Icma.az
close
up
RU
Yaşlı qadın Adəm Məmmədovu belə İFŞA ETDİ: Hakimə vermək adı ilə alınan 20 min manat necə bölünüb? KONKRET

Yaşlı qadın Adəm Məmmədovu belə İFŞA ETDİ: Hakimə vermək adı ilə alınan 20 min manat necə bölünüb? KONKRET

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

Son günlər vəkillik fəaliyyəti qadağan edilən Adəm Məmmədov haqqında səsləndirilən iddiaların ardı-arası kəsilmir. Redaksiyamıza müraciət ünvanlayan şəxslər Məmmədovun vəkil kimi fəaliyyət göstərdiyi vaxtlarda onların pullarını alaraq işlərini həll edə bilmədiyi haqda iddialar səsləndirirlər.

KONKRET.az-a danışan növbəti iddiaçılardan biri də Azayeva Şövkət Agamirzə qızıdır. O da iddia edib ki, Adəm Məmmədov həbsdə olan övladına bəraət alacağını və ya ev dustaqlığına buraxdıracağını vəd verərək 10 min manat pul alıb. Amma bu pul sadəcə olaraq Adəm Məmmədovun vəkil kimi xidmət haqqı olub. Eyni zamanda 20 min manatı isə işi aparan Lənkəran məhkəməsinin hakiminə vermək adı ilə Şövkət Azayevadan alsalar da, əslində məbləği hakim köməkçisi ilə öz aralarında bölüblər. Hətta bu işdə Şövkət xanımın pulu Adəm Məmmədova və hakimə çatdırmalı olan bacısı oğlu da iştirak edib. Beləcə Şövkət xanımın iddiasına görə, pul hakimə çatmadığı üçün oğluna 7 il iş kəsilib. Bundan sonra Şövkət Azayeva Korrupsiya idarəsinə şikayət etdikdən sonra 20 min manat pul geri qaytarılıb. Ancaq xidmət haqqı kimi verilən 10 min manat Adəm Məmmədov tərəfindən geri verilməyib. Digər tərəfdən, hazırda təqaüdə çıxan Yardımlının müstəntiqi Şahin adlı şəxs də 10 min manat pul alaraq oğlumun həbs maddəsini yüngülləşdirəcəyini söz versə də, öz vədinə xilaf çıxıb. Amma pulumu geri qaytarmır.

Şövkət Azayeva qeyd edib ki, Adəm Məmmədovla bağlı Respublika Prokurorluğunda və digər aidiyyatı qurumlarda olub və şikayətini bildirib. Ancaq hələ ki, heç bir nəticə yoxdur.

Qeyd edək ki, Adəm Məmmədov barəsində səsləndirilən bütün iddiaları rədd edir. Bunun şəxsinə qarşı qərəz olduğunu bildirir. Hər bir halda Adəm Məmmədovun cavab haqqını tanımağa və əlavə açıqlaması olarsa, dərc etməyə hazırıq!

Natiq Səlim

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://konkret.az
archiveBu xəbər 05 Fevral 2025 17:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see263

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see187

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see183

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see158

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see155

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see149

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see148

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see144

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see143

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see138

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see138

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see137

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see135

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see132

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri