Yataq dəstini nə qədər tez tez dəyişmək lazımdır?
Medicina saytından alınan məlumata görə, Icma.az bildirir.
Yataq dəstlərinin nə qədər tez-tez dəyişdirilməsi ilə bağlı mütəxəssislər sadə bir qaydaya əməl etməyi tövsiyə edirlər.
Medicina.az xəbər verir ki, yataq çarşafları və yastıqüzləri ən azı həftədə bir dəfə yuyulmalıdır. Mümkün olduqda isə parçanın xüsusiyyətinə uyğun şəkildə 60 dərəcə temperaturda yuyulması məsləhətdir.
Mütəxəssislərin sözlərinə görə, insan orqanizmi hər gecə yataq dəstində tər, dəri yağı, ölü dəri hüceyrələri və kosmetik vasitələrin qalıqlarını buraxır. Bu isə toz gənələrinin, bakteriyaların və bəzi göbələklərin çoxalması üçün əlverişli şərait yarada bilər.
Xüsusilə allergiya, astma, rinit və ya ekzema problemi olan şəxslərin yataq dəstlərinin təmizliyinə daha çox diqqət yetirməsi tövsiyə olunur.
Yastıqüzlərinin isə üz dərisi ilə birbaşa təmasda olduğu üçün daha tez-tez dəyişdirilməsi faydalı ola bilər. Güclü tərləmə, isti hava, yataqda ev heyvanlarının yatması və ya insanın xəstə olması hallarında yataq dəstlərinin daha sıx yuyulması məsləhətdir.
Mütəxəssislər bildirirlər ki, yataq dəstindən xoşagəlməz qoxunun gəlməsi, parçada sarı ləkələrin yaranması, dəridə qaşınma və ya yatarkən burun axıntısının artması yatağın təmizlənməsinin vaxtının çatdığını göstərə bilər.
Xanım,
Medicina.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 30 Avqust 2026 09:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















