Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Yaxın Şərqdə ilginc ssenari: Proses İraq xəritəsinə sıçradı

Yaxın Şərqdə ilginc ssenari: Proses İraq xəritəsinə sıçradı

Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“HƏMAS-İsrail cəbhəsinin strukturu kimi “Hizbullah”- İsrail eskalasiyasının Suriyaya təsirlər edəcəyi qaçılmaz idi. Bununla belə, Suriya ssenarisi əvvəldən hazırlanırdı, Yaxın Şərqin başqa sektorlarında baş verən hadisələr, o cümlədən İran-İsrail qarşıdurmasının məntiqi davamının Suriyada hərəkətlənəcəyi hesablanmış hədəflər idi”.

Bu sözləri Globalinfo.az-a analitik Aqşin Kərimov deyib.

O bildirib ki, Suriyada təxminən ilyarım öncə Rusiya və İran qüvvələri proksi qrupların iştirakı ilə ABŞ qüvvələrinin sıxışdırılması prosesini həyata keçirirdi:

“Prosesin bir ucu İraq xəritəsinə sıçradı və bu yaxınlara qədər çox maraqlı, lakin bir o qədər gündəmə gətirilməyən hadisələr baş verdi. Məsələn, İraqda İranın proksi hərəkatları ABŞ strateji maraqları ilə bərabər, Böyük Britaniyanın ticari-iqtisadi portfellərinə qarşı hücumlara keçmişdi. Bütün bunlar Suriyada nüfuz xəritəsinin yenidən bölüşdürülməsini şərtləndirirdi və güman ki, İranın hesablamalarındakı xətaların Yaxın Şərq boyunca görünməsi Tehrana qarşı dinamikaları sərtləşdirdi.

Bu gün Suriyada baş verən hadisələrdə daha çox təklənən oyunçu kimi İranı qeyd edə bilərik, hətta mümkündür ki, Rusiyanın İsrail, Türkiyənin ABŞ və Rusiya ilə mümkün sövdələşmələri İranın maraqlarını nüfuz xətlərinin kənarında saxlayır. Aydındır ki, Bəşər Əsədə qarşı silahlı radikallar İsrailin İranın müqavimət oxuna, xüsusilə “Hizbullah”a ciddi ziyan vurması üçün istifadə olunan bir vasitədir”.

Ekspert hesab edir ki, Türkiyə prosesdən narahat görünmür, çünki bu hadisələr Bəşər Əsədi Türkiyə ilə danışıqlara məcbur edən tendensiyadır:

“Üstəlik, ortada daha strateji pəncərə Ankara üçün açılır ki, bu da onun tələb etdiyi təhlükəsizlik üçün bufer zonanın təmini məsələsi ilə əlaqədar izah olunmalıdır.

Rusiya ilə İsrailin açıq əlaqələrdən savayı gizli razılaşmalarını da nəzərə alanda, Moskvanın Tehranı böyükmiqyaslı müdafiə edəcəyi fikri tam yerinə oturmur. Hərçənd ki, Rusiya özü də çətin situasiyanın altında nüfuz çərçivələrini qorumaq üçün qüvvələrini səfərbər edir. Deməli, mümkün sövdələşmələr və oynanılan açıq kartlar Suriyadakı güclərin maraqlarının ifadəsidir və silahlı qruplaşmalar prosesdə sadəcə olaraq icraçıdırlar. Suriya münaqişəsinin bu yeni mərhələsi proseslərin necə inkişaf edəcəyi üçün kritik rol oynayan ssenaridir.

“Heyət Təhrir əl-Şam”ın (HTŞ) silahlı mübarizəsinin nəticəsində Suriyada döyüş xətləri Hələbin də süqutu nəticəsində dəyişdirilir, lakin bu qruplaşmaların perspektivlərini qiymətləndirmək üçün ehtiyatlı olmaq lazımdır. Çünki hücumun arxasında duran əsas qrup olan HTŞ Suriya vətəndaş müharibəsinin başlanğıcında “Əl-Qaidə”nin “Cəbhət ən-Nusra” qolu adı ilə meydana çıxıb, sonradan isə İŞİD-lə mövqelərini birləşdirib. Düzdür, informasiyalara görə, HTŞ çoxdan “Əl-Qaidə” və İŞİD-lə bağlarını qırıb, lakin bu amil onun ayrıca qruplaşma kimi təşkilatlanacağını, inkişaf edəcəyini və ideoloji hücrələr formalaşdıraraq başqa regionlara yayılacağı ehtimalını istisna etmir. Hələlik bununla məşğul olmaq daha sonrakı mərhələnin öhdəlikləri kimi görünür, hazırda isə başqa bir aktual sual budur: İran və Rusiya Bəşər Əsədin köməyinə gələ biləcəkmi?”

Aqşin Kərimov

A.Kərimov deyib ki, Rusiya Ukraynadakı döyüşlərlə daha çox məşğuldur, lakin Suriyada döyüş təyyarələri və hücum helikopterləri, hərbi bazalara yayılmış canlı qüvvələri var:

“Rusiyanın Əsədə verdiyi hərbi dəstəyin böyük hissəsi üsyançıların bölgələrini havadan bombardman etməyə kömək edir. Ancaq təkcə hava gücü üsyançıları məğlub etmək üçün kifayət deyil. Üstəlik, Bəşər Əsəd qüvvələrinin üsyanla mübarizə apara bilməməsi və ya bunu istəməməsi və “Hizbullah”ın bir vaxtlar olduğu kimi qüvvələr toplamaq iqtidarında olmaması ilə Rusiya Suriyada çətin vəziyyətdə qalır. Bununla belə, Moskvanın Suriyada öz mövqeyini müdafiə edəcəyi şübhə doğurmur, lakin bura Əsədin müdafiəsinin də daxil olub-olmadığı hələlik bəlli deyil.

ABŞ Müharibə Tədqiqatları İnstitutunun bir proqnozu da bu fikri təsdiq edir. Proqnoza əsasən, Rusiyanın Suriyanın Tartus şəhərindəki bazasından dəniz qüvvələrini evakuasiya etməsi yaxın müddətdə Əsəd rejimini dəstəkləmək üçün əlavə qüvvələr göndərmək niyyətində olmadığını göstərə bilər.

ABŞ-ın isə maraqlarına kritik sürtünmələr hiss olunmur, yəni maraqlarına xələl gəlməyib. Hərçənd HTŞ Vaşinqtonun terrorçu siyahısındadır. Bununla belə, hadisələr Suriyanın şimal-şərqindəki zəngin sərvətləri olan ərazilərə nəzarət edən ABŞ üçün növbəti etabda böyük dönüş nöqtəsidir. Bu tendensiya ABŞ-a, Rusiyaya qarşı Ukrayna cəbhəsinin əvəzini çıxmağa şərait yaradır, lakin bunun genişmiqyaslı nəticələri hələ yoxdur. Üstəlik ABŞ kürd qruplaşmaları ilə yaxşı işləyir ki, bu da Rusiyanı da kürdlərlə aktiv işə sövq edərək diqqətlərini əlavə cəbhələrə parçalayır. Kürd amili üzərində işləmək böyük dividentlər gətirir, bu baxımdan hətta Türkiyənin də həmin qüvvələrlə mexanizm qurmaq planları mövcud ola bilər. Çünki Türkiyənin Əsəddən sonrakı Suriyada əhəmiyyətli rolu kürd problemini idarə etməyə kömək axtarmaqla qurulacaq. Bu, həmçinin son on il ərzində müharibədən təhlükəsizlik axtararaq Türkiyəyə üz tutan, əksəriyyəti kürd olan milyonlarla qaçqının geri qayıtmasını asanlaşdıracaq.

İsrailin də kürdlərlə əməkdaşlıq təcrübəsi var, Təl-Əviv bu amildən regional maraqlarına fayda qazandırmaq üçün yararlanır. Bu baxımdan həm İsrailin, həm ABŞ-ın, həm Rusiyanın, həm də Türkiyənin maraqları kürd faktoru ilə əlaqədar həm toqquşur, həm də mövqelərinin yaxınlaşdırılmasına yardımçı olur. Oyundan kənarda qala biləcək dövlət isə İrandır, lakin inandırıcı deyil ki, Tehranın Suriyadakı missiyası əhəmiyyətli zərər görsün. Bununla belə, Tehranın Yaxın Şərqdə güzəşt siyasətinə məcbur qalması fonunda Bəşər Əsədin hakimiyyətini qorumaq öhdəliyini təkbaşına icra edə biləcəyi çətin görünəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:239
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 05 Dekabr 2024 13:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see309

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see277

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see276

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see257

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see251

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see239

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see232

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see229

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see223

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see217

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see207

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see201

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see196

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see190

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see189

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see184

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see184

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see182

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see173

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri