Icma.az
close
up
RU
“Yaşıl Azərbaycan”ın Naxçıvan modeli ANALİZ

“Yaşıl Azərbaycan”ın Naxçıvan modeli ANALİZ

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

Ötən əsrin sonlarından etibarən dünya ekoloji təhlükənin fərqindədir, insanlar və dövlətlər böyük fəlakətin qarşısını almağın yollarını axtarır, cəhdlər edir. Ekoloji balansı pozan amillər çoxdur, kənd təsərrüfatında istifadə edilən kimyəvi maddələr, avtomobillərin sürətlə artması, nəzarətsiz uzbanizasiya, meşələrin məhv edilməsi kimi vəziyyət də bu amillərdəndir. Daha aydın desək, özülündə insan fəaliyyəti dayanan bir sıra problemlər ümumi evimizi – dünyanı təhlükəyə doğru aparır.

Azərbaycan bu istiqamətdə öz məsuliyyətini bilən ölkələrdəndir. Dövlətimizin yaşıl dünya naminə atdığı bir çox addım dünyanın, dolayısı ilə öz ölkəmizin rifahı naminə qiymətli davranışdır. Beynəlxalq İqlim Konfransına ev sahibi olması, yaşıl enerjidə qət etdiyi yol, təbiətin mühavizəsi üçün həyata keçirdiyi layihələr Azərbaycanı dünyada ekologiyanın dostu kimi tanıdıb. Azərbaycanın yaşıl enerji siyasətində əhəmiyyətli payı olan Naxçıvan Muxtar Respublikası da yaşıl dünyaya etibarlı tərəfdaşdır.

Yaşıl enerjidə Naxçıvan təcrübəsi

Naxçıvanın enerji təminatı siyasəti bərpaolunan enerji mənbələrinin inkişafı istiqamətində türüdülür. Təkcə 2025-ci ilin mart ayında Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin istismar sahəsində istehsal olunan elektrik enerjisinin 52,8 %-i alternativ və bərpa olunan enerji mənbələrinin payına düşüb. Bu bir ay üçün olduqca əhəmiyyətli nailiyyətdir. Bu rəqəmin təzahürü o deməkdir ki, Naxçıvan yaşıl dünyanın qurulması istiqamətində həyata keçirdiyi ekeoloji proqramların bəhrəsini görür.

Ümumiyyətlə, ötən ilin müvafiq dövrü ilə müqayisə edəndə görərik ki, ümumi elektrik enerjisi istehsalında su, külək, günəş elektrik stansiyalarının payı artıb. Alternativ və bərpaolunan enerji mənbələrində 15 milyon 596 min 247 kVt/saat elektrik enerjisi istehsal edilirsə, bu o deməkdir ki, Naxçıvan bərpaolunan enerji siyasətini uğurlu qurub, muxtar respublika ekoloji təmiz, yaşıl dünya naminə həyata keçirilən layihələrin effektiv nəticələrini görür.

Ölkə başçısı İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzurla bərabər, Naxçıvanı da “yaşıl enerji” zonası elan etməsi muxtar respublikanın yaşıl enerji sahəsindəki məsuliyyətini həm artırdı, həm də təşviq etdi deyə bilərik. Naxçıvan 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündəki payının 30 faizə çatdırılmasını (hazırda 17 faiz təşkil edir) hədəf müəyyənləşdirib. Bu hədəfə çatmaq üçün muxtar respublikanın yerləşdiyi əlverişli coğrafi mövqe və iqlim şəraiti də əhəmiyyətli rol oynayacaq. Naxçıvan ekoloji cəhətdən təmiz enerji istehsalı potensialına malik bölgədir.

Xüsusilə, Günəş enerjisindən istifadə imkanları Naxçıvan üçün əhəmiyyətli dərəcədə çoxdur. Çünki, Naxçıvan ərazisində günəşli saatların orta illik miqdarı 2600-2800 saat, hər kvadratmetrə düşən Günəş enerjisinin intensivliyi isə 0,8-1,2 kilovat–saat təşkil edir. Bu muxtar respublikada ilin bütün fəsillərində Günəş enerjisindən istifadə imkanı deməkdir. Buna görə də Naxçıvanda Günəşdən enerji almaq istiqamətində əhəmiyyətli dərəcədə böyük işlər görülür. O cümlədən, yeni Günəş elektrik stansiyalarının tikilib istifadəyə verilməsi Naxçıvanda istehsal edilən ümumi enerji miqdarında bərpaolunan enerjinin payını xeyli artırıb.

Yeri gəlmişkən, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan 11 prioritet istiqamət var ki, onlardan biri elektrik enerjisi istehsalının və ixracının artırılması ilə bağlıdır. Qarşıya qoyulan əsas hədəf “yaşıl enerji”nin istehsalında artıma nail olmaqdır. Xatırlatmaq yerinə düşər ki, elə dövlət proqramının qəbul olunduğu il - 2023-cü ildə muxtar respublikanın elektrik stansiyalarında istehsal edilən 474 milyon 569 min 561 kilovat-saat elektrik enerjisindən 19,89 faizi su elektrik və 12,75 faizi Günəş elektrik stansiyalarının payına düşüb. Bu muxtar respublika üçün böyük uğurdur.

Beynəlxalq şirkətlərin gözü Naxçıvandadır

Naxçıvanın bərpaolunan enerji mənbələri sahəsindəki potensalı təbii olaraq diqqət çəkir. Bu marağın nəticəsində 2023-cü ildə Naxçıvanda keçirilən Azərbaycan-Tükiyə 3-cü Enerji Forumu və “Naxçıvan–yaşıl enerji zonası” beynəlxalq konfransında, eləcə də Bakı Enerji Forumunda Naxçıvanın enerji potensialı ilə bağlı xarici şirkətlərlə anlaşma memorandumları imzalandı. Həmin razılaşmaya görə Naxçıvanda “Masdar” şirkəti ilə ilkin mərhələdə gücü 150 meqavat olan Günəş Elektrik Stansiyasının tikilməsi də nəzərdə tutulub. Birləşmiş Ərəb Əmirliklərinin bərpa olunan enerji sahəsində ən iri şirkəti olan “Masdar” hazırda Naxçıvandakı tədqiqatlarını davam etdirir.

Çexiyanın “Czech Engineering” şirkətinin diqqəti isə Sədərək rayonunun Türkiyə ilə sərhədinə fokuslanıb. Şirkət bu ərazidə Günəş elektrik stansiyalarının inşası, enerji ötürücülərinin tikilməsi və istifadəsi istiqamətində böyük işlərə imza atacaq. Bundan əlavə, Almaniyanın “Notus” şirkəti də öz diqqətini Naxçıvana kökləyib. Şirkət “yaşıl enerji” layihələrini reallaşdırmaq üçün Naxçıvanın iqlimini olduqca əlverişli hesab edir. Planlaşdırılan pilot layihə çərçivəsində 70 meqavatlıq Günəş Elektrik Stansiyası inşa ediləcək. Stansiyanın inşası Naxçıvanın şimal-qərbində – Türkiyə ilə sərhəd xəttinə yaxın ərazidə planlaşdırılır.

Bilik təməldir, təməl isə yaşıl və orqanik dünya

Naxçıvanın ekoloji siyasətinin uğurlu olmasının bir səbəbi də bu təbliğatın məktəblərdən başlanmasıdır. Enerji məlumatlılığının artırılması, yaşıl dünya naminə görüləcək işlər, təbiətin mühavizəsi istiqamətində təhsil ocaqlarında layihələr icra edilir, uşaqların ekoloji savadlılığı artırılır. Ekoloji savadlı nəsil formalaşdırmaq bu dünyaya, dolayısı ilə öz ölkəmizə ediləcək ən yaxşı hədiyyədir. Məktəbllərin, tələbələrin könüllü fəaliyyətləri sayəsində tez-tez ekoloji aksiyalar, layihələr həyata keçirilır. Ağacların əhəmiyyəti, suvarılmaya diqqət, tullantıların çeşidlənməsi, ekoloji çantalara keçid kimi mövzularda təşkil edilən layihələr ətraf mühitin mühavizəsi üçün atılan ən mühüm addımlardandır.

Muxtar Respublika “yaşıq iqtisadi zona” elan edildikdən sonra həyata keçirilən başqa bir addım da “Oqranik Naxçıvan” konsepsiyasının yaradılması oldu. Bu, 2023-cü ildə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində yaradılan, muxtar respublikada orqanik kənd təsərrüfatının inkişaf etdirilməsi və orqanik məhsulların istehsalının tənzimlənməsi isitqamətində fəaliyyət göstərən publik-hüquqi şəxsdir. “Orqanik Naxçıvan” aqroparkının inkişaf konsepsiyasının və mobil tətbiqlərinin hazırlanması da onun fəaliyyətinin bir hissəsidir. Naxçıvanın ənənəvi maldarlıq, əkinçilik metodlarının müasir çağa uyğunlaşdırmaq, yaşıl dünyaya zərər vermədən emal sənayesinin yaradılması, kimyəvilərdən istifadə etmədən orqanik məhsullar əldə edilməsi diqqətdə saxlanan əsas amillərdir.

Biomüxtəliflikdə Naxçıvan izi

Naxçıvan Muxtar Respublikasının biomüxtəlifliyi tarixən maraq cəlb edib. Biomüxtəliflik bir ekosistemdə və ya Yer kürəsində rast gəlinən müxtəlif həyat formalarıdır. İnsanların yaşaya bilmələri üçün yaşadıqları mühitin təmiz su və havası, münbit torpaqları, qida maddələri və digər ehtiyaclarını ödəmək üçün istifadə edə biləcəkləri müxtəlif materiallar olmalıdır. Həyat üçün zəruri olan maddələr və şərait, ətraf mühitin və bakteriyaların, göbələklərin, bitkilərin və heyvanların sayəsində təmin edilir. Bütün bu canlılara biomüxtəliflik deyilir.

Naxçıvan Azərbaycanın biomüxtəliflik cəhətdən ən zəngin bölgələrindəndir. Biomüxtəlifliyi qorumaq məqsədi ilə muxtar respublika ərazisində bir milli park və üç qoruq yaradılıb. Maraqlı burasıdır ki, bu park və qoruqların ümumi ərazisi Naxçıvanın ümumi ərazinin təxminən üçdə biri qədərdir. Təkcə bu fakt Naxçıvanda ekosistemin nə qədər əhəmiyyətli olmasını, onun qorunması üçün bütün tədbirlərin görülməsini təsdiqləyir. Qoruqlarda quraşdırılmış kameralar vasitəsi ilə nəsli kəsilməkdə olan canlıların həyat keyfiyyəti, artımı daim izlənir. Xüsusilə bəbirlərin mühavizəsi, təhlükəsiz şəraitdə böyümələri və nəsil artırmaları üçün bu qoruqlar əhəmiyyətlidir.

Türkiyə Respublikasından gətirilən 150 min ədəd balıq körpələrinin Heydər Əliyev və Uzunoba Su anbarlarına buraxılması, 431,6 ha sahədə meşəsalma və meşəbərpa, toxumla əkin tədbirlərinin görülməsi, 170 min müxtəlif meşə və meyvə tinginin əkilməsi, Naxçıvan şəhəri, Şərur, Babək, Ordubad, Culfa, Kəngərli, Şahbuz və Sədərək rayonlarının ümumtəhsil məktəblərinin ərazilərində keçirilmiş ağacəkmə aksiyalarında 4300 meyvə və dekorativ ağacın əkilməsi, Naxçıvan-Şahbuz avtomobil yolunun kənarında 1,1 ha sahədə salınmış media bağında 1000 ağacın əkilməsi, “Biomüxtəliflik günü” aksiyası çərçivəsində 100 min ağac əkilməsi sizcə də Naxçıvanın “yaşıl zona” ünvanı olmasının göstəricisi deyilmi?

Lalə Mehralı

Yazı, “Şərq qapısı” qəzetinin elan etdiyi “Müstəqil Azərbaycan: Konstitusiya və Suverenlik İlinin təntənəsi” mövzusunda yaradıcılıq müsabiqəsinə təqdim edilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:138
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 23 Aprel 2025 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Aşqabad xəttinin güclənməsi regional əməkdaşlığın dərinləşməsinə xidmət edir

23 İyun 2026 11:01see400

QHT lərin “bir pəncərə” prinsipi əsasında maliyyələşdirilməsinə dair qayda təsdiqlənib

22 İyun 2026 19:17see294

Messidən antirekord ən çox penalti qaçıran futbolçu

22 İyun 2026 22:15see262

Mbappe dünya çempionatları tarixində Ronaldoya çatdı

23 İyun 2026 02:41see241

Messidən 1 gündə 2 rekord

23 İyun 2026 00:28see215

Türkiyədə azərbaycanlıya yüksək vəzifə verildi

23 İyun 2026 03:08see212

Qaraciyər nəqli əməliyyatı keçirən aktyorun son halı FOTO

22 İyun 2026 22:45see207

İsrail bu ölkə ilə bağlı sərt qərar verdi

23 İyun 2026 04:56see207

Məktəbəqədər təhsilin əhatə dairəsi 50 faizə çatdırılacaq

23 İyun 2026 00:22see200

Aaron Remzi “Oksford Yunayted”i çalışdıra bilər

22 İyun 2026 20:49see199

Qaraciyər transplantasiyası keçirən Ufuk Özkanın son görüntüsü yayıldı FOTO

22 İyun 2026 23:28see188

Fransa İraq matçında fırtına xəbərdarlığı Tribunalar boşaldıldı

23 İyun 2026 02:10see188

Neft emalı zavoduna endirilən zərbədən sonra Moskvaya Pantsir raket sistemləri yerləşdirilməyə başlayıb

23 İyun 2026 07:49see179

Moskva Zelenskinin təhdidlərinə cavab hazırlayır

23 İyun 2026 00:44see178

Tramp İranla sazişi tənqid edənlərə “maariflənməyi” tövsiyə edib

24 İyun 2026 00:19see176

Tiaqo Silva “Fluminense”yə qayıdıb

23 İyun 2026 02:12see174

Türkiyə XİN: Qara dənizdə mülki gəmilərin təhlükəsizliyi ölkəmizin prioritetləri sırasındadır

22 İyun 2026 21:42see170

Lavanda yağı: Təbiətin sakitləşdirici və çoxşaxəli gücü

23 İyun 2026 00:37see168

Tərəvəz sevənlər üçün kabaklı plov resepti

23 İyun 2026 02:02see159

Əvvəl penaltini qaçırdı, sonra dubl etdi Video

23 İyun 2026 02:23see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri