Icma.az
close
up
RU
“Yatsaq, yuxumuza da girməzdi ki, belə böyük hesab olar” Elvin Nəsibov “Şəfa”nın məğlubiyyətinin səbəbini açıqladı

“Yatsaq, yuxumuza da girməzdi ki, belə böyük hesab olar” Elvin Nəsibov “Şəfa”nın məğlubiyyətinin səbəbini açıqladı

Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ölkə çempionatının 2-ci liqasında 12-ci turun oyunları davam edir. Turun mərkəzi görüşündə “Şahdağ Qusar” çempionluq yolunda əsas rəqibi “Şəfa”nı darmadağın edib – 7:1.

Əliyar Ağayevin idarə etdiyi qarşılaşmada qeydə alınan bu hesab maraqla qarşılanıb. Bəs hesab arasındakı fərqin böyük olmasının səbəbi nədi?
“Şəfa”nın tək qolunun müəllfi və bombardiri olan Elvin Nəsibov “Football-plus.az”a açıqlamasında həm nəticədən, həm də “Füzuli” ilə oyuna hazırlıqdan söz açdı:

“Bircə onu deyə bilərəm ki, hesab oyuna görə olmadı. Oyuna yaxşı başladıq. 20 dəqiqə yaxşı futbol oynadıq. İkinci, üçüncü qoldan sonra komandada ruh düşkünlüyü oldu. İkinci hissədə toparlanmaq istədik. Hətta epizodlarımız vardı, geridönüş edə bilərdik. Sadəcə, ruhdan düşmək belə vəziyyətə gətirib çıxardı. Amma belə də gözləmirdik. Yatsaq, yuxumuza da girməzdi ki, belə böyük hesab olar. Sadəcə, rəqibdə hər şey alındı. Bizdə ruh düşkünlüyü oyunumuza əngəl yaratdı. Ona görə də absurd bir nəticə alındı. Düzdü, onların qələbəsinə də kölgə salmaq istəmirəm. Amma aşağı-yuxarı eyni səviyyəli komandayıq. Futboldu, qarşımızda nə qədər oyun var. “Şahdağ Qusar” da fasilədən sonra xal itirə bilər. İkinci dövrədə onlarla cavab görüşümüz də olacaq. Hələ demək olmaz ki, çempionluq əldən gedib. Ümidimizi itirməyəcəyik. Qışdan sonra komandamız daha yaxşı səviyyədə olacaq. Bəzi boşluqlarımız, zədəlilərimiz var. Sonuncu tura kimi döyüşüb-vuruşacağıq. Xeyirlisi nədisə, o olsun. 0:2, 0:3 məğlub olsaydıq, tam başqa ab-hava olacaqdı. Sadəcə, səhvlərimizi təhlil edərək növbəti oyunlara hazırlaşmalıyıq. Qarşıda “Füzuli” ilə oyunumuz var, ona köklənəcəyik. “Füzuli” sabiq komandam olsa da, komandam üçün əlimdən gələni edəcəm. Bombardirliyi kənara qoyuram, əsas qələbədi. Hər oyuna eyni ruhda çıxıram. İnanıram ki, “Şəfa” daha yaxşı nəticələr əldə edəcək”.


RÖYANƏ OĞUZ
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 14 Dekabr 2024 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see276

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see237

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see213

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see208

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see207

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see197

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see186

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see180

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see166

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see166

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see161

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see160

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see156

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see155

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see155

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see154

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see153

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see151

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see144

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri