Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Yaxən Şərqdə gərgin vəziyyət: proseslər nə vəd edir?

Yaxən Şərqdə gərgin vəziyyət: proseslər nə vəd edir?

Xalqcebhesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

2023-cü ilin oktyabrın 7-də İsrail ilə Qəzzada HƏMAS arasında başlayan və artıq 2 ildir davam edən müharibədə bir neçə dəfə atəşkəsin əldə olunmasına baxmayaraq qarşıdurma yenə davam edir. Ən son 2025-ci ilin oktyabrın 9-da atəşkəs razılaşması imzalansa da İsrail hücumlarına ara vermir. Ötən həftə isə BMT Təhlükəsizlik Şurasına (TŞ) üzv dövlətlər Vaşinqton administrasiyasının Qəzza sektoru üzrə sülh planını dəstəkləyən qətnamə qəbul edib. Qeyd edilir ki, qətnamə Qəzzada beynəlxalq sabitləşdirmə qüvvələrinin yaradılması üçün əsas təmin edir. Buna baxmayaraq İsrail ordusu ötən günlərdə Qəzza zolağında HƏMAS-ın beş yüksəkvəzifəli üzvünü öldürüb.
Noyabrın 23-də isə İsrailin Hizbullahın Beyrutdakı mərkəzini bombaladığı və Hizbullahın qərargah rəisi Heysəm Əli Tabtabaini öldürdüyü qeyd edilir. Bildirək ki, Livan ilə İsrail arasında ABŞ-nin rəhbərliyi ilə 1 il əvvəl atəşkəs imzalanmışdı.
Bu proseslər nə vəd edir? “Xalq Cəbhəsi” bunu millət vəkilləri, politoloqlarla müzakirə edib.

“Münaqişə kövrək və həssas dönəmdən keçir”

Milli Məclisin deputatı Azər Allahverənov söyləyib ki, İsrailin Hizbullahın Beyrutdakı mərkəzini bombalaması onu göstərir ki, real olaraq İsrail-Livan münasibətlərində 2023-cü ildən etibarən başlayan münaqişə zaman-zaman sakit bir məcraya keçsə də, amma kifayət qədər kövrək və həssas bir dönəmdən keçir: “Tərəflər arasında xüsusilə də ABŞ-nin iştirakı ilə əldə olunmuş müəyyən razılaşmalar var idi. Bütün narazılıqların məhz danışıqlar yolu ilə həll olunmasına dair qərar verilsə də, bu bombalama da göstərir ki, əldə olunan sülh varsa belə o da kifayət qədər kövrək bir sülh olur. Yəni buna daha çox sülh yox, hətta müəyyən mənada bir atəşkəs də demək olar. Çünki masa üzərində real olaraq sülh sazişi yoxdur, Livanın İsrail ilə bağlı, İsrailin də Livanla bağlı, xüsusilə də Hizbullahın silahlanması ilə bağlı çox sərt tələbləri var”. “İsrailin Hizbullahla bağlı tələbi yerinə yetirilməmiş görünür”.
“İsrailin Hizbullahla bağlı tələbi yerinə yetirilməmiş görünür”
Deputatın fikirlərinə görə, görünən odur ki, məhz elə həmin məqamlar üzərindən də zaman-zaman münaqişənin eskalasiyası baş verməkdə olur və biz də nəticə etibarilə hansısa aviazərbələrin endirildiyinin şahidiyik: “Düzdür, 2024-cü ildə baş verən hərbi münaqişə hər iki dövlətin mülkü şəxsləri və hərbçiləri arasında daha böyük təlafatlara və itkilərə səbəb olmuşdu. Amma istənilən halda indiki aviazərbələrin endirilməsi bir daha onu göstərir ki, konkret olaraq Hizbullahla bağlı İsrailin tələbi yerinə yetirilməmiş kimi görünür. Bu da İsrail üçün çox ciddi bir qartlanışa çevrilir və nəticə etibarilə də biz bu kimi zərbələrin endirildiyini görmüş oluruq. Düşünürəm ki, istənilən halda sülhün alternativi yoxdur və ya bu cür məsələlər danışıqlar yolu ilə həllini tapmalıdır. Bəlli məsələdir ki, hansısa radikal qruplaşmalar hər hansı bir proqram üzərində öz fəaliyyətlərini qururlarsa və bu proqramın içində də intensiv bir silahlama varsa və bu da ona görə baş verir ki, Livanın da İsrail ilə bağlı masa üzərində çox ciddi tələbləri var. Məhz bunu əsas götürüb silahlanma baş verirsə, bu o da deməkdir ki, eskalasiya qaçılmazdır və zaman-zaman biz münaqişənin çox qızğın fazaya keçdiyinin şahid ola bilərik”.

“Dünyanın mütərəqqi qüvvələri prosesə müdaxilə etməyə çalışacaq”

A.Allahverənov bildirib ki, Yaxın Şərqdə bəzi hallarda dayanıqlı sülh prosesinin təmin olunmasının olduqca çətin olduğunu da başa düşürük, lakin burada çox böyük güclərin və beynəlxalq münasibətlər sistemində nüfuz sahibi olan dövlətlərin də iştirakı, o cümlədən də BMT-nin Təhlükəsizlik Şurası və bütövlükdə BMT-nin özünün prosesə müdaxilə etməsi çox vacibdir: “İndi BMT gələcəkdə bunun öhdəsindən nə dərəcədə gələ bilər, o başqa bir məsələ. Ancaq istənilən bir halda Yaxın Şərqdə dayanıqlı sülhün bərqərar olması olduqca çətindir. Mümkünsüz deyil, amma çətindir. Düşünürəm ki, dünyanın mütərəqqi qüvvələri bunu da nəzərə alaraq prosesə müdaxilə etməyə çalışacaqlar”.
Politoloq Samir Hümbətov qeyd edib ki, İsrailin Hizbullahın qərargahını bombalaması o deməkdir ki, İsrail münaqişəni yenidən qızışdırmağa çalışır: “Çünki tərəflər arasında bir il bundan öncə anlaşma imzalanmış olduğu halda bu işin İsrail tərəfindən təkrar qızışdırılması açıq şəkildə yeni qarşıdurmadan xəbər verir. Bu, daha geniş müharibə ehtimalını yarada bilər. Hizbullahın əlində o imkanlar qalıb”.

“Hizbullah dayansa da İsrail dayanmayacaq”

S.Hümbətov deyib ki, bu gün Hizbullah Livana nəzarət edə bilirsə, bu, o deməkdir ki, onun əlində ciddi bir imkan mövcuddur: “Demək olmaz ki, İsraili tam məğlub edə biləcək gücdədir. Tam məğlub edə biləcək gücdə olmasa da sarsıdıcı zərbə vura biləcək gücdədir. Ona görə də düşünürəm ki, bu cür halların olması, yəni İsrailin atəşkəsi pozması növbəti dövrdə Hizbullahın əlində imkan formalaşdırır ki, İsrail hər an atəşkəsi poza bilər və mümkün variantda Hizbullahın İsrailə qarşı əks cavab etmə ehtimalı var. Düşünürəm ki, bu da regionda gərginliyin artması deməkdir. Məncə hətta Hizbullah dayansa belə İsrail dayanmayacaq. Çünki ortada bir plan var və o plan üzrə müəyyən bir ərazilərin işğalı ehtimalı var. Ona görə də düşünürəm ki, İsrail bundan sonra da bu cür atəşkəsin pozulması vəziyyətini yarada bilər”.

“Əsas məsələ ABŞ Prezidenti və hökumətindən asılıdır”

Araşdırmaçı-jurnalist Kənan Rövşənoğlu qeyd edib ki, BMT qətnaməsi de-fakto bir təsirə malik olmasa da, hüquqi baxımdan bu olana legitimlik gətirir: “Bu mənada sənəd əhəmiyyətlidir. Çünki buna qədər prosesin BMT dəstəyi olmadan ABŞ tərəfindən həyata keçirildiyi görüntüsü var idi. Lakin indi BMT TŞ artıq sənədə dəstək vermiş olur. Ancaq bundan sonra daha mürəkkəb və çətin proses başlayacaq. Daha əvvəl də qeyd etdiyimiz kimi, burada əsas məsələ ABŞ Prezidenti və hökumətindən asılıdır. Çünki Qəzzada hər hansı olanın icrası üçün İsrailə real təzyiq imkanları lazımdır. Bu isə hələlik yalnız ABŞ-yə məxsusdur. Bu mənada Fələstin məsələsində Vaşinqtonun tutacağı mövqe həlledicidir”.

“Tramp planının uğurlu olması şübhəlidir”

Onun bildirdiyinə görə, lakin eyni zamanda etiraf etmək lazımdır ki, Tramp planının uğurlu olması şübhəlidir, çünki bu olan faktiki olaraq Fələstin münaqişəsinin həlli ilə bağlı hər hansı relax bir təklif irəli sürmür: “Daha çox Qəzza zolağında atəşkəs və yenidənqurmanı əhatə edir. Bu isə necə deyərlər, yarımçıq yanaşmadır. Çünki problemin köklü həlli üçün münaqişə həll olunmalı, müstəqil Fələstin dövləti yaranmalıdır. Yalnız bundan sonra bölgəyə köklü sülh gələ bilər”.

Röya İsrafilova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 26 Noyabr 2025 23:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see379

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see303

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see291

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see262

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see262

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see246

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see243

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see238

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see230

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see229

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see213

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see212

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see210

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see208

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see208

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see207

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see201

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see198

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see195

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri