Yaşıl bananın gözlənilməz faydası
Icma.az, Olke.az saytına istinadən bildirir.
"Yaşıl bananlar diabet xəstələri üçün tövsiyə olunur".
Ölkə.az "lenta.ru"ya istinadla xəbər verir ki, bu barədə rusiyalı həkim Andrey Tyaĵelnikov danışıb.
Onun sözlərinə görə, yaşıl bananlar sarı bananlarla müqayisədə daha az şəkər ehtiva edir. Bundan əlavə, yetişməmiş bananlarda həzm və bağırsaq mikrobiomu üçün faydalı olan rezistent nişasta, həmçinin C vitamini və antioksidantlar daha çoxdur.
Həkim əlavə edib ki, məhz bu xüsusiyyətlərinə görə yaşıl bananlar diabet xəstələrinə tövsiyə olunur, çünki onlar qanda şəkərin səviyyəsini sabit saxlamağa kömək edir.
Eyni zamanda o qeyd edib ki, artıq yetişmiş bananlar fərqli təsirə malikdir: onlar qlükoza səviyyəsini sürətlə artırır, buna görə diabet xəstələri üçün uyğun deyil. Tyaĵelnikov bildirib ki, həddindən artıq yetişmiş bananlarda az miqdarda spirt də ola bilər və onlar bir qədər fermentasiya edə bilər. Bununla belə, belə bananlar bişirmə və ya dondurma üçün daha uyğundur.
Həmidə İbrahimova
Baxış sayı:154
Bu xəbər 03 Aprel 2026 10:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















