Icma.az
close
up
RU
Yaxın aylarda qızılın qiyməti BELƏ OLACAQ KONKRET

Yaxın aylarda qızılın qiyməti BELƏ OLACAQ KONKRET

Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qızılın dünya birjalarında tarixi maksimuma çataraq unsiya üçün 4400 dolları keçməsi zərgərlik və toy bazarında mümkün qiymət artımları ilə bağlı sualları aktuallaşdırıb. Bahalaşmanın Azərbaycanda kəskin qiymət şoklarına səbəb olub-olmayacağı maraq doğurur.

Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı ekspert Fuad İbrahimov bildirib ki, qızıl bazarında qiymət artımı uzun müddətdir davam edir və bunun həm obyektiv, həm də subyektiv səbəbləri var:

“Birjalarda qızılın qiyməti durmadan artır və bu bahalaşma ilə bağlı proqnozlar da verilib. Bununla yanaşı, bazarda spekulyativ alətlər işə düşərsə, qiymətlərin kəskin şəkildə enməsi ehtimalı da istisna edilmir. Bu baxımdan bazar tam sığortalanmayıb və investorlar, sərmayə qoyanlar ehtiyatlı olmalıdır”.

Ekspert qeyd edib ki, Azərbaycanda qızılın zərgərlik və toy mərasimlərində xüsusi yeri var və bu, tələbatı sabit saxlayır. Bahalaşma isə birbaşa vətəndaşların xərclərinin artmasına səbəb olur:

“Bu bahalaşma şəraitində zərgərlər müəyyən ustalıqla problemi həll etməyə çalışırlar. Qızıl məmulatlarının çəkisi və tərkibi azaldılmaqla, vizual olaraq yenə də cəlbedici məmulatlar hazırlanır. Amma qiymətlər durmadan artdıqca həm çəki azalır, həm də vətəndaşın alıcılıq qabiliyyəti zəifləyir”.

Fuad İbrahimovun sözlərinə görə, qiymət artımı fonunda bazarda dövriyyə məhdudlaşıb, ticarətdə sıxılma müşahidə olunur və alıcılıq qabiliyyəti aşağı düşür. Bununla belə, vəziyyətin kritik həddə çatmadığını vurğulayıb:

“Bahalaşma mənfi təsir göstərir, amma kəskin şok və ya bazarın çökməsi kimi hallar yoxdur. Qızılı adət-ənənələrimizdə tam əvəzləmək çətin olsa da, vətəndaşlar tədricən mövcud şəraitə uyğunlaşırlar”.

Beləliklə, qızılın dünya bazarındakı rekord bahalaşması Azərbaycanda zərgərlik və toy bazarına təsirsiz ötüşməsə də, ekspertlər hazırda kəskin qiymət şoku və bazar çöküşü gözləmədiklərini bildirirlər.

Aynurə İsmayıl
KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://konkret.az
archiveBu xəbər 19 Dekabr 2025 19:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see366

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see227

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see216

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see210

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see208

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see208

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see194

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see185

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see185

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see175

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see173

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see171

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see170

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see166

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see166

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see154

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see146

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see144

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see140

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri