Icma.az
close
up
RU
Xoşbəxtliyin gizlənmiş ünvanı Vaxtın dayanmasını istədiyimiz məkandan REPORTAJ

Xoşbəxtliyin gizlənmiş ünvanı Vaxtın dayanmasını istədiyimiz məkandan REPORTAJ

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Draqor zəngin tarixə malik kiçik, mənzərəli əyalətdir. Tez-tez "balıqçılıq kəndi" adlandırılır. Kəndin adı "qayıqları sahilə çəkmək" anlamı verir. Kopenhagen yaxınlığında "gizlənmiş yer"də deyirlər bu kəndə. Kopenhagen hava limanından cəmi 12 kilometrlik məsafədə yerləşir. Kəndi paytaxtla dəmiryolu da birləşdirir. Turizm agentlikləri kəndə günlük 200 avroya (adambaşı 25 avro) qrup turları təşkil edirlər.

Oxu.Az bununla bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.

12-ci əsrdə əsası qoyulan balıqçı kəndi

Draqor 12-ci əsrdə qurulub və sürətlə balıqçılıq limanına çevrilib. Kənd zamanla ölkənin ən böyük balıqçılıq donanmalarından birinə, həmçinin balıqların duzlanması və emalı üçün bazaya sahib olub. Vikinqlər bu əyalətdə balıqçılıqla məşğul olublar.

İkinci Dünya müharibəsi zamanı Draqor Danimarka yəhudilərinin Oresund boğazından İsveçə daşınaraq xilas edilməsində mühüm rol oynayıb. Yerli əhali sakitcə, qayıqla onların bir çoxunu İsveçə daşımağı bacarıb. Kənddə İkinci Dünya müharibəsi illərində yəhudilərin xilasına həsr olunmuş abidə yer alıb.

Draqorun füsunkar limanı bu gün də balıqçı gəmilərinin və qayıqlarının lövbər yeridir. Hətta Parisin Luvr Muzeyində Draqor Limanına aid rəsm nümayiş olunur.

Bu gün Draqor "ən xoşbəxt danimarkalılar"ın yaşadığı yer kimi tanınır. Burada çox yaxşı qorunan tarixi binalar var. Kəndin köhnə hissəsi ənənəvi Danimarka üslubunda tikilmiş sarı boyalı evləri, qırmızı kirəmit və samanlı damları, daş döşənmiş küçələri olan xiyabanların yığcam, mənzərəli labirintidir. Bu tikililərin çoxunun yüz illərlə yaşı var. Evlərin demək olar ki, hamısı köhnədir - 1700-1800-cü illərdən qalıb və onlardan 100-dən çoxu dövlət mühafizəsindədir. Kirəmitli və ya samanlı dam evləri, mənzərəli daş küçələri, ətrafdakı yaşıl tarlaları, çəmənlikləri və meşələri ilə bütün kənd mühiti valehedicidir. Eyni zamanda, limanı, iş həyatı və əyləncə məkanları ilə müasir bir mərkəzdir. Evlərin qarşısında, balaca həyətlərdə, pəncərələrdə qoyulan balıq, su pərisi, qaz-ördək, yelkənli qayıq və s. fiqurlar Draqorun balıqçı kəndi olduğunu xatırladır.

Dar, labirint küçələrdə dolaşdıqca yerli sakinlərin həyatına daha yaxından tamaşa etmək olur. Bəzi evlərin qarşısındakı skamyalarda insanlar geyinmədikləri ayaqqabı, paltar və s. əşyaları qoyublar ki, ehtiyacı olanlar götürsün. Draqorun digər hissələrində kiçik yerli mağazaları ziyarət etmək maraqlıdır. Balaca dükanlarda kəndin yerli məhsulları və sənətkarların əl işləri satılır. Qiymətlər bütün Danimarkadakı kimi bahadır.

Öz ənənələri olan kənd

Draqorun əhalisi orta əsrlərin sonlarından bəri durmadan artıb. 16-cı əsrdə əyalətə dəvət olunan holland fermerlərin təcrübəsi çox faydalı olub, onların nəsilləri hələ də orada yaşayırlar.

Yeni yarananda qəsəbədə yalnız 24 ailə yaşayıb. Onlar kral ailəsini məhsulla təmin etmək üçün dəvət olunublar. Beləcə qəsəbədə təsərrüfatçılığın da əsası qoyulub. Bu gün də Draqor Niderland kəndlərini xatırladan memarlığına görə tez-tez "Danimarkada Niderlandın bir parçası" adlanır. Zamanla daxili bölgələrdəki holland fermerləri ilə sahildəki danimarkalı balıqçılar və dənizçilər arasında gərginlik yaranıb.

Hazırkı əhalinin 20%-i yaxınlıqdakı Kopenhagen Kastrup Hava Limanında işləyir. Bu gün dəniz turizmi, istirahət məqsədli balıqçılıq və yaxtaçılıq mərkəzidir.

Yerli kilsə 1885-ci ildə, o dövrə xas olan neo-qotik üslubda tikilib. Draqor muzeyində əyalətin yarandığı gündən bəri tarixini əks etdirən eksponatlar nümayiş olunur.

Dincliyin, sakitliyin və hüzurun mərkəzi

Yavaş-yavaş sahil boyu irəliləyirəm. Dənizin və yaşıllığın qoxusunu hiss edə-edə balıqçıların torlarını yığmalarına tamaşa edirəm. Sahil boyu qaçan və itləri ilə gəzən insanlara rast gəlirəm. Gülümsəyib məni Danimarka dilində salamlayırlar.

"Draqor öz ənənələri olan yerdir. Bu qəsəbədə insanların çoxu bir-birini tanıyır. Yerlilər Draqora çox əhəmiyyət verir. Bir çox ailələr burada bir neçə nəsildir yaşayır, o cümlədən mənim ailəm", - deyə kofe içdiyim kafenin yaşlı sahibəsi danışır: "Bura fərqli bir yerdir. İnsanları balıqçılıq və təsərrüfatla məşğuldurlar.

Bizim illik karusel bazarı, limanda illik şənlik, həmçinin qəsəbə meydanında Milad ağacının işıqlandırılması kimi gözəl ənənələrimiz var. İstirahət vaxtlarında insanlar taxta çəlləyin ətrafında içib sərxoş olur və mahnı oxuyurlar. Burada insanları siyasət maraqlandırmır. Kəndin ictimai həyatı xüsusidir. Mən sizə Draqora gəlməyinizi və ömrünüzün qalan hissəsini burada keçirməyinizi tövsiyə edirəm, peşman olmayacaqsınız..."

Maraqlıdır ki, bu balaca qəsəbənin A2 formatında "Dragor Nyt" adlı 16 səhifəlik rəngli qəzeti də nəşr olunur. Kafelərdə oturanların əlində, dükanların qarşısında, evlərin poçt qutusunda qəzeti görmək olur.

Axşamüstü Draqordan ayrılıram. Amma ürəyimdə yaşlı kafe sahibəsinin dediyi kimi həqiqətən bu yerdə qalmaq, bir müddət bu balaca evlərdən birində yaşamaq, səhər bir fincan qəhvə ilə güllü, dekorlu balkona çıxmaq, sahil boyu yerimək, balaca qayıqlara, dənizə tələsən balıqçılara baxmaq, yerli sakinlərin həyatına tamaşa etmək istəyi qalır. Draqor yaddaşımda Kopenhagenin yanında kiçik, bir orta əsr mirvarisi kimi qalır.

Hazırda Danimarkada ən bahalı evlər Draqordadır. Bu qəsəbə dincliyin, sakitliyin və hüzurun mərkəzi kimi xüsusən imkanlı insanları cəlb edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://oxu.az
archiveBu xəbər 20 İyul 2025 22:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri