Icma.az
close
up
RU
Yaxın Şərqdə sabitliyin ümidi: bir vaxtlar terrorçu idi, indi isə...

Yaxın Şərqdə sabitliyin ümidi: bir vaxtlar terrorçu idi, indi isə...

Ayna saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Vaşinqtonun hədəfləri var: Tramp Şaraa ilə görüşərək dünyaya mesaj verdi

ABŞ Prezidenti Donald Tramp Yaxın Şərq səfəri çərçivəsində Suriyanın keçid dövrü Prezidenti Əhməd əl-Şaraa ilə görüşüb. Görüş hər iki liderin səfər çərçivəsində olduğu Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilib. Sözügedən görüşün detalları ictimaiyyətə açıqlanmasa da, müzakirə edilən əsas məsələlərin Yaxın Şərqdəki təhlükəsizlik vəziyyəti, Suriyada keçid dövrü və beynəlxalq əməkdaşlıqla bağlı olduğu güman edilir. Əl-Şaraa uzun müddət beynəlxalq ictimaiyyət tərəfindən tanınmayan bir fiqur olaraq qalsa da, bu görüş onun legitimlik qazanmaq istiqamətindəki mümkün addımı kimi dəyərləndirilir.

Bu, Trampın Yaxın Şərqdə yeni və səs-küylü addımı kimi qiymətləndirilir. Şaraa illər uzunu qlobal terroçu kimi kimi tanınıb. Tramp isə keçmiş cihadçı ilə əl sıxıb, gülümsəyərək kamera qarşısında çay içib. ABŞ lideri Şaraanı “cavan, yaraşıqlı və güclü keçmişi olan böyük biri” adlandırıb. Tramp keçmiş cihadçını “hər şeyi yoluna qoyacaq şəxs” kimi tərifləyib.

Xarici ekspertlər bildirir ki, Tramp açıq şəkildə Şaraanın liderliyini dəstəkləyir və Suriyaya qarşı onilliklərdir mövcud olan Vaşinqton sanksiyalarını ləğv edir və bir jestlə dünya ictimaiyyətinə mesaj göndərir.

Analitiklərin qənaətincə Trampın bu addımlarının səbəbi stratejidir. Bildirilir ki, Tramp bu addımı ilə regionda Rusiya və İranın mövqeyini sarsıtmaq, Çin investisiyalarına qarşı ABŞ investisiyalarına yol açmaq, eyni zamanda, Səudiyyə Ərəbistanı ilə Türkiyənin bölgədəki mövqeyini gücləndirmək istəyir. Ekspertlər hesab edirlər ki, Suriyadakı yeni hökumət Vaşinqton üçün həm yeni iqtisadi fürsət, həm də siyasi gedişlər üçün tarixi şansdır. Belə ki, ABŞ Suriyanmın 400 milyardlıq bərpa planında Amerikanın aparıcı rol oynamasında, bölgədə yenidən lider statusu qazanmasını hədəfləyir.

Digər tərəfdən, “Anadolu” agentliyi bildirir ki, daha geniş formatda onlayn görüş də keçirilib. Bu virtual sammitdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, ABŞ Prezidenti Donald Tramp, Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman və Suriya keçid dövrü Prezidenti Əhməd əl-Şaraa iştirak ediblər. Onlayn formatda keçirilən bu yüksək səviyyəli danışıqlarda regional təhlükəsizlik, enerji təhlükəsizliyi, humanitar yardım və Suriyanın gələcək idarəetmə modeli kimi mövzuların əsas müzakirə predmeti olduğu bildirilir.

Analitiklər pərdəarxası narahatlıqları da qeyd edirlər. “Reuters” yazır ki, keçmiş cihadçı rejimin insan azadlıqlarına yanaşması hələ də sual altındadır. Trampın mesajı isə aydındır: əgər bir terrorçu keçmişini arxada qoyub ABŞ-la işləmək istəyirsə, Vaşinqton ona şans verir. Bu həm Vaşinqtonun praqmatik yanaşması, həm də Trampın razılaşma  ustası olmasının nümayişidir. Ekspertlər hesab edirlər ki, bu, Tramp üçün təkcə Suriyada deyil,  ümumilikdə Yaxın Şərqdə yeni düzən yaratmaq cəhdidir. Xarici media yazır ki, masanın bir tərəfində oturan ABŞ lideridirsə, digər tərəfində oturan keçmiş cihadçıdır və davam edir: “Tarix belə ironiyalarla zəngindir. Bir vaxtlar terrorçu damğası ilə axtarılan, başına on milyon dollar vəd edilən şəxs, indi sabitliyin ümidinə çevrilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://ayna.az
archiveBu xəbər 16 May 2025 20:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see577

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see531

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see442

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see393

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see300

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see275

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see262

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see242

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see239

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see236

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see234

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see219

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see215

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see211

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see210

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see209

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see209

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see203

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see202

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri