Icma.az
close
up
RU
Yaxın Şərqdə qalan azərbaycanlıların taleyi necə olacaq? Açıqlama

Yaxın Şərqdə qalan azərbaycanlıların taleyi necə olacaq? Açıqlama

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Bölgədə hərbi gərginlik fonunda İranın zərbələr endirdiyi ölkələrdə hava məkanının bağlanması nəticəsində xaricdə qalan Azərbaycan vətəndaşlarının taleyi ciddi narahatlıq doğurur. Xüsusilə Körfəz regionunda səfərdə olan şəxslərin ölkəyə təhlükəsiz şəkildə qayıtması məsələsi aktuallaşıb.

Mövcud vəziyyətdə vətəndaşlarımızın taleyi necə olacaq? Körfəz ölkələrindəki turistlərin ölkələrinə getməsi üçün humanitar hava dəhlizi verilə bilərmi?

Globalinfo.az-a danışan politoloq Yusif Bağırzadə deyib ki, Azərbaycan vətəndaşlarının taleyi rəsmi qurumlarımızın diqqətindədir:

“Diplomatik və konsulluq kanalları bu baxımdan mühüm rol oynayır. Ənənəvi olaraq, bu cür hallarda konsulluq nümayəndələri ölkə vətəndaşlarını təhlükəsiz zonalara yönləndirir, həmçinin humanitar hava dəhlizi və ya xüsusi uçuşlar təşkil edə bilirlər. Humanitar hava dəhlizi konsepti beynəlxalq təcrübədə geniş tətbiq olunur. Məsələn, Suriya və Yəməndə gərginlik zamanı vətəndaşların evakuasiyası üçün xüsusi uçuşlar təşkil edilib. Bu model həm vətəndaşların təhlükəsiz çıxışını təmin edir, həm də regional tərəfdaşlar arasında koordinasiyanı gücləndirir. Körfəz ölkələrindən olan turistlər üçün də bənzər prinsiplər tətbiq edilə bilər. İnsan həyatının təhlükəsizliyi və diplomatik razılaşmalar əsas götürülərək, müvəqqəti hava dəhlizləri açıla bilər. Bu cür həllər həm praktiki, həm də simvolik əhəmiyyət daşıyır. Beynəlxalq ictimaiyyətə göstərilir ki, hətta gərginlik şəraitində də humanitar prioritet qorunur”.

Yusif Bağırzadə

Politoloqun sözlərinə görə, beynəlxalq hüquq və konsulluq protokolları bu vəziyyətdə əsas mexanizm rolunu oynayır:

“Hər bir ölkənin vətəndaşını qorumaq öhdəliyi var və konsulluq vasitəsilə diplomatlar yerli hakimiyyətlərlə əlaqə saxlayır, lazımi icazələrin verilməsini təmin edir. Beynəlxalq təşkilatlar, xüsusilə BMT və regional təhlükəsizlik qurumları, humanitar hava dəhlizlərinin yaradılmasında vasitəçi funksiyası yerinə yetirir. Bu da göstərir ki, Azərbaycan vətəndaşlarının təhlükəsiz çıxışı həm milli, həm də beynəlxalq hüquqi çərçivə daxilində həll oluna bilər.

Nəticə etibarilə, İranın vurduğu ölkələrdən çıxa bilməyən Azərbaycan vətəndaşlarının taleyi mütləq diplomatik və humanitar vasitələrlə həll olunmalıdır. Beynəlxalq təcrübə göstərir ki, belə əməliyyatlar həm konsulluq protokolları, həm diplomatik razılaşmalar, həm də beynəlxalq təşkilatların vasitəçiliyi ilə həyata keçirilə bilər”.

Zaira Akifqızı
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:131
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 03 Mart 2026 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see401

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see388

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see317

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see311

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see297

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see287

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see274

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see268

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see267

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see254

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see237

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see236

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see231

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see230

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see229

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see227

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see224

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see217

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see217

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri