Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Yaşıl enerji” və iqlim siyasətində Azərbaycan nümunəsi

“Yaşıl enerji” və iqlim siyasətində Azərbaycan nümunəsi

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ölkəmiz uzun illərdir ki, böyük mədəni, siyasi tədbirlərin və idman yarışlarının keçirildiyi bir məkana çevrilmişdir. Azərbaycan təşkilatçı ölkə kimi dünyada böyük imicə malikdir. Sirr deyil ki, Vətən müharibəsində əldə olunmuş şanlı Zəfər ölkəmizin dünyada bir faktora çevrilməsi işində əhəmiyyətli rol oynamaqdadır. Azərbaycanın nüfuzu hər gün artır, dünyada dostlarımızın sayı elə əldə etdiyimiz tarixi Qələbənin miqyası qədər böyüyür. Azərbaycan çoxsaylı siyasi, iqtisadi və regional layihələrdə iştirak edir. Ölkəmiz ardıcıl olaraq dörd il ərzində BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisata – Qoşulmama Hərəkatına sədrlik edib. Həmçinin Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq edir. Azərbaycan özündə ümumbəşəri dəyərləri ehtiva edən bir ölkədir. Bu səbəbdən də dünyanın ən böyük beynəlxalq təşkilatı olan Birləşmiş Millətlər Təşkilatının (BMT) bu cür mötəbər tədbiri Azərbaycanda keçirmək arzusu, niyyəti başa düşüləndir.

Azərbaycan, eyni zamanda, dünya səviyyəsində strateji araşdırma – beyin mərkəzləri yaradaraq, dünya səviyyəli siyasətçiləri, iqtisadçıları, təhlükəsizlik üzrə mütəxəssisləri, ekoloqları bir araya gətirməklə, onların görüşlərini, müzakirələrini təşkil etməklə dünyada baş verən hadisələrə biganə qalmadığını dünya ictimaiyyətinə çatdırmaqda davam edir. COVID-19 pandemiyası dövründə Azərbaycanın vaksinlərin dünya əhalisi arasında bərabər və ədalətli paylanması istiqamətində gördüyü işlər, kiçik ada dövlətlərinə öz gələcəkləri uğrunda mübarizədə verdiyi dəstək dostlarımızın sayını artırdı.
Yəni hadisələr aramla bizi dünyanın ən böyük tədbirinə - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına (COP29) doğru addım-addım aparırdı. COP29-a ev sahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək bizim üçün həqiqətən böyük şərəfdir. Biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən yaşıl enerji sahəsindəki fəaliyyətimizə hörmətinin əlaməti hesab edirik. Əlbəttə, bu tədbirin Bakıda keçirilməsi üçün dünya ölkələrinin yetər sayına ehtiyac var idi. Lakin Azərbaycan üçün bu hədəf çətin deyildi. Dünyada qazandığı etibarlı imic və güclü dövlətçilik ənənələri ölkəmizin bu mötəbər tədbirə hazır olduğunu deyirdi. COP29 ilə dünya ölkələrinə böyük töhfə verməklə Azərbaycan bizə qarşı yönəlmiş əsassız iddiaları, ittihamları darmadağın edə bilmişdir.
BMT-nin İqlim Dəyişikliyi Konfransları hər il keçirilir. Bu konfransların məqsədi iqlim dəyişikliyinə qarşı mübarizədə əldə edilmiş uğurların qiymətləndirilməsi, dünyanın hər yerindən hökumət nümayəndələrinin COP-da toplaşaraq iqlim dəyişmələrinin qarşısının alınması istiqamətində birgə səylər göstərməsidir. Hər il fərqli ölkələrdə keçirilən bu konfransın 11 dekabr 2023-cü il tarixdə Dubayda keçirilən COP28-in plenar iclasında COP29-un Bakıda keçirilməsi qərarı verilmişdi. Bu gün artıq COP29 tədbirləri başa çatıb və biz qürurla deyə bilərik ki, Azərbaycan bunu uğurla bacardı.
COP29-un Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq arenada nüfuzunun daha da güclənməsinə müsbət təsir etdi. Həmçinin, bütün postsovet ölkələri arasında ilk dəfə olaraq Azərbaycan belə bir mötəbər qlobal tədbiri qəbul etdi. Bu da regionda Azərbaycandan kənarda hər hansı bir layihənin həyata keçirilməsinin bundan sonra da mümkünsüz olduğunu yenidən və bir daha dünya ictimaiyyətinin nəzərinə çatdırmış oldu.
Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəyli ili” elan edilməsi, Qarabağı, Şərqi Zəngəzuru və Naxçıvanı “yaşıl enerji” bölgəsi adlandırılması bir daha onu göstərdi ki, Azərbaycanın təbiətin mühafizəsinə münasibəti tədbir xatirinə və ötəri həvəs deyildir. Azərbaycan neft ölkəsi olmaqla yanaşı, həm də yaşıl enerjiyə külli miqdarda vəsait, kapital yatırmaqla bu məsələdə səmimi mövqeyini nümayiş etdirmişdir.
Cənab İlham Əliyevin də müraciətində bildirdiyi kimi, müddətin qısa olmasına baxmayaraq Azərbaycan COP-un rahat və yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi hazırlıqları həyata keçirməyə nail oldu. Mübaliğəsiz deyə bilərik ki, Bakıda keçirilən COP29 tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək. Konfrans bir daha Azərbaycanın dünya miqyaslı tədbirlərin təşkilində böyük təcrübəyə malik olduğunu dünya əhalisinə əyani göstərmişdir.
COP29 bir çox bariz nəticələrlə yadda qaldı. COP29-da İtki və Zərər Fondu tam işlək vəziyyətə gətirildi, Bakıda 1,3 trilyon ABŞ dolları yeni iqlim maliyyəsi hədəfi seçildi, Bakı Maliyyə Məqsədi əldə edə biləcəyimiz ən yaxşı razılaşma kimi qəbul olundu. Eyni zamanda, İqlim Davamlılığı üçün İnsan İnkişafı üzrə Bakı Təşəbbüsü, İqlim və Səhiyyə üzrə Davamlılıq Koalisiyası, Üzvi Tullantılardan Metanın Azaldılmasına dair Bəyannamə, Davamlı və Sağlam Şəhərlər üçün Çoxsahəli Fəaliyyət Yolları Bəyannaməsi, Turizm sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə COP29 Bakı Bəyannaməsi, İqlim Fəaliyyəti naminə COP29 Bəyannaməsi kimi vacib qərarlar qəbul edildi. Əlbəttə, bu qərarların qəbul edilməsi ilə yanaşı, onların icrası da böyük əhəmiyyət daşıyır.
Azərbaycan öz nüfuzu ilə bu böyük və möhtəbər tədbiri ən yüksək səviyyədə başa vura bildi. Bütün dünya dövlətləri müxtəlif səviyyədə öz nümayəndələrini Bakıya göndərməklə bir daha Azərbaycanın yüksək təşkilatçılığını təsdiq etmiş oldular. Halbuki, tədbirdən əvvəl və tədbirin həyata keçirildiyi dövrdə Azərbaycana qarşı ciddi qarayaxma kampaniyası aparıldı. İndiyədək COP tədbiri keçirən ölkələrdə siyasi, iqtisadi və demokratik vəziyyət müzakirə mövzusu olmamışdır. Gələn qonaqlar və iştirakçı dövlətlər ancaq təşkilatçılıq məsələlərinə münasibət bildirmişlər. Amma Vətən müharibəsindən və antiterror əməliyyatından sonra bəzi Qərb ölkələri, xüsusilə Fransa Azərbaycana qarşı əsassız ittihamlar irəli sürmüşlər. Onlar eyni əsassız və riyakar ittihamlarını dilə gətirərək COP29-u boykot etməyə çalışsalar da, yenə “döyüş meydanında” məğlub oldular. Bir daha Azərbaycan dünyaya öz “yumşaq gücünü” COP29 vasitəsi ilə nümayiş etdirdi. Konfransda 196 ölkədən 76 min qeydiyyata alınmış iştirakçı, onların arasında 80 Prezident, Vitse-Prezident və Baş nazirin bu tədbirdə iştirak etməsi və bu məqamın Prezident İlham Əliyev tərəfindən BMT-nin tədbiri sayılan COP29 tribunasından məğrur şəkildə ifadə edilməsi bütün dünyaya ölkəmizin gücünü göstərmiş oldu.
COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir. Çox böyük qürur və şərəfdir ki, ümümbəşər problemlərin həllində Azərbaycan və Azərbaycanda ölkəmizin təşkilatçılığı ilə keçirilmiş tədbir özünəməxsus rola malik olacaqdır.

Vüqar Seyidov
YAP Suraxanı rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:184
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 27 Noyabr 2024 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see470

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see439

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see313

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see310

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see264

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see253

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see247

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see243

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see234

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see229

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see222

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see217

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see217

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see215

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see213

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see204

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see201

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see199

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see196

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri