Icma.az
close
up
RU
Yaşıl siyasət dövrü gəlir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Yaşıl siyasət dövrü gəlir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Elman Cəfərli, jurnalist:

- İki bölgədə ehsan verilmədiyi üçün yas mərasiminə az adam gəlib.

Boşbaş mollaları, ehsan mafiyası, çadır işbazları iş başındadır. Təxribat aparan, caamatı qızışdıran da onlardır.

Bu arada, məsələ ilə bağlı mübahisədə idbarcasına "sən dədənə ehsan vermək istəmirsən" sualı verən olsa, bilin ki, ehsan mafiyasından, çadır biznesindən yallanandır.

Dəbdəbəli ehsan süfrələrinə gəlincə, buna ehtiyac yoxdur. Ölü və diriyə savabı yaxşı əməllər qazandırır. Ən savab əməl 40 gün boyunca yaxşı işlər görmək, acları doyurmaq, ehtiyacı olana yardım etməkdir.

Aida Qasımova, professor:

- Bizim qadınlar 40 yaşdan sonra özlərini unudur, kilo yığırlar. Sonra da başlayırlar təbii yolla yığdıqları piylə davaya (mədə kiçildilməsi, liposaksiya və s.).

Məsləhət bilirəm ki,

1) Tərəziniz olsun. Tərəzi artıq çəki ilə mübarizədə birinci vasitədir.

2) Keçin çay qaşığına. Bəzən mədə doyur, amma beyinə siqnal bir az gec çatır, ona görə də yavaş-yavaş yeyin.

3) Ayda cəmi bir dəfə tort yeyin.

4) Gündə 3 dəfə yox, 2 dəfə yeyin. Yüngül səhər yeməyi və saat 4-5 arası güclü nahar. Proteinə üstünlük verin. Yağı da unutmayın. Karbohidratları azaldın.

Sonra da hərəkət, hərəkət, hərəkət.

Səadət Məmmədova, jurnalist:

- Mövzu köhnəlmədən xüsusi qeyd etmək istəyirəm ki, Ağdam qatarı ilə ilk səfər çox yüksək səviyyədə təşkil olunmuşdu. Azərbaycan Dəmir Yolları - ADY-ə qüsursuz təşkilatçılıq üçün təşəkkür edirəm.

Həmkarlarım da bunu qeyd edir ki, mükəmməl iş görülmüşdü. Söhbət sadəcə dəqiqlik, rahat qatar, keyfiyyətli yemək, xoş sifətdən getmir. Hər bir detal incəliyinə qədər düşünülmüşdü, kimin harada kiminlə oturmasına qədər... Hər kəsə ayrıca xüsusi diqqət göstərildi. Birinci sinif qatara ən yaşlı qonaqlar yerləşdirilmişdi ki, onlar lap rahat gedib gəlsin. Şəhid ailələrinə xüsusi diqqət müşahidə etdim.

Çox məqamlar sadalaya bilərəm. Dəvət olunan qonaqlar bürokratikdən daha çox, kreativ və yaradıcı seçilmişdi, indiyədək heç yerə dəvət olunmayan Ağdam ziyalılarından da çağırmışdılar. Şəhid atası Əkbər müəllim, hərbi operator Tahir müəllim, Çörək Muzeyinin fasadındakı tarixi mozakianın müəllifi Zakir müəllim Ağdam adına keçirilən tədbirə ilk dəfə idi dəvət olunurdular və bunun yerdən göyə qədər sevincini yaşayırdılar. Tək kəlmə ilə, böyük əziyyət çəkilmişdi. Bütün tərifli cəhətləri ilə yanaşı, mənəvi baxımdan zəngin tədbir alınmışdı.

Bu incəliklərə görə həmkarım Bəxtiyar Hacıyevə və ona peşəkar iş görmək üçün meydan verən ADY rəhbərliyinə minnətdarlığımı bildirirəm. Hamı o qədər məmnun və xoşbəxt idi ki, toplamda 10 saatlıq yolu heç kəs yatmadı, ancaq gözəl söhbətlər gedirdi. Bəxtiyar o baş-bu başa gəzir və məəttəl qalırdı ki, nə enerjili camaatdır bu Ağdam sakinləri. Dedik, qaqa, bunun hamısı Ağdamın çörəyindən, suyundan və ADY qatarının aurasındandır, bir də dəmiryolçuların sevgi-sayğısından.

Hələ o gözəl, incə, mehriban bələdçi qızları demirəm, hamısı qaymaq kimi idi. Ağdamlılar demişkən, "kuxnu kollektivi" də bir ayrı aləm idi, çox yaxşı qulluq elədilər! Xarizmatik şefləri də olduqca ləyaxlı sırfa açmışdı.

AzCon rəhbərliyi, ADY rəhbərliyi, maşinistdən tutmuş təmizlikçilərə qədər hamıya böyük təşəkkürlər. Yeni səfərlərdə görüşmək qismət olsun, əziz dostlar!

Xaqani Səfəroğlu, jurnalist:

- Çində keçirilən parada bir az baxdım. Bu qədər qoşun-ləşkəri bu istidə Tyanamen meydanında tökmək nəyə gərəkdir?

Çin elə bil ABŞ-a acıq vermək üçün parad keçirir...

Hələ yazıq Si Cinpin də tər tökə-tökə 5 saatdır parad qəbul edir.

Çinin 1 milyard 400 milyon əhalisi var. Ümumi daxili məhsulu 18 trilyon dollardır. ABŞ-ın 340 milyon əhalisi var, ÜDM 29 trilyon dollardır. Əhalisi Çindən 4 dəfə az olan Amerikanın ÜDM-i Çindən az qala 2 dəfə çoxdur.

Üstəlik, Çində təsərrüfat da intensiv deyil, ekstensivdir.

Top-tüfəng epoxası bitir.

Qarşıdan "yaşıl siyasət" dövrü gəlir.

Silahla oynamaq yox, işləmək lazımdır...

Sənan Şəfizadə, jurnalist:

- Püşkdən sonra çox hörmət etdiyim şirkətlərdən birinin üçüncü şəxsi "Qarabağ"ın Çempionlar Liqasında neçə xal toplaya biləcəyini soruşdu. Üç dəfə soruşdu, üç dəfə dedim ki, Liqada milyardlıq komandalara qarşı yaxşı oyun göstərməliyik. Qələbə də ola bilər, rəqiblərdən xal və ya da xallar da alınacaq. Amma 1-2 yeni transferlə növbəti mərhələyə yüksələcəyimizi düşünmək düzgün deyil.

Transfer hər zaman vacibdir. Lakin 500 minlik futbolçuya 2 milyon, 2 milyon qiyməti olan legionerə 5 milyondan çox xərcləyib onu Azərbaycan çempionatına gətirmək hələ uğurlu transfer demək deyil. Hansı səbəbdən legionerə dəyərindən artıq ödəniş olunmalıdı? Axı "Qarabağ" qazandığı pulu asanlıqla əldə etməyib. 8 oyuna görə bütün büdcəni dağıtmaq lazımdır?

"Anderlext", "Zalsburq", "Atletiko", "Bayer"lə tarixi matçlar qələbə iştahımızı artırdı. Ağdam klubu hamını qələbəyə öyrəşdirdi. Lakin futbolda qələbə pul gücüylə alınmır, düzgün işlə qazanılır. Əks halda ərəblər indi dünya çempionu olardı.

İnanın futbol hisslərlə izlənilir, amma hisslərlə idarə olunmur. Ölkə futbolunun ən uğurlu futbol komandasıdır "Qarabağ". Bütün hədəflərə pulu düzgün xərcləməklə nail olub.

Azərbaycan futbolunun indiki vəziyyətində Çempionlar Liqasında oynamaq olimpiadada çempionluq kimidir. Məhz çempionluq!

Qismət Rüstəmov, şair:

- Bob Dilan. Yuvarlanan daş təki

Bir vaxt zor geyinərdin

yaman göylə gedərdin,

kasıblara üçdən-beşdən verərdin, eləmi?

Belə deyərdi hər kəs:

             "bu qədəri bəsdir, bəs;

                        uçurumdur bu həvəs".

Bunlar sənə gələrdi tamam zarafat kimi

Evsiz-eşiksiz görsən,

    şaqqıldayıb gülən sən,

            indi nəsə dinmirsən,

                 qürur-zad hərləmirsən,

müftə nahar gəzirsən, bu da səninçün bəsdir.

De, görüm, necə hissdir,

de, görüm necə hissdir?

Evin-eşiyin səki,

heç olmaq küçədəki

                  diyirlənən daş təki...

Bildik də Yalqız xanım, təhsilin babat olub,

Fəqət kefə baxmısan, gözəl bilirsən bunu,

Kimsə sənə keçməyib küçədəki qanunu

İndi çalış və alış, belə imiş yekunu...

Bəs güzəştə getmirdin o naməlum evsizə,

iş budur ki, indiysə

baxa-baxa qalmısan bəhanəsiz o kəsə -

o dərin gözlərdəki boşluq dolu qəfəsə,   

Deyirsən ki, de görüm, güzəştin nəyi pisdir? 

De görüm, necə hissdir,

de görüm, necə hissdir?

Olmaq təklərin təki,

evin-eşiyin səki,

heç olmaq küçədəki

                 diyirlənən daş təki...

Qəti çevirmədin yana başını,

       bilmədin ki, hamı çatıb qaşını -

jonqlyorlar, təlxəklər - sənə hoqqa verənlər.

Qanmadın ki, insan başqa bəşəri,

öz kefindən ötəri

gülünc hala gətirməz!

Xrom "at"ına mindiyin bir nəfər çəkərdi keşiyini;

Görən kimi çiynindəki Siyam pişiyini

Asan idi bilmək işini -

Özünü alayı cür göstərən o kişinin.

O, sənin yanında səndən xəbərsizdi.

De görüm, necə hissdir,

de, görüm necə hissdir?

Olmaq təklərin təki,

evin-eşiyin səki,

heç olmaq küçədəki

                  diyirlənən daş təki...

Qaladakı şahzadə, bir də ki, bər-bəzəkli varlı-hallı adamlar

tez-tez badələşirlər,

      eyni fikrə düşürlər, udmuşuq deyə-deyə.

Hədiyyələr dəyişir, hamı hədiyyələşir,

Sənsə brilyantını, girov qoy sələmçiyə.

Bir vaxt məzə tutardın,

                        yaman gülərdin ona:

Cır-cındır içindəki o pəltək Napalyona!

İndi səni səsləsə, qaçmalısan yanına,

İtirmək qorxun olmur heç nəyin olmayanda.

Artıq yoxa çıxmısan, yoxdur heç nəyin gizli

De, görüm, necə hissdir,

de, görüm necə hissdir?

Olmaq təklərin təki,

evin-eşiyin səki,

heç olmaq küçədəki

                  diyirlənən daş təki...

P.S. 60 il bundan qabaq, 24 yaşında olanda Bob Dilan bu nəğməylə bütün siyahıları alt-üst etmişdi. Cəhd elədim, görüm, bizim dildə alındıra bilirəmmi?

Şahbaz Xuduoğlu, naşir:

- İcbari sığortanın adı çoxdan çıxıb və biz də bu gün onun xidmətindən faydalanmaq istədik.

İlk öncə yolumuzu Bakı Sağlamlıq Mərkəzinə saldıq. Orada bildirdilər ki, rentgen xidməti sığorta tərəfindən qarşılanmır. "Yaxşı olar ki, siz Travmatologiya Xəstəxanasına gedəsiniz" - dedilər.

Travmatologiya xəstəxanasının həyətində və binanın içindəki camaatı görəndə adama elə gəlir ki, ölkədə sınığı və sınan yeri olmayan kimsə yoxdur. Sızıltı, inilti, qışqırıq, əsəb, gərginlik... ən çox da uşaqların ürəkparçalayan fəryadları.

Uzun növbədən sonra birinci mərtəbədə sənə nömrə verirlər. O nömrə ilə şöbə müdirinə gedirsən. Şöbə müdiri həkimin adı və otaq nömrəsi yazılmış bir parça kağız verir. "Amma ikinci mərtəbədəki qeydiyyatdan da nömrə al" - deyir. İkinci mərtəbədə daha da uzun növbə. Nömrə alıb 210-cu otağa gedirik. Qapının ağzında çoxlu adam var. Mən öz nömrəmi deyib soruşuram: "Bu nömrədən əvvəl kim var?" Kimsə kənardan deyir: "O nömrə işləmir, içəridə kim varsa çıxanda bir-bir girəcəyik".

Bir müddət gözləyirəm, səbrim daralır. Qapını açıb içəri keçirəm. İçəridə üç həkim kefləri kök nəsə danışırlar. Dəhlizdə o qədər pasiyent olduğu halda onlardan heç biri çağırmır.

Həkim bizə rentgen yazdı. Rentgenə də nömrə aldıq. Bu zaman gənc bir oğlan yaxınlaşıb dedi: "20 manat versəniz, sizi növbədənkənar rentgenə sala bilərik".

Rentgenin cavabı ilə yenidən 210-cu otağa qayıtdıq. Həkimin qanı qaraydı. Dedi: "Müalicə bərpa üçün deyil, çalışmayın, biz sadəcə ağrını kəsə bilirik". Sonra məsləhət gördü ki, MRT-yə gedək. Bunun üçün 212-ci otaqdan nömrə almalıyıq.

Nəhayət, 212-ci otaq: "Biz bu sənədləri göndəririk təsdiqə, cavab nə vaxt gələr, bilmirik. Yaxşı olar ki, üçdən sonra əlaqə saxlayasınız." MRT növbəsinin necə olacağı isə artıq başqa bir hekayədir...

Beləliklə, bugünkü icbari sığorta ilə təcrübəmin qısa xülasəsi budur:

Uzun növbələr, yorucu prosedurlar, qeyri-effektiv sistem və insanların əzabı, qısası "gedin ölün!"

Alpay Azər, yazıçı:

- No comment

Şanxay Əməkdaşlıq Təşkilatının son günündə səmaya sülhə işarə olaraq 80 min göyərçin uçurdulub.

Eləcə də hərbi paradda Çinin nüvə başlığı daşıya bilən qitələrarası ballistik DF61 raketi nümayiş olunub.

Bunlar Tyanamin meydanında baş verib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:49
embedMənbə:https://525.az
archiveBu xəbər 05 Sentyabr 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see282

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see270

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see246

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see243

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see166

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see160

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see153

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see144

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see138

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see136

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see136

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see132

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see130

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see130

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see127

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see126

Neymar və het trik

04 Dekabr 2025 09:17see125

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see125

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see124

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri