“Yaşıl və sağlam gələcək naminə” devizi altında ağacəkmə aksiyası keçirildi FOTOLAR
Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.
"Konstitusiya və Suverenlik İli” çərçivəsində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Ceyranbatan Su Anbarının ərazisində Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatı, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, YAP-ın Yasamal, Səbail və Nəsimi rayon təşkilatlarının birgə təşkilatçılığı ilə “Yaşıl və sağlam gələcək naminə” devizi altında ağacəkmə aksiyası keçirilib.
"Unikal" xəbər verir ki, ağacəkmə aksiyasında YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdir müavini Rafael Gülməmmədov, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini İlham Bayramov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, YAP Mərkəzi Aparatının, Dövlət Su Ehtiyatları Agentliyinin, rayon təşkilatlarının əməkdaşları və partiyanın gənc fəalları iştirak ediblər.
Kampaniya çərçivəsində Ceyranbatan Su Anbarının ərazisində 1500 ədəd sərv və Eldar şamı ağacı əkilib, ağaclara aqrotexniki qulluq göstərilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 23 Dekabr 2025 16:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















