Icma.az
close
up
RU
Yaxın qohumlar arasındakı nikah müqavilələri sağlam gələcəyi təhdid edir REAKSİYA

Yaxın qohumlar arasındakı nikah müqavilələri sağlam gələcəyi təhdid edir REAKSİYA

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Bu ilin iyul ayından yaxın qohumlar arasında nikah qadağan olunacaq.

Bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin təşkil etdiyi“Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ailə, qadın və uşaq hüquqları – konstitusion hüquqların əsas prioriteti kimi” mövzusunda ictimai dinləmədə ədliyyə nazirinin müavini Abiddin Hüseynov deyib.

Nazir müavini bildirib ki, qəbul olunan qanunlara əsasən, Azərbaycanda nikah yaşının aşağı salınmasına qanunla verilən imkanın aradan qaldırılması, bu ilin iyulundan qüvvəyə minəcək qanuna əsasən yaxın qohumlar arasında nikahın qadağan olunması əhalinin sağlamlığının qorunmasına yönəlib: "Erkən nikahlarla daha effektiv mübarizə aparmaq üçün Cinayət və İnzibati Xətalar məcəllələrinə yeni müddəalar əlavə edilib. Eyni zamanda erkən nikahların qarşısının alınması, rəsmi nikahdan kənar nikaha girmənin qarşısının alınması üçün işlər aparırıq. Nikahın pozulması ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edən şəxslərə psixoloq xidməti təklif olunur. Psixoloqa müraciət etdikdən sonra həmin şəxslərin 20 faizi boşanmaqdan vaz keçir. Bu istiqamətdə iş gedir. Bu məsələnin qanunla tənzimlənməsi nəzərdə tutulur”.

Qeyd edək ki, Prezident İlham Əliyev 23 iyul 2024-cü il tarixdə Ailə Məcəlləsinə dəyişikliyi təsdiqləyib. 2025-ci il iyulun 1-dən qüvvəyə minən dəyişikliyə əsasən, Azərbaycanda nikahın bağlanmasına mane olan halların sırasına qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları, bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu daxil edilib.


Təklifi dəyərləndirən sosioloq Üzeyir Şəfiyev “Sherg.az”a bildirib ki, bu irsi qan xəstəliklərinin qarşını almaq üçün atılan addımlardan biridir:


“Hesab edirəm ki, sözügedən addım sağlam gələcək baxımından böyük töhfə verə bilər. Çalışmalıyıq ki, bu evliliklər olmasın. Çünki tibb mütəxəssisləri təsdiq etdilər ki, yaxın qohumlar arasındakı nikah müqavilələri sağlam gələcəyi təhdid edir. Bu dəyərləndirmələrdən sonra yaxın qohumlar arasında nikah müqaviləsi olmasına qadağa qoyulması adekvat yanaşmadır. Güman edirəm ki, həm sağlam gələcəyin formalaşması üçün ideal, həm də erkən nikahın qarşısını almaq üçün atılan addımdır. İnsanlar yaxın qohumluq münasibətindən istifadə edərək nikah bağlayırdılar. İndi isə bunlar baş verməyəcək". 


Ekspert qeyd edib ki, əksər şəxslərin yaxın qohumla evlilik etmə səbəbi bir-birini yaxından tanıdıqları üçün atılan addımdır: 

"Bəzi şəxslərdə isə köhnə yanaşma mövcuddur. Yəni imkanı var və bu imkan başqasına deyil də öz yaxın qohumuna qismət olsun deyərək evlilik edirlər. Hesab edirəm ki, bunlar  köhnə yanaşmadır və keçmiş illərdə qalıb. Artıq daha dünyəvi və qlobal düşünməliyik. Bəzən qohumlar arası evliliklərdə qeyri-sağlam uşaqlar dünyaya gəlirdi. Bu isə ailələri xoşbəxt etmirdi. Ümumiyyətlə sözügedən qadağa insanların seçim azadlığını məhrum etmək deyil. Bir çox insanların istəyinə görə sağlam gələcək üçün yaxın qohum evliliyi qadağan edilir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:87
embedMənbə:https://sherg.az
archiveBu xəbər 12 Mart 2025 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see358

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see315

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see251

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see212

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see198

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see194

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see160

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see159

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see159

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see158

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see158

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see156

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see153

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see150

Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim məşq toplanışına başlayıblar

30 Yanvar 2026 17:51see146

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see145

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see140

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see140

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see140

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri