Icma.az
close
up
RU
“Yaşıl Dünyanı Yarat! 2” rəqəmsal həllər hakatonu baş tutub I FOTOLAR

“Yaşıl Dünyanı Yarat! 2” rəqəmsal həllər hakatonu baş tutub I FOTOLAR

Icma.az bildirir, Azvision portalına istinadən.

Məqsəd gənclərin ekoloji problemlərə innovativ və texnoloji yanaşmasını təşviq etmək, onların tətbiq oluna bilən rəqəmsal həllər hazırlamasını təmin etmək olub.
Proqram müddətində iştirakçılar sahə üzrə ekspertlərin iştirakı ilə panel müzakirələrdə və təlimlərdə iştirak ediblər.
İki gün davam edən tədbir 16 komandanı və 64 iştirakçını əhatə edib. Bu çərçivədə Xəzər dənizinin ekoloji vəziyyətinin və su ehtiyatlarının qorunması, ağıllı su idarəetməsi, enerji səmərəliliyi kimi məsələlər diqqətdə saxlanılıb. Bərpa olunan enerji həlləri, dayanıqlı və yaşıl şəhər mühiti, iqlim dəyişikliyi ilə mübarizə, karbon emissiyasının azaldılması, ekoloji monitorinq və məlumatların süni intellekt vasitəsilə analizi kimi müxtəlif istiqamətlər üzrə hazırlanan layihələr münsiflər heyətinə təqdim edilib.
Mükafatlandırma mərasimində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, IDEA İctimai Birliyinin nümayəndəsi Ceyhun Hüseynov, ali təhsil müəssisələrinin prorektorları və nümayəndələri, digər qonaqlar iştirak ediblər.
Müsabiqədə Bakı Dövlət Universitetinin “BSUstainable” komandasının tələbələri I yeri, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “DİAmonds” komandasının tələbələri II yeri, Bakı Ali Neft Məktəbinin “SynBHOSis” komandasının tələbələri isə III yeri tutublar. Komandalara müvafiq olaraq 2000, 1500 və 1000 AZN məbləğində pul mükafatı və sertifikatlar təqdim olunub.
Hakatonda ADA Universitetinin, Azərbaycan Dillər Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Azərbaycan Memarlıq və İnşaat Universitetinin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Azərbaycan Texniki Universitetinin, Azərbaycan Turizm və Menecment Universitetinin, Azərbaycan Universitetinin, Bakı Ali Neft Məktəbinin, Bakı Biznes Universitetinin, Bakı Dövlət Universitetinin, Bakı Mühəndislik Universitetinin, Bakı Slavyan Universitetinin, Milli Aviasiya Akademiyasının və Qərbi Kaspi Universitetinin tələbələri iştirak ediblər.
Rəqəmsal həllər hakatonu gənclərin ekoloji problemlərin həllinə aktiv şəkildə qoşulmasını təşviq etməklə yanaşı onların innovativ potensialının üzə çıxarılmasına və praktiki bacarıqlarının inkişafına mühüm töhfə verilməsinə hədəflənib. Qalereya
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://azvision.az
archiveBu xəbər 28 Aprel 2026 18:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see397

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see375

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see361

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see331

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see301

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see282

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see276

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see271

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see269

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see262

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see243

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see243

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see242

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see236

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see235

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see230

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see216

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see212

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see210

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri