Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

Yataqxana problemi: Tələbələri Bakıda nə gözləyir?

Yataqxana problemi: Tələbələri Bakıda nə gözləyir?

Icma.az bildirir, News24 saytına əsaslanaraq.

Ali təhsil müəssisələrində yeni tədris ilinin başlamasına az qalıb. Təhsilini davam etdirmək üçün Bakıya üz tutan tələbələrdən kirayədə qala bilməyənlər universitetlərin yataqxanalarına müraciət edirlər. Bəs hazırda bu yataqxanalarda vəziyyət necədir?

News24.az bu barədə universitetlərə sorğu göndərib.

BDU-da yeni yataqxana tikilə bilər

Bakı Dövlət Universitetinin (BDU) mətbuat xidmətindən bildirilib ki, hazırkı tələbə evi 220 nəfərlikdir: "Burada hər bir şərait var: çamaşırxana, internet, oxu zalı, idman sahəsi, tibb məntəqəsi, 24 saat təhlükəsizlik kameraları və s. Əsasən şəhid, qazi övladları, valideynlərini itirmiş, sosial həssas qrupa aid olan tələbələr qəbul edilir. Aylıq ödəniş 75 manatdır”.

BSU yataqxanaları məcburi köçkünlərin ixtiyarındadır

Universitetdən əlavə edilib ki, yeni yataqxananın tikilməsi ilə bağlı dövlət-özəl əməkdaşlığı çərçivəsində müzakirələr davam edir.  

Bakı Slavyan Universitetindən (BSU) verilən məlumata görə, hazırda təhsil müəssisəsinin nəzdində ümumilikdə dörd yataqxana mövcuddur: "Hazırda həmin yataqxanalarda məcburi köçkünlər məskunlaşıb və onlardan yalnız bir yataqxana qismən (ikinci və dördüncü mərtəbələri) BSU tələbələrinin istifadəsindədir. Tələbələr üçün nəzərdə tutulan yataqxananın aylıq ödənişi 50 manat təşkil edir".

Universitetdən bildirilib ki, 2026-cı ilə qədər mövcud yataqxanaların əsaslı təmiri nəzərdə tutulub.

UNEC-in yataqxanası yararsız vəziyyətdədir

Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) bildirilib ki, təhsil müəssisəsinin beş yataqxanası mövcuddur: "Hazırda universitetin yataqxanasında məcburi köçkünlər məskunlaşdığı üçün tələbə qəbul edilmir. Həmçinin tələbə qəbulu üçün yataqxana yararsız vəziyyətdədir. Yalnız məcburi köçkünlər öz ata-baba yurdlarına qayıtdıqdan sonra yataqxana təmir edilərək tələbələrin istifadəsinə veriləcək".

Qeyd edilib ki, universitetin Zaqatala filialında 145 nəfərlik yataqxana mövcuddur və tələbələr oradan istifadə edə bilirlər.

AzTU-nun yataqxanası köçdən sonra təmir olunacaq

Azərbaycan Texniki Universitetinin (AzTU) məlumatına görə, universitetin yataqxanasında qaçqın və məcburi köçkün ailələri məskunlaşıb:

"Son illər binalarda 124 ailə yaşayırdı, lakin artıq on ailə işğaldan azad edilən ərazilərdə doğma yurdlarına qayıdıb. Qalan 114 ailə hazırda həmin binalarda yaşayır”.

Bildirilib ki, yataqxana kompleksi tamamilə yararsız vəziyyətə düşüb:

“Binaların vəziyyəti hər hansı yaşayış standartlarına cavab vermir. Su, elektrik və qaz xətləri, həmçinin kanalizasiya sistemi məcburi köçkünlər tərəfindən öz məişətlərinə uyğun dəyişdirilib. Yataqxana kompleksindəki ərazidə vaxtilə mövcud olmuş idman, sağlamlıq və ictimai iaşə obyektləri, habelə ətraf yollar və yaşıllıqlar tamamilə yararsız hala düşüb”.

Universitetdən əlavə olunub ki, məcburi köçkünlərin öz ata-baba yurdlarına köçürülməsi yekunlaşdıqdan sonra yataqxananın təmir olunması və ya sökülərək yenidən tikilməsi ilə bağlı qərar qəbul ediləcək, daha sonra isə tələbələrin istifadəsinə veriləcək.

AzMİU-da 450 tələbəlik yataqxana istifadəyə verilib

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) məlumatına görə, təhsil müəssisəsinin beş yataqxana binası mövcuddur:

"Bu yataqxanalara o vaxtın standartlarına uyğun olaraq 200-2500 tələbə yerləşdirmək mümkün idi. Lakin vətəndaşlarımızın məcburi köçkün vəziyyətinə düşməsi nəticəsində yataqxanalarımızın bir qismi onların istifadəsinə verildi. 

Yalnız yataqxananın bir korpusu universitetin tələbələrinin istifadəsinə verilib”. 

Məlumatda bildirilib ki, həmin korpus yaxın zamanlarda əsaslı təmir edilərək 450 nəfər tələbə yerləşdirilib: 

“Burada həm oğlan, həm qız, həm də əcnəbi vətəndaşlığı olan tələbələrimiz yer alır. Eyni zamanda ən çox ehtiyacı olan tələbələrimiz yataqxanalarımızda yerləşdirilir. Yataqxananın ödənişi isə aylıq 50 manat təşkil edir. Xüsusi sosial həssas qrupa daxil olan, şəhid ailələrinin və veteranların övladları yataqxana ödənişindən azaddır”. 

“Eyni zamanda yataqxananın bizim ixtiyarımızda olmayan korpusunda vəziyyət olduqca acınacaqlıdır. Həmin binalar uzun illər məcburi köçkünlərin istismarında olub. Yəni binalar hazırda qəzalı vəziyyətdədir, tələbələrimizin orada qalması risklidir. Memarların fikirlərinə görə ora ya əsaslı şəkildə təmir olunmalı, ya da sökülüb  yenidən tikilməlidir"- deyə qeyd edilib. 

ADU yataqxanasında yerlər məhduddur

Azərbaycan Dillər Universitetindən (ADU) bildirilib ki, təhsil müəssisəsinin yataqxanasının təmiri orta vəziyyətdədir: "Hazırda yataqxana üçün müraciətlər var. Azərbaycan Dillər Universitetinin yataqxanasında ümumilikdə 205 nəfərlik yer var. Aylıq ödəniş isə 30 manat təşkil edir".

ATU-da yataqxana problemi yaşanmır

Azərbaycan Tibb Universitetindən (ATU) bildirilib ki, təhsil müəssisəsinin ümumi dörd yataqxanası mövcuddur: “Yataqxanaların  birində (5 saylı yataqxana) əcnəbi vətəndaşlar yerləşdirilir, qalan binalar yerli tələbələr üçün nəzərdə tutulub. Bu günə qədər müraciət edən bütün tələbələr yataqxanada yerlə təmin olunub və heç bir problemlə üzləşməyib. Bu il, həmçinin müraciət edən bütün tələbələri yerlə təmin etmək nəzərdə tutulub”.

Universitetdən bildirilib ki, yataqxananın qiymətləri  yerləşdirilmədən asılıdır: “İki, üç, dörd nəfərlik otaqlarımız var. Yataqxanadan və otaqdan asılı olaraq qiymət dəyişir. Ümumilikdə isə bir ay üçün qiymət 50 manatdan 90 manatadək dəyişir. Yəni oğlanlar üçün olan yataqxanada otaqlar üçnəfərlikdir, orada aylıq qiymət 50 manat təşkil edir. Qızlar yataqxanasında isə qiymətlər fərqlidir, çünki orada bir, iki, üç, dörd nəfərlik otaqlar var. Orada qiymət 50-90 azn arası dəyişir".

Qeyd edilib ki, şəhid ailəsinin üzvləri üçün yerləşdirilmə ödənişsizdir: “Qazı ailə üzvlərinə güzəştlər təqdim olunur”.

SDU yataqxanasında xüsusi güzəştlər tətbiq olunur

Sumqayıt Dövlət Universitetindən (SDU)  verilən məlumata görə, universitetin tələbə evində 124 oğlan və 124 qız olmaqla ümumilikdə 248 nəfərlik yer mövcuddur: "Bundan əlavə, 17 çarpayı olmaqla yeddi qonaq otağı da fəaliyyət göstərir. Tələbə evində bu günədək ciddi otaq çatışmazlığı yaşanmayıb. Binada tələbələrin rahatlığı üçün hər mərtəbədə mətbəx və məişət otaqları mövcuddur. Eyni zamanda geniş tələbə yeməkxanası, oxu zalı və camaşırxana fəaliyyət göstərir. Yataqxanaya yerləşdirilən hər bir tələbə ilə müqavilə imzalanır. Aylıq ödəniş məbləği 50 AZN təşkil edir”. 

Universitetdən qeyd edilib ki, 500-dən yuxarı bal toplayan tələbələr 200 AZN xüsusi təqaüdlə yanaşı, yataqxanada pulsuz yaşamaq imkanı əldə edirlər. 

Xeyrənsə Piriyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:243
embedMənbə:https://news24.az
archiveBu xəbər 04 Sentyabr 2025 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see644

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see407

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see350

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see262

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see255

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see252

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see236

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see229

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see228

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see219

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see214

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see204

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see200

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see200

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see198

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see196

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see189

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see188

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see180

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri