Icma.az
close
up
RU
Yaşlanmaq qərbdə sakitlik, bizdə səssizlikdir

Yaşlanmaq qərbdə sakitlik, bizdə səssizlikdir

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

Yaşlanmaq təbii prosesdir. Amma bu prosesin harada baş verdiyi, insanın son illərini necə yaşadığı, onun həyat keyfiyyətini və hətta ölüm şəklini belə dəyişir. Qərbdə yaşlılıq həyatın dinc bir mərhələsi kimi görülür. Azərbaycanda isə çox vaxt səssizcə kənara çəkilmək, unudulmaq və ehtiyac içində yaşamaq anlamına gəlir.

Məsələn, Avropa ölkələrində yaşlıların 80%-i pensiya ilə rahat dolanır, onların çoxunun şəxsi mənzili, sosial xidmətə çıxışı, pulsuz səhiyyə və yaşlılara uyğunlaşdırılmış nəqliyyat imkanları var. İsveçdə, Niderlandda, Almaniyada və Skandinaviya ölkələrində yaşlılar üçün xüsusi sosial evlər, gündəlik psixoloji dəstək, asudə zaman klubları və ekskursiyalar təşkil olunur.

Azərbaycanda isə orta pensiya gündəlik tələbat və dərman xərclərini belə tam ödəməyə yetmir. Əgər yaşlı şəxsin övladı, yaxını yoxdursa, onun sosial dəstək alma imkanı minimumdur. Yaşlıların 65%-i ya ailəsinin hesabına yaşayır, ya da işləməyə məcbur qalır. Bəzi kəndlərdə yaşlılar nə həkim, nə dərman, nə də yol görə bilirlər. Əksinə, övladları başqa şəhərlərdə və ya ölkələrdə yaşadığı üçün onlar tək və diqqətsiz qalıblar.

Qərbdə yaşlılar səhər parkda gəzir, gündəlik fəaliyyət planı ilə yaşamağa davam edir. Bizdə yaşlılar ya evdə bir divanın küncündə oturub televizor qarşısında gün keçirir, ya da pal-paltar yuyur, nəvəyə baxır, təsərrüfat işləri görür. Dincəlmək, başını dinc saxlamaq onlar üçün artıq lüksdür.

Qərbdə yaşlıya görə liftlər, nəqliyyat və apteklər uyğunlaşdırılır. Bizdə yaşlı qadın 5-ci mərtəbəyə qalxmaq üçün nəfəs-nəfəsə qalır, çünki bina 40 ildir ki, təmir görməyib. Nə yaşına hörmət edilir, nə də ehtiyacına. Amma maraqlıdır, biz "qocalar bizim baş tacımızdır", "böyüklərə hörmət bizim mental dəyərimizdir" deyə öyünürük. Lakin real mənzərə tamam başqadır.

Yaşlılıq ləyaqətlə yaşanmalı mərhələdir. Bu mərhələnin rahatlığı isə təkcə ailədən yox, dövlətin sosial siyasətindən, şəhər infrastrukturundan, səhiyyədən və cəmiyyətin yanaşmasından asılıdır. Qocalmaq qaçılmazdır. Amma qocaldıqca unudulmaq məcburi olmamalıdır.

Leyla Mirzə, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 23 İyul 2025 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see558

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see513

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see382

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see374

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see277

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see256

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see248

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see228

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see223

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see221

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see220

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see210

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see204

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see201

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see200

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see198

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see190

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see190

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see189

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri