Icma.az
close
up
RU
“Yaşıl enerji”yə keçid dövründə kadr hazırlığı

“Yaşıl enerji”yə keçid dövründə kadr hazırlığı

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Dünyada “yaşıl enerji”yə keçid, rəqəmsallaşma və innovativ həllər bu sahədə yeni imkanlar, ciddi tələblər yaradır. Naxçıvanda da energetika istiqamətində aparılan işlər, xüsusilə kadr hazırlığı və beynəlxalq təcrübə proqramları diqqət çəkir. Universitetdə praktiki tədris imkanları tələbələrin real iş mühitinə daha hazır yetişməsinə şərait yaradır.

Naxçıvan Dövlət Universitetində energetika mühəndisliyi ixtisası üzrə kadr hazırlığı da yüksək səviyyədə aparılır. Bu ixtisas 2008-ci ildən etibarən memarlıq və mühəndislik fakültəsinin tərkibində yaradılıb. Həmin ildən bu yana məzunlarımız energetika sahəsində müxtəlif vəzifələrdə çalışırlar. İstər fakültə daxilində, istərsə də “Naxçıvan Enerji” MMC ərazisində yerləşən bir neçə laboratoriya var ki, tələbələrimiz onların imkanlarından yararlanırlar. Bu prosesdə “Naxçıvan Enerji” MMC-nin ixtisaslı mütəxəssisləri tələbələrə yaxından kömək göstərirlər.

Universitetin tələbələri xarici ölkələrdə də mütəmadi olaraq təcrübə proqramlarında iştirak edirlər. Məsələn, 2021-ci ildə tələbələr Almaniyanın Vismar şəhərində energetika sahəsi üzrə təcrübə keçiblər. Avropanın mərkəzində tələbələr külək və günəş enerji qurğuları ilə yaxından tanış olublar, bu qurğulardan enerjinin alınma yollarını ətraflı şəkildə öyrəniblər.

2022-ci ildə isə tələbələrimizlə İtaliyanın Florensiya şəhərində yerləşən “Fimer” şirkətinin təlim mərkəzində olduq. Burada yeni texnologiyalar sayılan invertorlar haqqında mühazirələri dinlənildi. Mühazirəçilər Roma şəhərindən gətirilmiş yüksək ixtisaslı kadrlardan ibarət idi. Onlar invertorların iş prinsipi, daxilində gedən enerji dəyişmələri və tətbiq sahələri barədə tələbələrə ətraflı məlumat verdilər. Həmçinin Florensiya şəhərində həmin şirkətin ərazisində yerləşən günəş elektrik stansiyalarına baxış keçirdilər. Təcrübə müddətində tələbələr invertorların quraşdırılması və günəş elektrik stansiyalarının fəaliyyəti ilə yaxından tanış oldular. Bu il isə energetika ixtisası üzrə təhsil alan IV kurs tələbələrimiz Trabzon şəhərində təcrübəyə göndərilərək Qaradəniz Texniki Universitetinin nəzdində fəaliyyət göstərən energetika fakültəsində təcrübə keçiblər.

Ümumiyyətlə, Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərən elektroenergetika mühəndisliyi kafedrasında 2008-ci ildən başlayaraq 5 illik elmi tədqiqat işləri aparılır. Muxtar respublikanın alternativ enerji potensialı araşdırılır və bu sahədə müxtəlif tədqiqat işləri aparılır.

Energetika sahəsinə təkcə bir ixtisas kimi yanaşmaq olmaz, bu sahə həyatın davamlılığını təmin edən, bir ölkənin iqtisadi gücünün, sənaye inkişafının və milli təhlükəsizliyinin əsas dayağıdır. Yeni dünya düzənində enerji sistemi böyük transformasiyalar yaşayır. Ənənəvi sistemlər öz yerini daha ağıllı, rəqəmsal sistemlərə ötürür. “Smart Grid” adlandırılan ağıllı şəbəkələr vasitəsilə enerji real vaxt rejimində idarə olunur, vaxt itkisinin qarşısı alınır və qəzalar aradan qaldırılır. Eyni zamanda, dünya “yaşıl enerji”yə keçid etməyə başlayır. Bütün bu yeniliklər energetika sahəsində ixtisaslı kadrların yetişdirilməsinə ehtiyac yaradır. Bu sahədə çalışan mütəxəssislər yüksək biliklərə sahib olmalı, rəqəmsal sistemlər, avtomatlaşdırma və proqramlaşdırma biliklərinə yiyələnməlidirlər. Bunun üçün Naxçıvan Dövlət Universiteti bütün lazımi təchizatla təmin olunub.

Naxçıvanın “yaşıl enerji” zonasına çevrilməsi strategiyası regionun gələcək inkişafı üçün çoxşaxəli və uzaqgörən yanaşmadır. Bu siyasət həm yerli bərpaolunan enerji potensialından səmərəli istifadəni, həm də enerji təhlükəsizliyinin möhkəmləndirilməsini təmin edir. Bu strategiya iqtisadi baxımdan da yeni imkanlar açır, investisiyaları cəlb edir, yeni iş yerləri yaradır, sənaye və xidmət sektorunun imkanlarını genişləndirir. Eyni zamanda, enerji xərclərinin optimallaşdırılması və ixrac imkanlarının formalaşması regionun rəqabət qabiliyyətini artırır.

“Naxçıvan Enerji” MMC-nin məlumatlarına əsasən, muxtar respublika ərazisi 1000 meqavatlarla hesablanan bərpaolunan enerji potensialına malikdir. Universitet ərazisində də 10 KVt külək enerji qurğusu və 3,3 KVt günəş panelləri quraşdırılıb ki, bunları birlikdə mini hibrid enerji stansiyası adlandırmaq olar. Memarlıq və mühəndislik fakültəsi ilk vaxtlarda buradan təmin olunan enerji hesabına öz enerjisini təmin edirdi. Tələbələr dərs zamanı bu qurğularla əyani şəkildə tanış olur, günəş panelləri və külək qurğularının iş prinsiplərini öyrənirlər.

Naxçıvan Muxtar Respublikasında “yaşıl enerji” zonalarının yaradılması, yeni günəş və külək elektrik stansiyalarının qurulması mühüm əhəmiyyət kəsb edir. Bu stansiyalar gələcəkdə kadrlar üçün iş imkanlarının artmasına da şərait yaradacaq. Dövlət başçısının qəbul etdiyi qərarlara əsasən, 2030-cu ilə qədər 1200 MVt gücündə böyük günəş elektrik stansiyasının tikilməsi planlaşdırılır. Eyni zamanda, Culfa və Ordubad–Arazboyu ərazilərdə külək enerji qurğularının quraşdırılması da səmərəlidir. Hazırda Naxçıvan enerji sistemi ölkənin enerji sistemi ilə sinxron deyil və ayrı fəaliyyət göstərir. Gələcəkdə Zəngəzur dəhlizinin açılması enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayacaq. Bununla yanaşı, Cəbrayıl rayonunda quraşdırılan 330 KVt enerji stansiyasının Naxçıvanla əlaqələndirilməsi, yüksəkgərginlikli xətlərin və çevirici stansiyaların qurulması, həmçinin 400 KVt Naxçıvan–Türkiyə enerji xəttinin çəkilməsi nəzərdə tutulur.

“Yaşıl enerji” zonası anlayışı tələbələrə və gənc mütəxəssislərə yeni imkanlar açır, onları innovativ texnologiyalarla tanış edir və təhsilin praktiki inkişafına böyük təkan verir. Eyni zamanda, bu strategiya regionun iqtisadi potensialını artıra və Naxçıvanı gələcəkdə mühüm enerji mərkəzlərindən birinə çevirə bilər.

Sevinc RZAYEVA,
NDU elektroenergetika mühəndisliyi kafedrasının baş müəllimi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 İyun 2026 00:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see556

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see480

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see437

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see303

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see299

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see295

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see288

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see283

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see276

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see266

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see252

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see244

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see235

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see223

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see220

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see197

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see189

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see184

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see181

Mətanət A işçilərin maaşının bir hissəsini depozit saxlayırmış

01 Noyabr 2026 11:14see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri