Icma.az
close
up
RU
“Yaşıl enerji” təmsilçilərinin Bakı platformasında böyük investorlar qismində çıxış etmələri ölkəmizin bərpaolunan enerji sektoruna marağı göstərir ŞƏRH

“Yaşıl enerji” təmsilçilərinin Bakı platformasında böyük investorlar qismində çıxış etmələri ölkəmizin bərpaolunan enerji sektoruna marağı göstərir ŞƏRH

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 8 aprel, AZƏRTAC

Ötən həftə Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları Azərbaycanın regional və qlobal enerji bazarlarında artan rolunu bir daha nümayiş etdirir. Dünyanın 24 ölkəsi, 7 beynəlxalq maliyyə institutu və 42 enerji şirkətinin nümayəndəsinin iştirakı ilə baş tutan tədbirin əhəmiyyətindən danışarkən Prezident İlham Əliyevin açılış mərasimində toxunduğu məsələləri vurğulamaq yerinə düşər. Dövlətimizin başçısı rəsmi Bakının dünyanın enerji sənayesi sahəsində mövcud reallıqların mərkəzində dayandığına və mərkəzi coğrafiya olmasına bir daha diqqət çəkdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov səsləndirib.

Deputat bildirib ki, əməkdaşlığın yeni yollarının müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyan enerji iclaslarında müvafiq dövlət qurumlarının və müxtəlif ölkələrin təmsilçilərinin, xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndəliklərinin, enerji sahəsində fəaliyyət göstərən nüfuzlu şirkətlərin rəhbərlərinin, habelə tanınmış biznes icmasının bir araya gələrək səmərəli görüşlər keçirmələri, faydalı müzakirələr aparmaları əməkdaşlığın yeni yollarının tapılmasına əvəzsiz töhfə verir. Eyni zamanda, enerji sənayesində ixtisaslaşan, sərmayələr xərcləyən nəhəng şirkətlərin nümayəndələrinin yeni təklifləri dünya miqyasında enerji təhlükəsizliyinin daha da möhkəmləndirilməsinə hesablanıb. Son illərin trendinə çevrilən yaşıl enerji təmsilçilərinin Bakı platformasında böyük investorlar qismində çıxış etmələri ölkənin bərpa olunan enerji sektoruna marağı əks etdirməklə yeni layihələrə yol açır. Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Səudiyyə Ərəbistanı, Çin, Türkiyə kimi ölkələrin sənaye və qabaqcıl texnologiyalar üzrə tanınmış şirkətlərinin Bakı iclasında iştirakı deyilənlərə bariz nümunədir.

Avropaya qaz nəqlinin arteriyası olan Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanın enerji diplomatiyasının ən uğurlu nümunələrindən biridir. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində həyata keçirilən bu layihə ölkəmizin dünya ölkələrinin enerji təhlükəsizliyində mühüm rol oynamasını təmin edib. 2020-ci ilin dekabrından bu layihənin sonuncu seqmenti - Trans-Adriatik Qaz Kəməri (TAP) ilə təkcə Avropanın 10-dan çox ölkəsinə “mavi yanacaq” ixrac edilir. Hazırda illik 25 milyard kubmetr qaz nəql edən Azərbaycanın yaxın 5 il ərzində hasilatı artıraraq ixracın həcmini 30-31 milyard kubmetrə qədər çatdırması proqnozlaşdırılır. Həmin qazın 20 milyard kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Nikbin proqnozlar Qaz İxrac Edən Ölkələrin Forumunun (GECF) bir neçə ay əvvəl açıqladığı hesabatda da öz əksini tapıb. Həmin pronozlara əsasən, Avropanın etibarlı və uzunömürlü qaz təminatı strategiyasında Azərbaycanın rolu daha da artacaq, 2025-2027-ci illərdə ölkəmizin qaz istehsalı və nəqli 40 faiz çoxalacaq. Nəticədə Avropaya qaz nəql edən TAP kəmərinin illik gücü 20 milyard kubmetri də ötmüş olacaq. Həmçinin Avropa İttifaqı ölkələrinə Azərbaycanın enerji resursları ilə yanaşı, digər Xəzəryanı ölkələrin də yanacaq ehtiyatlarının cəlb olunması nəzərdə tutulur.

A.Hüseynov deyib ki, Türkmənistan və Qazaxıstan qazının Avropaya inteqrasiyası mövzusu son illərdə geosiyasi və enerji təhlükəsizliyi baxımından olduqca aktuallaşıb. “Dünyanın dördüncü ən böyük təbii qaz ehtiyatlarına malik Türkmənistan qazı əsasən Çinə ixrac olunur, lakin Avropa bazarına çıxmaq istəyir. Qazaxıstan da mühüm qaz və neft istehsalçısıdır. Onun da Avropa bazarına çıxmaqda marağı var. Məhz buna görə Transxəzər Qaz Kəməri (TGC) Türkmən qazını Xəzər dənizi vasitəsilə Azərbaycan ərazisindən TANAP və TAP boru kəmərlərinə qoşaraq Avropaya daşımaq üçün nəzərdə tutulub. Bütün bunlar nəzərə alınarsa, Cənub Qaz Dəhlizi – Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Avropaya uzanan bu sistem Türkmənistan və Qazaxıstan üçün real alternativ ola bilər”, - deyə o əlavə edib.

Avropanın enerji təhlükəsizliyi üçün mühüm rol oynayan Bakı platforması Azərbaycanın enerji tranzit ölkəsi kimi mövqeyini gücləndirməklə yanaşı, Gürcüstan, Türkiyə və Cənubi Avropa ölkələri (İtaliya, Yunanıstan, Albaniya və s.) üçün alternativ mənbə rolunu oynayır, xüsusilə Avropa İttifaqı ilə inteqrasiyanın dərinləşdirilməsini sürətləndirir. Habelə iclaslar bərpaolunan enerji sahəsində regional əməkdaşlıq və Azərbaycanın yaşıl enerji ixrac potensialı baxımından əhəmiyyətlidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Aprel 2025 19:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see243

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see199

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see193

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see181

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see174

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see153

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see152

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see151

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see151

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see148

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see147

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see143

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see141

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see140

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see137

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see136

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see136

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see132

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see130

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri