bütün mümkün yerlərdə ağaclar əkilməlidir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Heydər Əliyev Fondundan başqa bu işi görən yoxdur. Bu işə ictimai təşkilatlar da maraq göstərməlidirlər. Ekoloji qeyri-hökumət təşkilatları fondlardan aldıqları qrantların müqabilində faydasız salon tədbirləri keçirməkdənsə, praktiki faydalı işlə məşğul olmalı, ağacəkmə kampaniyaları təşkil etməlidir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi belə təşəbbüsləri dəstəkləyir və belə müraciətlər olduqda tinglərlə təmin etməyə söz verib. Lakin bildiyimə görə, müraciətlər çox azdır.

Bakıda əsas ekoloji böhran yaşıllıqların və ağacların məhv olması ilə bağlıdır. Burada əsas problemlərdən biri də odur ki, keçmiş Azərsu Bakıda bina həyətlərində, məhlələrdə olan su kranlarının çoxunu ləğv edib. Nəticədə artıq minlərlə ağac quruyub, məhv olub. Bunun qarşısı alınmasa, yaxın müddətdə paytaxtımızın ağacsız səhra şəhərinə çevriləcəyinə şübhə yoxdur.

Mövcud ağacların saxlanması sahəsində vəziyyət daha çətindir. Bəzilərini külək aşırır, bəziləri də müxtəlif səbəblərdən quruyur. Ağac əkməklə iş bitmir, bundan sonra onlara qulluq edilməyəndə, vaxtında suvarılmayanda çoxu əmələ gəlmir, çünki Bakıda torpağın keyfyyəti də zəifdir, çox az növdə ağac bu torpaqda, bu iqlimdə yetişə bilir. Ona görə də, hansı tinglərin əkilməsinə xüsusi diqqət verilməlidir, daha çox oksigen verən həmişəyaşıl, dözümlü ağaclar əkilməlidir.

Yeni binaların, yaşayış komplekslərinin, evlərin, obyektlərin tikintisi zamanı onların tutduğu sahəyə müvafiq olaraq yaşıllıq sahəsi şərt kimi qoyulmalıdır. Sakinlər isə binaların həyətlərində boş yerlərdə ağac əkilməsinə təşəbbüs göstərməlidirlər. Yəni, bu işdə həm dövlət, həm cəmiyyət fəal olmalıdır.

Bir çox hallarda aparılan tikinti işləri zamanı yaşıllıqlar məhv edilir. Gecəylə ağcları kəsib aparırlar. Kəsmək mümkün olmadıqda isə, dibinə turşu və ya digər kimyəvi maddələr tökərək qurudurlar. Artıq hamı bilir ki, bir ərazi hasara alınıbsa, orada mütləq bütün ağacları gecə ikən kəsəcəklər. Bəzi hallarda bu faktlar mediaya, sosial şəbəkələrə çıxanda problemin qarşısı alınır, cərimələr edilir. Lakin heç də bütün hallarda məsələ ictimailəşdirilmir. Çünki vətəndaşlarımızın bir çoxunda ictimai məsuliyyət yoxdur. Düşünürlər ki, “mənə nə, kim kəsir kəssin”.

Bunun qarşısının alınması üçün çox ciddi cərimələr və adekvat cəzalar tətbiq olunmalıdır. 3-5 min manat cərimə ilə poblem həll olunmaz. O ərazidə obyekt tikən şəxs ordan ildə 100 min qazanc götürəcəksə, onun üçün bu 3-5 min manatı ödəmək problem deyil. Yaxşı olardı ki, cərimələr 10 dəfə artırılsın, kütləvi ağackəsmə zamanı isə əmlakı müsadirə olunmaqla həbs cəzası verilsin. Əgər ETSN gec xəbər tutubsa və ağaclar artıq kəsilibsə, şirkəti cərimə edib, orada bina tikməsinə qadağa qoyumalıdır. Cərimədən sonra həmin ərazidə bu şirkətin yaşıllıq salması və 5 il müddətinə ona qulluq etməli olduğu haqda qərar çıxarılmalıdır. Bu başqalarına da dərs olar. Yalnız bu yolla bu “yaşıl terror”un qarşısını almaq mümkün olar.

Sakinlər isə ayıq və məsuliyyətli olmalı, belə faktlara rast gələn kimi, dərhal sosial şəbəkələrdə, mətbuatda yaymalıdırlar. Yalnız bu yolla “yaşıl soyqırım”ın qarşısını almaq olar.

Paytaxtımızda və onun ətrafında boz, çılpaq ərazilər çoxdur. Məsələn paytaxtımızın cənub girişi olan Yeni Salyan şossesinin ətrafı (Bibiheybət məscidindən Su İdmanı sarayınadək olan hissə) bərbad haldadır. Boz səhra ərazisi, neft buruqları və köhnə xaraba tikililər. Paytaxta daxil olan adam üçün Bakı haqda ilk təəssürat çox pis başlayır. Burada böyük yaşıllıq sahəsi, park salmaq üçün imkan var. Təəssüf ki, bununla heç kim maraqlanmır. Bu ərazi ARDNŞ-in balansındadır, lakin şirkət uzun illərdir bu hissəni abadlaşdırmaq, yaşıllaşdırmaq istəmir. Ərazidəki neft buruqlarının da çoxu istifadə olunmur. Digər ərazilərdə də belə yerlər var- məsələn Keşlə, Dərnəgül, Böyükşor, Binəqədi və s. Bu ərazilərdə yaşıllıqlar, parklar salınmalıdır.

Ümumiyyətlə, yaşıllıqların salınması, meşələrin bərpası üçün xüsusi Dövlət Proqramı qəbul olunmasına ehtiyac var. Qlobal ekoloji böhranların gözlənildiyi bir vaxtda ölkəmizi təbii məkana çevirmək əsas vəzifələrimizdən biri olmalıdır.

Elçin Bayramlı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:407
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 04 Sentyabr 2025 18:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see617

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see293

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see285

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see273

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see269

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see260

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see239

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see235

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see234

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see228

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see221

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see218

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see207

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see196

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see195

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see195

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see194

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see185

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see171

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri