Icma.az
close
up
RU
Yaxın Şərqdə növbəti güclər toqquşması ehtimalı

Yaxın Şərqdə növbəti güclər toqquşması ehtimalı

Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.

İyun ayında 12 günlük İran İsrail müharibəsi zamanı Tel Əviv qarşı tərəfin nüvə silahı istehsalı üçün lazım olan zəruri obyektləri hava zərbələri ilə vuraraq bu prosesi bir xeyli yubandırdı və növbəti müharibəyə qədər vaxt imkanı qazandı.

İyun ayında olan müharibə bir neçə faktı sübut etdi və reallığı ortaya qoydu :

Birincisi, İsrail təkbaşına İranla müharibə aparmağın çətin olduğunu və nəticəsinin yaşayış infrastrukturu və şəhərlər üçün dağıdıcı ola biləcəyini anladığı üçün savaşı davam etdirmədi

İkincisi, ABŞ nin başı Ukrayna məsələsinə qarışdığından və hərbi potensialının və silah istehsalı, hərbi maliyyə əməliyyatları və yardımlarının əsasən bu yöndə istiqamətləndiyi üçün ikinci münaqişə mənbəyi Vaşinqton üçün iqtisadi böhrana və böyük əsgər itkisinə səbəb ola bilər deyə Tramp İranla danışıqlar apararaq sülhə nail oldu yaxud da “vaxt qazandı”

Beləcə, ABŞ bu müharibəyə hazır olmadığını, ilk olaraq Ukrayna müharibəsində NATO üçün maksimum üstünlüklər əldə edib, Ölkəni faktiki protektoratına qatmaq planında olduğunu göstərdi.

Əgər həm Rusiyaya qarşı Ukrayna və həm İrana qarşı İsrail ilə ABŞ savaşda faktiki iştirak etsə, nəticəsi ciddi olacaq iqtisadi və sosial böhranla, daxili narazı kütlənin etirazları ilə üzləşə bilər.

Hazırda Ukraynanın təsir dairələrinə bölünməsi prosesi gedir.

Nəticə isə ABŞ və Şimali Atlantika təşkilatının Qərbi Ukraynada möhkəmlənməsi olacaq.

Bu həm də İranla İsrail arasında müharibə olarsa Rusiyanın daxilindən cənub müttəfiqinə gedəcək hərbi yüklərin və həmin silahlar və texnikaların daşınmasında lazım olan dəmiryol və nəqliyyat keçidlərinin yaxından nəzarət altına düşməsinə səbəb olacaq.

3 il 6 aydır davam edən müharibə hansı ki, 1945 ci ildən sonra Rusiya və Avropa tarixində rast gəlinən ən uzun müddətli hərbi əməliyyatlar kimi tarixə düşüb.

Rusiyanın hərbi cəhətdən zəiflədiyi, iqtisadi sanksiyaların daxili bazarı milyardlarla dollar zərərə uğradığı sirr deyil.

İran da hazırda 2023 7 oktyabr Həmas İsrail müharibəsindən sonra Yaxın Şərqdə tərəfdaşlarının çoxunu itirib.

Livanda və Suriyada yerləşən Hizbullah qruplaşmasının mövqelərinin vurulması ilə zəif salınmaları, Yəməndə Husilərin blokadaya alınması, İraq və Ərəbistan yarımadasında fəaliyyət göstərən ABŞ hərbi bazaları Tehranın faktiki cənub və qərb sərhədlərində sıxışdırılma prosesində olduğunu göstərir.

İsrail hazırda əsas diqqəti Qəzzaya yönəldib. Çünki, burada hələ də Həmasın qüvvələri qalmaqdadır və Tehranla münaqişə zamanı onlar silahlı hücumlara başlaya, ölkənin daxili şəhərlərində müxtəlif hərbi əməliyyatlar apara, hava zərbələri təşkil edə bilərlər.

Bu kiçik anklavdan yüzminlərlə insanın deportasiya edilməsini İsrail həm də bu üzdən istəyir.

Tel Əviv, bununla cənub sərhədlərinin nəzarətini gücləndirmək, İrana yardım edəcək qüvvələri uzaqlaşdırmaq istəyir.

12 günlük müharibə ilə İsrail ilkin olaraq İranın nüvə və uran zənginləşdirmə prosesini çökdürdü və yaxın müddətdə hazır ola biləcək bu silahların istehsalını uzun müddətə ləngitmiş oldu.

Və beləliklə, Tehranın müttəfiqi Moskva Ukrayna müharibəsindən sonra zəif halda daxili məsələlərinə başı qarışarkən və böhran içində olarkən Tel Əviv Vaşinqton koalisiyası asanlıqla hərbi əməliyyatlara başlaya ikinci rəqibin məsələyə qarışmaması ilə az itkilərlə savaş aparacaqlar.

Hazırda İran da savaşa maraqlı deyil çünki, xarici məsələlərdən əlavə daxili böhran da bu ölkədə əsas müzakirə mövzusudur.

Etnik qrupların azadlıq hərəkatları, dünyəvi dövlət istəyən əhalinin müəyyən hissəsi savaş baş verərsə fəallaşa, mübarizə dəstələri yarada, müxtəlif aksiyalar təşkil edə bilər.

Ən çox fəal azadlıq istəyən və milli hərəkatlar təşkil edən etnik qruplara hazırda Güney Azərbaycanda Azərbaycan Türklərini, Sistan və Bəlucistanda Bəlucları nümunə göstərmək olar.

30 milyonluq Azərbaycan Türkləri və milyonlarla Bəluc və digər etnosların milli hürriyyət mübarizəsinə başlaması isə İranı parçalanmağa gətirə bilər deyə Tehran sülh tərəfdarı olmağa çalışır.

Azərbaycan Ermənistan arasında Sülh sazişinin paraflanması Vaşinqtonda aparılarkən və Zəngəzurda ABŞ qüvvələrinin yerləşə biləcəyini bilərkən Tehran Ölkəmizə qarşı müxtəlif ritorik bətənatlarla çıxışı edərək, dəhlizə Vaşinqtonun da nəzarət edə bilmə haqqı qazandığına mənfi münasibət sərgiləmiş, Bakını İranın “blokadaya” alınmasında günahlandırmışdı.

Halbuki, Azərbaycan neytral mövqe nümayiş etdirən, siyasi bloklara üzv olmayan və qonşuları ilə sülh şəraitində yaşamaq istəyən ölkədir.

Müəllif: İsmayılov İsa

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:174
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 28 Avqust 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see743

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see307

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see287

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see280

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see276

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see263

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see252

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see249

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see246

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see242

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see230

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see218

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see210

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see206

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see206

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see205

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see201

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see199

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see197

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri