Icma.az
close
up
RU
“Yaşıl enerji”də yeni mərhələ

“Yaşıl enerji”də yeni mərhələ

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

Azərbaycanın müəllifi olduğu enerji həmrəyliyində yer alan ölkələrin sırası genişlənir

2025-ci ilin yanvar-noyabr aylarında ölkəmizdə “yaşıl enerji” istehsalında rekord göstəricilər əldə edilib. Qeyd edilən dövr ərzində su elektrik stansiyalarında (SES) 11 ayda 3 milyard kVt·st-a yaxın təmiz enerji tədarük olunub. Günəş elektrik stansiyalarında 600 mln. kVt·st-dan çox, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə təxminən 200 mln. kVtst, külək elektrik stansiyalarında isə 100 milyon kVts elektrik enerjisi istehsal edilib. Ümumilikdə, 11 ayda “yaşıl enerji” istehsalı 3,8 milyard kVt·st-ı ötüb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bərpaolunan enerji mənbələrindən istehsal edilən güc ən azı 10 faiz artıb.

Qeyd edək ki, hesabat dövründə Azərbaycanda 24 milyard 603,5 milyon kVts elektrik enerjisi istehsal edilib. Bu o deməkdir ki, “yaşıl enerji”nin payı ümumi enerji istehsalında 16-17 faizə çatıb. Mövcud rəqəmlər bir daha təsdiq edir ki, artıq Azərbaycanda “yaşıl enerji” strategiyası uğurlu başlanğıcla irəliləyir və bərpa olunan enerji növlərinin hər birində artım müşahidə edilir. Bu isə hökumətin 2030-cu ilə qədər elektrik enerjisində bərpa olunan enerjinin qoyuluş gücü üzrə payını 30 faizə çatdırmaq və “yaşıl enerji” sahəsində lider olmaq üçün mövcud enerji siyasətinin uğurla icrasından xəbər verir.

Dünyanın nüfuzlu  şirkətləri ilə yeni sazişlər

Azərbaycan hökumətinin “yaşıl enerji” sektorunda həyata keçirdiyi strategiyanın əsas xətti yerli “yaşıl güclərin” istehsalı və emalına xarici investorların cəlb edilməsidir. Bu istiqamətdə müəyyən edilmiş siyasət öz uğurlu nəticələrini göstərməkdədir. Son 3 ildə Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinin “Masdar”, Səudiyyə Ərəbistanının “ACWA Power”, Böyük Britaniyanın “bp”, Avstraliyanın “Fortescue Future Industries”, Yaponiyanın “TEPSCO”, İtaliyanın “Maire Tecnimont”, Çinin “China Gezhouba Group Overseas Investment”, Fransanın “Total Energies” və digər xarici şirkətlərlə  bərpaolunan enerji istehsalına dair müqavilələr imzalayıb. 

Ötən il 240 MVt gücündə “Şəfəq” Günəş Elektrik Stansiyası və Səngəçal terminalının elektrikləşdirilməsi (STEL) layihələri üzrə yekun investisiya qərarları imzalanıb. Həmçinin, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və BP arasında Cəbrayıl rayonunda “Şəfəq” layihəsinin icrasına dair saziş yeni mərhələyə daxil olub, layihə çərçivəsində “Virtual Enerjinin Ötürmə Mexanizmi” adlanan yeni kommersiya modelinin tətbiqi üzrə texniki sənədlər razılaşdırılıb. Təxminən 200 milyon ABŞ dolları dəyərində olan “Şəfəq” GES-in tikintisinin 2027-ci ilin ortalarınadək yekunlaşması və bu müddətdə 400-ə yaxın iş yerinin yaradılması gözlənilir.

Habelə, ötən il Azərbaycan hökuməti ilə “Enerso Cəbrayıl” MMC arasında 50 MVt gücündə “Üfüq” GES-in inşasını nəzərdə tutan İnvestisiya Müqaviləsi imzalanıb. Digər saziş Azərbaycan hökuməti ilə “Clean Energy Jabrayil” MMC arasında imzalanan 50 MVt gücündə “Şəms” GES layihəsi üzrə İnvestisiya Müqaviləsidir. Bundan başqa, Energetika Nazirliyi ilə “Nobel Energy Limited” şirkəti arasında Naxçıvan şəhərində 30 MVt gücündə günəş elektrik stansiyasının qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsinə dair İcra Müqaviləsi də bərpaolunan enerji siyasətində mühüm sazişlərdən biri hesab edilə bilər.

Ümumilikdə, ötən il də daxil olmaqla, son 3 ildə Avropa İttifaqı daxil olmaqla 24 ölkə, 8 beynəlxalq təşkilat və 45 şirkətin təmsil olunduğu “yaşıl enerji” alyansının formalaşması təmin edilib. Bundan başqa, Azərbaycan Dünya Bankı (DB) , Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) , Asiya İnkişaf Bankı (AİB) kimi beynəlxalq maliyyə təşkilatlarının dəstəyi ilə layihələr həyata keçirilir. AYİB 2027-ci ilədək 8 külək və günəş elektrik stansiyasının inşasına kreditlər ayıracaq. Ötən ay Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar” şirkəti ilə maliyyə tutumu 1 milyard dollar olan müqavilələrin imzalanması isə “yaşıl enerji” hərəkatında yeni dalğanın başlanğıcı sayıla bilər.

Dörd ölkənin Məktubu

2025-ci ildə də “yaşıl enerji” mənbələrinin tədarükü və inkişafı istiqamətində mühüm addımlar atılıb. Qaradağ Günəş Elektrik Stansiyasının (GES) enerji gücü artırılıb, eləcə də, Biləsuvar Günəş Elektrik Stansiyasında (GES) istehsal sahəsi genişləndirilib, hazırda bu GES-də Çinin “JA Solar” şirkətinin istehsalı olan 900 mindən artıq günəş panelinin quraşdırılması işləri planlaşdırılır. Nəticədə gücü 625-630 Vt olan panellər vasitəsilə günəş şüalarından daha maksimum enerji istehsalı mümkün olacaq. Stansiyanın 2026-cı il ərzində istismara verilməsi planlaşdırılır.

Regional layihələr kontekstində Azərbaycanın Xəzər dənizi və Mərkəzi Asiyanın bərpaolunan enerji potensialının şaxələndirilməsi və Türkiyə və Avropa bazarlarına nəqli istiqamətində marşrutların yaradılması istiqamətində həyata keçirdiyi layihələr mühüm yer tutur. Bu istiqamətdə ötən ilin diqqətçəkən hadisələrindən biri də Budapeştdə Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında Yaşıl Enerji Dəhlizi üzrə Birgə Məktubun imzalanması oldu. Bu, həm də, “Yaşıl Enerji Dəhlizi Enerji Şirkəti”nin (GECO) fəaliyyətinin yeni mərhələyə daxil olmasını təmin edib. Qeyd edək ki, GECO “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanmış yaşıl enerjinin inkişafı və ötürülməsi Sazişi”nin icrası məqsədilə dörd ölkənin təmsil olunduğu Birgə Müəssisədir.

Böyük Britaniya nəhəngi ilə Anlaşma

Ötən il dünyanın nəhəng enerji investoirlarından olan Böyük Britaniyanın “Xlinks” şirkəti ilə əməkdaşlıq da uğurlu hadisələrdən biri kimi yadda qalıb. Birləşmiş Krallıqla enerji enerji tərəfdaşlığının yeni səhifəsi olan “yaşıl enerji” üzrə əməkdaşlıqda əhəmiyyətli qərarlar verilib. İngilis şirkətləri “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”ndə təmsil olunmaq üçün “Yaşıl Enerji Dəhlizi Enerji Şirkəti” (GECO) ilə anlaşma əldə edib. “Xlinks” şirkəti ilə imzalanmış Anlaşma Memorandumuna əsasən, GECO və “Xlinks” sözügedən enerji dəhlizinin sualtı kabel infrastrukturunun qurulmasında iştirak edəcək.

“Xlinks” şirkəti isə irimiqyaslı bərpa olunan enerji və uzaq məsafəli ötürmə xətləri layihələri üzrə ixtisaslaşmış Böyük Britaniya şirkətidir. Şirkətin texniki heyəti Böyük Britaniya-Norveç arasında 720 km uzunluğunda və 1.4 QVt ötürmə gücü olan “North Sea Link” (Şimal Dənizi Linki) və Böyük Britaniya-Danimarka arasında 765 km uzunluğunda və 1.4 QVt ötürmə gücü olan “Viking Link” (Vikinq Linki) interkonnektorlarının inşasında təcrübəyə malikdir.

Azərbaycan Hökuməti ilə Avropa İttifaqı (Aİ) arasında da bərpaolunan enerji sahəsində faydalı əməkdaşlıq güclənməkdədir.

Həmçinin islam dövlətləri ilə də bu istiqamətdə yeni təşəbbüslər dəyərləndirilərək mühüm anlaşma sənədlərinə imza atılıb. Ötən ilin dekabrında İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Təmiz Enerji Mərkəzi ilə Azərbaycan hökuməti arasında imzalanmış sazişə əsasən, mərkəz ölkəmizdə dayanıqlı enerji, enerji keçidi və enerji səmərəliliyi layihələrinin təşviqinə partyor olacaq. İƏT-in bu sahəd fəaliyyəti Azərbaycanda icra olunan milli və regional “yaşıl enerji” layihələri üçün əlavə imkanlar yaratmaqla yanaşı, ölkəmizin regional enerji proseslərində, o cümlədən Mərkəzi Asiya ilə enerji bağlantılarının qurulması istiqamətində rolunun daha da möhkəmlənməsinə xidmət edəcək.

Türk dövlətlərinin mənafeyinə uyğun...

Beləliklə, Azərbaycan bərpaolunan enerji güclərini artırmaqla və müasir enerji gündəliyinə daxil olan dövlətlərinin coğrafiyasını genişləndirməklə “Yaşıl Enerji Dəhlizi” layihəsini irəlilətməkdədir. “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” adlanan bu qlobal layihə Mərkəzi Asiyanın türk dövlətlərinin, eləcə də Azərbaycanın günəş və külək elektrik stansiyalarından alınan “təmiz” elektrik enerjisinin Azərbaycan ərazisindən keçməklə Avropaya nəqli perspektivlərini nəzərdə tutur. Bu baxımdan həmin strateji enerji xətti həm də türk dövlətlərinin vahid enerji siyasətini təmin etməklə “Türk Yaşıl Baxışı” və “Qəbələ Bəyannaməsi”nin prioritetləri ilə üst-üstə düşür. Bir sözlə, “Trans-Xəzər”, “Azərbaycan-Türkiyə-Avropa”, “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan”, həmçinin “Xəzər-Qara dəniz-Avropa” “yaşıl enerji” dəhlizi və interkonnektor layihələri ən çox türk dövlətlərinin birliyini möhkəmləndirməyə xidmət edir.

Ərəb dövlətləri də türk “yaşıl ittifaqı”na qoşulur

Yeri gəlmişkən, ərəb dövlətləri də “yaşıl enerji”nin türk koalisiyasına qoşulmağı planlaşdırır. Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri artıq xeyli müddətdir ki, Mərkəzi Asiya və Azərbaycanda “yaşıl layihələr”də təmsil olunur. Bu baxımdan Qara dəniz kabeli layihəsinin gələcəkdə Yaxın Şərq regionunu da əhatə edəcəyini və Şərq-Qərb enerji dəhlizinin formalaşacağını söyləmək mümkündür. “Yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində əməkdaşlıq üzrə Azərbaycan, Qazaxıstan, Özbəkistan və Səudiyyə Ərəbistanı Krallığının Energetika nazirlikləri arasında İcra Proqramı”nın imzalanması da bunu deməyə əsas verir.

Beləliklə, böyük karbohidrogen tədarükçüləri olan 3 türk dövləti və onların müttəfiqinə çevrilmiş Səudiyyə Ərəbistanı növbəti onilliklər ərzində qlobal neft istehlakının azalmasını fonunda ənənəvi enerjini kompensasiya edə biləcək “yaşıl enerji” potensialını qlobal bazarlara çıxaracaq. Bununla da, neft-qaz ölkələri kimi tanınmış bu dövlətlərin növbəti mərhələdə əsas vizyonu  “yaşıl enerji”nin ixracatçıları kimi formalaşacaq.

Azad ərazilərin “yaşıl gücü” artıb

Azərbaycan yaxın 5-6 ildə “yaşıl enerji” gücünü 2 dəfə artırmaqla qarşıya qoyduğu 30 faizlik təmin enerji gündəliyinə daha tez çatmış olacaq. Mövcud qiymətləndirmələrə əsasən, Azərbaycanda “yaşıl enerji” mənbələrinin potensialı quruda 135 QVt, dənizdə 157 QVt proqnozlaşdırılır.Təkcə, Qarabağ və Şərqi Zəngəzur bölgəsində hidroenerji, külək və Günəş enerjisi, termal su mənbələrinin gücü 7200 MVt-dan artıq qiymətləndirilir. Laçın və Kəlbəcərin dağlıq ərazilərində külək enerjisinin 2000 MVt həcmində texniki potensialının olduğu proqnozlaşdırılır. Hidroenerji ehtiyatlarına görə Tərtərçay, Həkəri çayı və bu çayların qolları əsas resurs mənbələri hesab olunur. Təkcə ötən il azad edilmiş ərazilərdə hər birinin gücü 50 MVt olan “Şəms” və “Üfüq” günəş elektrik stansiyalarının təməli qoyulub, “Şəfəq” GES-də tikinti-quruculuq işləri davam etdirilib, Kəlbəcərdə külək enerji potensialının ölçmə-müşahidə işlərinə başlanılıb. Azad edilmiş ərazilərdə hazırda ümumilikdə 307 MVt gücündə 38 su elektrik stansiyasının fəaliyyət göstərir.

Beləliklə, Azərbaycanın yürütdüyü “yaşıl enerji” siyasəti bütün region ölkələrinin birgə enerji həmrəyliyini genişləndirməklə yeni mərhələyə daxil olub. Ölkəmizin bərpaolunan enerji potensialının artması əsas hədəflərdən biri olan - “yaşıl enerji”nin Avropa İttifaqına nəqli üçün imkanları daha da artırmaqla, hədəfə daha tez çatmağı şərtləndirir.

E.CƏFƏRLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:98
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 07 Yanvar 2026 09:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see217

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see180

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see172

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see170

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see169

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see162

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see156

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see149

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see144

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see141

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see139

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see139

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see138

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see130

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri