Icma.az
close
up
RU
Enerji siyasətində yaşıl gündəlik ŞƏRH

Enerji siyasətində yaşıl gündəlik ŞƏRH

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son illərdə qlobal enerji siyasətində mühüm dəyişikliklər baş verir. Ənənəvi enerji mənbələri ilə yanaşı, bərpa olunan və ekoloji cəhətdən təmiz enerji mənbələrinə maraq getdikcə artır. Bu proses bir çox ölkələrin enerji strategiyasına da təsir edir və dövlətləri daha davamlı enerji modelinə keçid barədə düşünməyə vadar edir.

İlham Əliyev beynəlxalq enerji əməkdaşlığına həsr olunmuş toplantılarda çıxış edərkən bu məsələni xüsusi vurğulayıb. O, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının nazirlərin 12-ci iclası çərçivəsində keçirilən müzakirələrdə qeyd edib ki, Şurada müzakirə olunan məsələlərin mühüm hissəsini artıq yaşıl enerji gündəliyi təşkil edir. Bu isə göstərir ki, enerji sektorunda gələcək inkişaf istiqamətləri yalnız qaz və neftlə məhdudlaşmır.

Azərbaycan son illərdə bərpa olunan enerji sahəsində potensialını daha fəal şəkildə qiymətləndirməyə başlayıb. Xüsusilə günəş və külək enerjisi sahəsində mövcud imkanlar ölkənin enerji balansının şaxələndirilməsi üçün yeni perspektivlər yaradır. Dövlət bu istiqamətdə beynəlxalq tərəfdaşlarla əməkdaşlığı genişləndirərək yaşıl enerji layihələrinin reallaşdırılmasına xüsusi diqqət ayırır.

Yaşıl gündəlik həm də qlobal iqlim çağırışlarına cavab verən mühüm addım hesab olunur. Ətraf mühitin qorunması, karbon emissiyalarının azaldılması və dayanıqlı inkişaf prinsiplərinin tətbiqi enerji siyasətinin əsas istiqamətlərindən birinə çevrilir.

Beləliklə, enerji məsələlərinə dair beynəlxalq platformalarda yaşıl gündəliyin müzakirə olunması göstərir ki, gələcəyin enerji modeli daha çox bərpa olunan mənbələrə əsaslanacaq. Azərbaycanın bu prosesdə fəal iştirak etməsi isə ölkənin enerji strategiyasının uzunmüddətli və dayanıqlı inkişafını təmin edən mühüm amillərdən biridir.

Pərviz Hüseynzadə

YAP Babək rayon təşkilatının əməkdaşı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 11 Mart 2026 19:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see355

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see295

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see291

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see278

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see268

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see258

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see250

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see240

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see235

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see218

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see214

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see213

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see213

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see210

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see207

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see207

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see205

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see193

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see189

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri