Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

Yaşıl cənnətdəki 4 Ballıca: Ballı məkandan REPORTAJ

Yaşıl cənnətdəki 4 Ballıca: Ballı məkandan REPORTAJ

Icma.az, Adelet.az portalına istinadən məlumatı açıqlayır.

Artıq Qarabağa səfərlərimin sayını itirmişəm. Amma hələki bu yerləri qarış-qarış gəzməkdən doymuram. Doyacağımı da düşünmürəm. Çünki bütün səmavi kitabların vəd etdikləri cənnət məhz Qarabağ olduğunu düşünürəm.


İndi isə bu cənnəti görmək imkanı olmayanlara virtual olaraq ora götürməyə çalışacağam. Bu məqaləni oxuyan hər kəs fikirlərini bildirsin: siz də bu cənnətdən zövq ala bildinizmi?

Ballıca: kənd, çay, yaylaq, çiçək...

Beləliklə, başlayaq Xocalı rayonu Ballıca kəndindən! İlk dəfədir bu əraziyə ayaq basıram. Füsünkar sözü məhz bu kənd üçün yaranıb-deməkdən özümü saxlaya bilirəm. Bu gözəllik Ballıca çayının sol sahilində, Qarabağ silsiləsinin ətəyində yerləşir. Kənd adını ərazidəki eyniadlı çaydan aldığı deyilir. O an ağlıma gələn o oldu ki, bəs Qarqar çayının sol qolu olan Ballıca çayı adını hardan götürüb?

Araşdırdıqdan sonra məlum oldu ki, suvarma üçün istifadə olunan bu çay başlanğıcını Ballıca adlı yaylaqdan aldığına görə belə adlandırılıb.
Yenə də maraq mənə üstün gəldi və bir də araşdırmağa məcbur oldum: Axı, o Ballıca yaylağı o adı haradan alıb? Həm də bu Ballıca yaylağı XIX əsrədək Gəncə qəzasındakı Əhmədbəyli kəndinin əhalisinin yaylağı olub. Məlum olur ki, yaylaq da öz adını burada bitən ballıca (öfkəotu) bitkisinin adından alıb.

Ballıca bitkisinin adını elmi dildə Google-də axtarışa vermək istəsəniz mütləq Pulmonaria yazın. Pulmonaria elmi adı da Latın pulmo (ağciyər) sözündən götürülüb . Sehrə, caduya inanılan dövrlərdə bu bitkinin xallı oval yarpaqlarının xəstə, xoralı ağciyərləri simvolizə etdiyi düşünülürdü və buna görə də ağciyər infeksiyalarının müalicəsində istifadə edilirdi.

Bir çox dillərdəki ümumi ad ingilis dilində olduğu kimi ağciyərlərə də aiddir "lungwort", Alman Lungenkraut , Fransız herbe aux poumons , Serb plućnjak ... Bəzi Şərqi Avropa dillərində ümumi ad bal sözündən götürülüb, məsələn, Rus medunitza , Polyak miodunka , Serb dilindəki "bungencamed. Qışın sonunda və yazın əvvəlində mavi və ya çəhrayı çiçəklər verir, yay boyu tez-tez heyrətamiz xallı və mərmərli ürəkşəkilli yarpaqların sıx dəstələri ilə müşayiət olunur.

Uzun sözün qısası, Ballıca kəndinin də, çayının da, yaylağının da adının bir çiçək götürdüyünü bildik. Deyilənə görə, Qarabağ zonasında ən dadlı və təbii bal istehal etmək məhz bu kəndin payına düşüb. Yəni, arılar min bir dərdin dərmanı olan ballıca bitkisindən çəkdiyi şirə ilə xəstələrə yeni həyat verib. Kəndin girəcəyindəki "kruq"un - dairənin ortasında quraşdırılmış “arı şanı” da kəndin ballı məkan olmasına işarədir. Burda təbiət, sözün həqiqi mənasında bir çiçək!

Yadımdaykən deyim: Erməni mənbələrində qeyd edilir ki, kəndin ərazisində 10 bulaq var. Araşdırdım , təəssüf ki, ancaq 4-ün adına rast gəldim: “Təkqəbir” bulağı, “Sarıtala” bulağı, “Alçalı”, "Damcılı" bulağı . Qalanlarının da adını bilənlər bizə yazsın.
Ballıcanın başının üstünü alan “qara bulud”


“Qara bulud” sözü folklorumuzda qara niyyətli düşmən kimi xarakterizə olunduğunu demək artıqdır. Bunu hamı bilir. Düşünməyin ki, Ballıca camaatının, elinin başının üstünü “qara duman” 1987- 94-cü illərdə alıb. Xeyir! Kənd 1828-ci il qarı düşmənlərimiz Rusiya və İranın Türkmənçay müqaviləsi əsasında Türkiyə, İran, Suriya, livan ərazilərindən Qarabağa köçürülən hay tayfalarının gəlişindən sonra necə deyərlər, qara gününü qabladı. Kənd əhalisi dəfələrlə hay silahlılarının, terrorçularının hədəfi olub. 1905-1907-ci , 1918-20-ci illərdə hayların başlatdığı qırğınlarda dinc əhalisini itirib.
1987-ci ildə başlayan növbəti Qarabağ savaşı yenidən ballıcalıları çətin sınaq qarşısında qoyub. 1992-ci ildə Əsgərandan 17 km, ilan yuvasına çevrilmiş o vaxtkı Stepanakertdən 10 km məsafədə yerləşdiyi üçün ilk zərbələr də elə bu cənnət məkana dəyib.

1992-ci ilin fevralında erməni və rus hərbi birləşmələrinin soyqırımla müşaiyət olunan işğalı nəticəsində kənd camaatı kəndi məcburən tərk etməli olub. Bundan sonra işğalçılar kəndin adını dəyişərək Haygistan (hayların yaşadığı məkan, yer) qoyublar. Boş evlərə isə dünyanın bir çox ölkələrində səfil həyatı yaşayan erməniləri gətirib yığırlar.

2015-ci ilin siyahıyaalmasına görə, Ballıcada 1084 hay yaşayıb. Həyasızlıqları o həddə çatıb ki, Ballıcanın “hayların ata-baba yurdu” olduğunu da iddia etməkdən çəkinməyiblər. Məsələn, Ballıca kəndindəki alban memarlıq abidəsi olub. Təsəvvür edin, bu abidə -məbəd eramızdan əvvəl tikilib və işğal altında olduğu müddətdə, qeyri-qanuni bərpa işlərinə məruz qalıb.

2017-ci ildə Alban dövrünə aid abidənin memarlıq quruluşu kobud şəkildə dəyişdirilir və məbədin üzərində qeyd edilir ki, Müqəddəs Astvatsatsin kilsəsi 1839-cu ildə tikilib, lakin indiki kilsə 1850-ci ildə həmin yerdə yenidən tikilib:” Köhnə kilsənin tikintisindən bəhs edən yazısı olan giriş qapısı 1850-ci ildə yeni tikilmiş kilsənin şimal divarına bərkidilib”.
Bilə -bilə ki, kəndin çox qədim tarixi var, ermənilər onu müasir erməni kəndi kimi dünyaya sırımağa çalışıblar: İddia edirlər li, “müasir kənd” 17-ci əsrdə qurulub. Amma hələ işğaldan əvvəl də məlum idi ki, eramızdan əvvəl 2-1-ci əsrlərə aid qədim kurqan və qəbirlər bu ərazilərdə mövcud olub. Sovet dövründə kənd Dağlıq Qarabağ Muxtar Vilayətinin Əsgəran rayonunun tərkibində idi.

Ermənilərə məxsus mənbələri araşdıran zaman maraqlı bir məlumata da rast gəldim: Yazırlar ki, kəndin 27 “igid”i Qarabağ döyüşlərində ölüb. Yəni, əllərinə qurban olduğum Azərbaycan ordusu məhz bu kəndin 27 quldurunu atəşkəs dövrünə qədər gəbərdib.
2020-ci ilin oktyabrında isə , düşmənin müxtəlif istiqamətlərdə zireh 63 taborunun 3 tankı, 4 qrad yaylım sistemi və canlı qüvvəsi məhv edildi.

Həmçinin, "Polonez"in köməyi ilə düşmənin Ballıca məntəqəsindəki heyətilə birlikdə dağıdılan silah-sursat anbarı onların mərkəzi anbarı hesab olunurmuş. Hərbi ekspertlər bildirib ki, anbarda saxlanılan silah və döyüş sursatı müharibədə ən azı 6 ay fasiləsiz təmin edə bilərdi. Silahların müəyyən hissəsi əməliyyatdan bir neçə gün əvvəl İrandan daşınan silahlar imiş . Yəqin ki, İran TIR-larının işğal dövründə Qarabağı “su yolu” etdiyini unutmamısınız.
İkinci Qarabağ müharibəsi nəticəsində imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Ballıca kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçib. 19–20 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində azad olundu. Bundan sonra...


Ballıca ilə bağlı reportajın davamı olacaq.


Əntiqə Rəşid

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:281
embedMənbə:https://adalet.az
archiveBu xəbər 17 İyun 2025 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see645

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see452

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see319

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see316

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see314

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see301

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see288

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see266

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see256

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see239

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see234

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see223

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see222

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see220

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see218

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see201

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see195

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see192

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see187

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri