Yaşıl enerji sahəsində sazişə düzəliş protokolu təsdiqləndi
Icma.az xəbər verir, Sfera.az saytına əsaslanaraq.
Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında bu il sentyabrın 3-də Buxarest şəhərində imzalanmış yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında sazişə düzəliş protokolu təsdiq edilib.
Sfera.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Fərmana görə, Energetika Nazirliyi protokol qüvvəyə mindikdən sonra onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.
Həmçinin Xarici İşlər Nazirliyi protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Gürcüstan, Rumıniya və Macarıstana bildiriş göndərməlidir.
Bu mövzuda digər xəbərlər:Yaşıl enerji sahəsində sazişə düzəliş protokolu təsdiqləndi
09 Dekabr 2024 13:51
Yaşıl enerji sahəsində sazişə düzəliş protokolu təsdiqləndi Yeni Çağ Media
09 Dekabr 2024 13:26
Dörd dövlətin yaşıl enerji sahəsində imzaladıqları sazişə düzəliş protokolu təsdiqlənib
09 Dekabr 2024 13:44
Baxış sayı:153
Bu xəbər 09 Dekabr 2024 13:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















