Icma.az
close
up
RU
Yaxın Şərqdə gərginlik pik həddə: Türkiyə diplomatiyadan savaşa keçə bilər?

Yaxın Şərqdə gərginlik pik həddə: Türkiyə diplomatiyadan savaşa keçə bilər?

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Turkiye Gazetesi”nin məlumatına görə, hazırda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fövqəladə hökumət iclası çağırır. Bundan əvvəl o, ABŞ prezidenti Donald Trampla telefon danışığı aparıb, daha sonra isə xarici işlər və müdafiə nazirləri Hakan Fidan və Yaşar Gülərin, həmçinin Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalının iştirakı ilə təhlükəsizlik müşavirəsi keçirib.
Nəşrə görə, iclasın gündəliyində birinci məsələ “terrorçulardan azad Türkiyə”, yəni PKK-nın silahsızlaşdırılması proqramıdır. Daha əvvəl bəzi türk ekspertləri həyəcan siqnalı verərək bildirmişdilər ki, Təbriz və digər şəhərlərə edilən İsrail hücumları bölgədə kürd təsirini gücləndirmək və Türkiyəni mühasirəyə almaq məqsədi güdür. Bu fikirlər İranın kürd təşkilatlarının PKK lideri Abdullah Öcalanın Türkiyəyə qarşı silahlı mübarizənin dayandırılması çağırışını rədd etməsi ilə əsaslandırılır.
İclasda ən mübahisəli məsələnin İsrail-İran münasibətləri ilə bağlı vəziyyət, bölgədə artan gərginlik, bu məsələdə Türkiyənin mövqeyi və prezident Ərdoğanın diplomatik addımları olacağı gözlənilir. Nəşrin yazdığına görə, “müharibə Türkiyənin qapısına dayanıb”.
Rusiyanın “Regnum” agentliyi isə yazır ki, Türkiyə hər nə qədər İran əleyhinə İsrail hücumlarını yüksək səviyyədə pisləsə də, bu, Ankaranın və Tehranın bölgədə rəqib olmaqdan çəkildiyi anlamına gəlmir. ABŞ və Türkiyə prezidentləri arasında hansı detallı məsələlərin müzakirə olunduğunu yalnız ehtimal etmək olar. Daha əvvəl İsrail Suriya ərazisində Türkiyənin yenidən qurmağı planlaşdırdığı bir sıra hərbi obyektlərə məhdud miqyasda zərbələr endirmiş, hava hücumundan müdafiə sistemlərini sıradan çıxarmışdı.
Türkiyə ilə ABŞ arasında əsas “sınaq nöqtəsi” Suriyanın şimalındakı “kürd muxtariyyəti” məsələsi olaraq qalır. Ankara əmindir ki, İsrail həmin qurumu gücləndirmək və rəsmiləşdirmək niyyətindədir və Suriyanın siyasi bütövlüyünün parçalanmasına çalışır. Eyni qaydada, Türkiyədə İranla bağlı da bənzər narahatlıqlar var. İranın kürd bölgələri həm Türkiyə, həm də Naxçıvanla sərhəddə yerləşir.
Aydın görünür ki, İran əleyhinə potensial ABŞ-İsrail müharibəsi ciddi siyasi nəticələr doğuracaq. İranın parçalanması ehtimalı kifayət qədər yüksək qiymətləndirilir. Bu mərhələdə Türkiyə bu ssenaridə maraqlı görünmür. Amma Ankara sadəcə izləyici kimi də qala bilməz, o, ABŞ-nin İsrail vasitəsilə İranı “yenidən dizayn etməsini” gözləməyi düşünmür.
İsrail-İran müharibəsinin dayandırılması üçün Türkiyənin vasitəçilik təklifi əslində bu proseslərdə iştirak etmək niyyətidir. ABŞ prezidenti Tramp Ərdoğanın bu “xidmətini” qəbul edəcəkmi? Amma Vaşinqtonun əsl planı nədir: Tehrana nüvə proqramından tam imtina etdirib İranı olduğu kimi dini dövlət kimi saxlamaq, yoxsa İran dövlətini “demokratikləşdirmək” adı altında parçalamaq? Türkiyə bu layihələrin qarşısını müharibə hədəsi ilə ala biləcək, yoxsa öz payını alaraq kifayətlənəcək? Hazırkı mənzərə onu göstərir ki, Ərdoğan regionda liderliyə diplomatik yolla çatmaq istəyir. (Ordu.az)
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:271
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 16 İyun 2025 19:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri