Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

“Harri Potter”in yazıldığı məkandan REPORTAJ FOTOLAR

“Harri Potter”in yazıldığı məkandan REPORTAJ FOTOLAR

Publika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dünyada ən çox təqibçisi olan Harri Potter haqqında sehrli hekayənin doğulduğu Portuqaliyanın Porto şəhərindəki heyrətamiz yer haqqında az adam bilir. “Lello & Irmão” - “Livraria Lello” şəhərin əsas mədəni yerlərindən biridir. Bu, yüz ildən artıqdır ki, qorunub saxlanılan, gənclik ruhu ilə dolu, azad düşüncəli bir kitab məkanıdır.

Əsasən kitab mağazası olsa da, daha çox kitabxana kimi məşhurdur. Şayiələrə görə, məşhur ingilis yazıçısı Coan Ketlin Roulinqin “Harri Potter” yazmaq ilhamı Portoda, xüsusən də bu kitabxanada başlayıb. Tanınmış yazıçı 1990-cı illərin əvvəllərində ingilis dili müəllimi işləyərkən 10 il Portoda yaşayıb. Yazıçı Lellonun kitab mağazasının ikinci mərtəbəsində bir fincan qəhvə içməyi və burada kitablar arasında vaxt keçirməyi xoşlayırmış.

Portuqaliyanın ən qədim kitab mağazası

Portuqaliyanın ən qədim kitab mağazasına daxil olmaq üçün onlayn bilet almaq (8 avro) lazımdır. Ancaq bu, ziyarətçiyə uzun növbəni keçmək hüququ vermir. Sadəcə, məkana daha tez daxil olmaq üçün mağaza açılmamışdan - 9.00-9.30-dan əvvəl gəlmək məsləhət görülür. Bu vaxt turistlər çox olmur.

Mağazaya daxil olmaq üçün biletin onlayn alınması şərtini mağazanın qarşısında öyrənirəm. Gözləmək üçün vaxtımın az olduğunu, uçuşa gecikəcəyimi izah edincə xanım bələdçi uzun növbənin arasından mağazaya daxil olmağıma şərait yaradır…

Kitab evinin qapılarından içəri girəndə tavana qədər taxta rəflər, ikinci mərtəbəyə aparan nəhəng pilləkən, zərif taxta divarlar, eləcə də oyma ağacı təqlid edən dekorativ elementlərlə bəzədilən vitraj diqqəti cəlb edir. Kitab evinin fasadı neo-qotik üslubda hazırlanıb. Mağazada kitablar olan arabanın daşındığı relslər var.

Bura qeyri-adi interyerinə görə bir çox səyahətçi və ekspertlər tərəfindən dünyanın ən mükəmməl kitab mağazalarından biri kimi tanınıb. Dəfələrlə müxtəlif nəşrlər - xüsusən, “The Guardian”, “Süddeutsche Zeitung” və “Lonely Planet” tərəfindən dünyanın ən gözəl kitab mağazalarının siyahısına daxil edilib. İnsanlar məkana baxmaq və bir neçə şəkil çəkmək üçün saatlarla ən uzun növbədə dayanmağa hazırdırlar.

Xose Lellonun xəyalı

Mağazaya gələnlər ilk növbədə onun tarixi haqqında öyrənməyə çalışırlar. Kitab mağazasının tarixi 19-cu əsrin sonlarından başlayır. O vaxt Portoda yaşayan, oxumağa və musiqiyə sevgisi olan Xose Lello ədəbi qəhrəmanların enişli-yoxuşlu həyatına qərq olaraq onlarla empatiya qurmağı və kitab satmağı xəyal edirdi. Nəhayət, onun arzusu gerçəkləşir. 1881-ci ildə qardaşı Antonio ilə birlikdə Almada küçəsində ilk kitab mağazasını açır. Daha sonra o, qardaşı ilə Karmelitas küçəsində başqa mağaza istifadəyə verir. Mühəndis Francisco Xavier Esteves tərəfindən layihələndirilən bina Xosenin romantik xəyallarına uyğun gəlir. “Lello və qardaşı” yazısının üstündə elm və incəsənəti təcəssüm etdirən iki qadın silueti var.

Lello qardaşlarının nəşriyyatı zamanla Portuqaliyanın ən böyük nəşriyyatına çevrilir. Anbarlarında 20-ci əsrin əvvəllərində portuqal müəlliflərinin 3 000 adda əsəri var idi. Nəşriyyat və mağaza xarici həmkarları ilə əlaqələr qurur və ən yaxşı portuqal yazıçılarının əsərlərini nəşr etdirir. Böyük salonda, sütunların altında Camilo Castelo Branco, Esa de Queiroz, Antero de Quental, Tomas Ribeiro, Teofilo Braga və Guerra Junqueironun büstləri də bu sevgini əks etdirir.

İkimərtəbəli rahat bina 1906-cı il yanvarın 13-də həm Portuqaliya, həm də Braziliya cəmiyyəti üçün mühüm sosial tədbirin bir hissəsi olaraq istifadəyə verilib. Mağazanın açılışı görkəmli siyasətçiləri, rəssamları və şəhərin elitasını bir araya gətirib və onlar məkanın ideoloji ilhamçısı Xose Lellonun xəyalının gerçəkləşməsini alqışlayıblar. Məşhur portuqal yazıçısı Guerra Junqueiro da açılışda iştirak edib. İndi kitab evində yazıçının guşəsinin olması da təsadüfi deyil.

1981-ci ildə Portuqaliyanın Mədəniyyət Nazirliyinə binanın mədəniyyət abidələri siyahısına daxil edilməsi təklif olunub. Bu proses yalnız 20 sentyabr 2013-cü ildə, “Livraria Lello” ictimai əhəmiyyətli abidə kimi tanındıqda tamamlanıb.

“Harri Potter”in yazıldığı mağaza

Lellonun mağazası təkcə öz fasad memarlığı və daxili dekorasiyası ilə məşhurlaşmayıb, “Harri Potter” kitab seriyasının müəllifi Coan Roulinq ona dünya şöhrəti gətirib. Deyilənlərə görə, müəllif Lellonun gözəlliyinə o qədər heyran olub ki, onun mükəmməlliyini sehrbazlar haqqında romanının səhifələrinə köçürüb. Lellonun kitab mağazasının pilləkənləri ilə Hoqvartsda - Britaniyanın sehrbazlıq və cadugərlik məktəbində təsvir olunan pilləkən arasında həqiqətən də böyük oxşarlıqlar var.

Hoqvarts üçün geyimlərin təsadüfi olmadığı da buna misaldır. Müəllif Portuqaliyadakı tələbələrin qara kostyum və paltodan ibarət geyimindən ilhamlanıb. Kitabxana Porto Universitetinin binası yaxınlığında - Qomes Teyşeyra meydanında yerləşdiyi üçün tələbələrin buraya baş çəkmək ehtimalı yüksək olub.

Qeyri-adi pilləkənlərin cəlbediciliyi

Mağazada seçim çoxdur. Əlbəttə ki, “Harri Potter” romanının cildlərini buradan ingilis dilində almaq olar, lakin kitabların çoxu portuqal dilindədir.

Adi kitablarla yanaşı, Lelloda siz “Balaca şahzadə” və ya “Alisa möcüzələr ölkəsində” kimi kitabların çox nadir nüsxələrini də görə bilərsiniz. Heç bir şey almasanız, çıxdığınız zaman Lello haqqında broşür və ya suvenir əldə etmək olur.

10 il əvvəl Lelloda fotoşəkil çəkmək qadağan idi. İndi isə “Lello və qardaşı” çoxdan bir kitab mağazasından “Harri Potter”in mağazasına və ya kitabxanasına çevrilib. Sosial platformalar onun qeyri-adi pilləkənlərinin fotoşəkilləri ilə doludur.

Lello qardaşlarının latın dilində yazılmış və “Əməkdə şərəf” mənasını verən şüarı isə bir əsr keçsə də, aktuallığını itirməyən inanc kimi insanları mağazaya cəlb etməkdədir...("Kaspi" qəzeti)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:267
embedMənbə:https://publika.az
archiveBu xəbər 14 Dekabr 2024 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see664

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see449

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see444

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see410

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see395

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see390

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see351

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see290

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see275

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see273

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see252

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see247

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see235

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see233

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see230

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see229

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see227

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see224

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see221

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri