Icma.az
close
up
RU
Menu

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Məşhur aşpazın restoranı borca görə bağlandı

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Röya tanınmaz obrazda (Foto/Video)

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Baş idarə rəisinə yeni rütbə verildi

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Ölkəmizin enerji sektoruna maraq artmaqdadır

Ölkəmizin enerji sektoruna maraq artmaqdadır

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Məlum olduğu kimi, ölkəmizin dövlət müstəqilliyi bərpa edildikdən sonra onun iqtisadi gücünün yüksəldilməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirildi. Belə tədbirlər dövlətin sərhədləri xaricində də maraqla qarşılanırdı və bu maraq dünyanın iri dövlətlərinin diqqətini Azərbaycana yönəldirdi. İqtisadi inkişaf həm də neft sənayesi ilə bağlı idi, dünyanın inkişaf etmiş dövlətləri Azərbaycanla böyük beynəlxalq neft müqavilələri imzalayırdı. Qeyd edək ki, Azərbaycanda Bakı Ekspo Mərkəzinin yaradılması da, Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi də, “Baku Energy Forum”u da belə iqtisadi əlaqələrdəndir.

Yeri gəlmişkən, qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 2-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Ener-getika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxış etdi. Dövlət başçımız çıxışında “Əsrin müqaviləsi” adlandırılan, regionda bütün geosiyasi və geoiqtisadi vəziyyəti dəyişdirən sazişdən, Azərbaycanda genişmiqyaslı islahatlar həyata keçirildiyindən, milli sərvətlərin düzgün bölüşdürülməsi nəticəsində Azərbaycanda yoxsulluğun azaldılmasından, Azərbaycanla tərəfdaş dövlətlər ilə birlikdə Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən strateji boru kəmərlərini inşa edilməsindən söz açaraq dedi: “…Açıq dənizə çıxışı olmayan ölkə olduğumuza baxmayaraq, biz Avrasiyanın vacib nəqliyyat qovşaqlarının birinə çevrilmişik. Çünki biz infrastruktur layihələrinə çox böyük sərmayə yatırdıq. Bununla yanaşı, bizim enerji layihələrimiz sayəsində Avrasiyanın enerji xəritəsi yenidən tərtib edilib. Əlbəttə, bunların tacı Azərbaycanın dəniz yataqlarından İtaliyanın sahilinə qədər uzanan 3500 kilometrlik Cənub Qaz Dəhlizidir. Əlbəttə, bir çox digər ölkələrin enerji təhlükəsizliyinə sərmayə yatırımı Azərbaycanın geosiyasi əhəmiyyətini artırır. Biz anlayırıq ki, bundan sonra da enerji, neft və qaz bir çox ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayacaqdır. Ötənilki “Bakı Enerji Həftəsi”ndəki çıxışım zamanı mən iştirakçılara məlumat verdim ki, o zaman biz səkkiz ölkəyə təbii qaz ixrac edirdik. Bu gün isə deyə bilərəm ki, həmin ölkələrin sayı 12-yə çatıbdır və bu, hələ də son deyil”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında Azərbaycanın hasilatı artırmaq niyyətində olduğunu, müqavilələr imzalandığını, bu prosesin davam etdiyini, 2030-cu ilədək qaz ixracını 8 milyard kubmetrə qədər artacağını, xarici bazarlara təklif ediləcəyini bildirərək dedi: “Azərbaycanda neft və qazla zəngin olan ölkəmizin xarici investorlarla bərabər yaşıl enerjiyə sərmayə qoymasının bir dövlət olaraq azərbaycanın məsuliyyəti olduğunu bildirən Azərbaycn Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında dedi ki, “Bütün bu yaşıl enerji potensialımız sayəsində biz, əlbəttə ki, Azərbaycanın elektrik enerjisinə artan tələbatını təmin edəcəyik, əsasən bərpaolunan enerji hesabına təmin edəcəyik. Bunun nəticəsində bir neçə milyard kubmetr qaza qənaət ediləcəkdir və bu həcm ixrac oluna biləcək”.

Ən əsası, Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”un rəsmi açılışı ölkəmizin enerji sektoruna böyük maraq olduğunu təsdiqləyən tədbir kimi tarixləşdi.

Emin Məmmədov,

YAP Göygöl rayon təşkilatı üzrə “Azərişıq” ASC Qərb RETSİ-nin Göygöl Elektrik şəbəkəsi ərazi partiya təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 03 İyun 2025 09:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see327

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see320

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see315

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see313

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see312

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see301

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see281

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see251

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see250

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see231

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see224

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see221

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see204

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see201

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see194

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see193

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see192

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see192

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see191

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri