Icma.az
close
up
RU
Yataraq 2 milyon qazanacaqlar

Yataraq 2 milyon qazanacaqlar

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Yatmaqla pul qazanmaq” ideyası Yaponiyada reallığa çevrilir. Tokioda keçiriləcək qeyri-adi yarışmada iştirakçılar 90 dəqiqə ərzində ən yüksək keyfiyyətli yuxuya getmək uğrunda mübarizə aparacaqlar.

“Qafqazinfo”nun xəbərinə görə, “Mattrace by Koala” adlı tədbirin qalibinə 2 milyon 220 min yen, yəni təxminən 14500 dollar (təxminıən 25 min manat) mükafat veriləcək.

Yarış zamanı iştirakçıların yuxu dərinliyi, keyfiyyəti, yuxuya getmə müddəti və yuxunun ardıcıllığı xüsusi cihazlarla ölçüləcək. Məlumatların həkimlərin nəzarəti altında qiymətləndiriləcəyi və hər iştirakçı üçün fərdi “yuxu balı” hesablanacağı bildirilib.

Lakin yarış iştirakçıları üçün sadəcə yatmaq kifayət etməyəcək. Tədbirdən əvvəl onlara “yuxu məşqləri” keçiriləcək, həmçinin yuxu keyfiyyətinə təsir göstərə biləcək müxtəlif məhsullar təsadüfi şəkildə paylanacaq.

Əsas sınaq isə yarış zamanı keçiriləcək. İştirakçılar yatarkən təşkilatçılar müxtəlif yayındırıcı müdaxilələr və gözlənilməz hadisələr təşkil edəcəklər. Bununla onların diqqəti yayındıran amillərə baxmayaraq, keyfiyyətli yuxunu qoruyub saxlaya bilmələri yoxlanılacaq.

Yarış üç mərhələdən ibarət olacaq və hər mərhələdə təxminən 20 nəfər iştirak edəcək. Bütün iştirakçılar arasında ən yüksək “yuxu balı” toplayan şəxs əsas mükafatı qazanacaq. Bundan əlavə, ən dərin və ən qeyri-adi yatan iştirakçılar üçün də xüsusi mükafatlar nəzərdə tutulub.

Yarışma 5 oktyabr 2026-cı ildə Tokionun Minato rayonunda keçiriləcək. Tədbirin saat 12:00-dan 20:00-dək davam etməsi planlaşdırılır. İştirak pulsuz olacaq və iştirakçılar müraciətlər arasından seçiləcək.

Yarışda yalnız 20 yaşdan yuxarı şəxslər iştirak edə biləcəklər. Qalib gəlmək məqsədilə əvvəlcədən gec saatlara qədər oyaq qalmaq və ya həddindən artıq yuxusuz vəziyyətdə yarışa qatılmaq qadağandır. Yuxu həblərindən və digər yuxu vasitələrindən istifadə də yolverilməzdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:168
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 13 Sentyabr 2026 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see502

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see454

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see356

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see293

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see288

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see277

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see260

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see252

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see237

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see232

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see225

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see221

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see218

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see216

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see212

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see207

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see195

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see184

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri