Icma.az
close
up
RU
Yaxın Şərqin yeni dövləti Fələstin nə vaxt yaranacaq? POLİTOLOQ

Yaxın Şərqin yeni dövləti Fələstin nə vaxt yaranacaq? POLİTOLOQ

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

Sentyabr ayının 9-u BMT-nin 80-ci sessiyasında da, eləcə də bu gün Misirdə keçirilən Zirvə Toplantısında da Qəzzada baş verən hadisələr dünyanın əsas müzakirə mövzusudur. Belə ki, İsrailin Fələstin torpaqlarında törtədiyi qətliamlar, uşaq, qoca, qadın demədən hər kəsi sadəcə küçədə olduğu üçün öldürməsi ilə bağlı faktlar dünya liderlərini narahat edir və onlar bu məsələnin həlli istiqamətində öz töhvələrini vermək niyyətindədirlər. Bu baxımdan Misirdə keçirilən toplantıdan əvvəl ABŞ Prezidenti Donald Tramp İsrailə Baş Nazir Benjamin Netanyahu ilə görüşməyə getdi. Daha sonra Misirdə bir araya gələn liderlər problemin həlli istiqamətində addımlar atdılar. Nəticədə isə HƏMAS və İsrail arasında atəşkəs və girovların qaytarılması ilə bağlı razılıq əldə edildi.

Avtosfer.az xəbər verir ki, HƏMAS artıq üzərinə düşən öhdəlikləri yerinə yetirməyə başlayıb. Əsirlərin bir hissəsi artıq İsrailə verilib. Bütün bu məsələlər özü ilə Yaxın Şərqdə yeni geosiyasi vəziyyətin yaranmasına və yeni sualların meydana gəlməsinə şərait yaradır.

Qəzza ilə bağlı atəşkəs, əsirlərin qaytarılması və s. Hazırda bir sıra ölkələr də Fələstinin müstəqilliyini tanıdığını elan edir. Bütün baş verənlər Fələstin-İsrail müharibəsinin yaxın müddətdə başa çatacağına və Fələstin dövlətinin yaranacağına işarədirmi?

Mövzu ilə əlaqədar Avtosfer.az-a açıqlamasında politoloq Ramiyə Məmmədova deyib ki, bu gün Qəzzada baş verən bütün hadisələr, yəni, soyqırımı, İsrailin orada törətdiyi bütün faktlar ona gətirib çıxardı ki, Avropa Birliyi dövlətləri, Fransa və bir neçə dövlət Fələstini tanıdılar. Yəni, müstəqil bir dövlət olaraq tanıdılar. Ancaq bu tanınma yalnız sözdədir:

“Yəni, bugün hansısa bir Fələstin dövlətçiliyindən hələ söz gedə bilmir, bunun üçün hələ bir müddət çalışmalar lazımdır və o çalışmaların da, belə desək, dövlətlər tərəfindən qəbul olunması lazımdır ki, həqiqətən beynəlxalq hüquq çərçivəsində yeni bir dövlətin yaransın. Bu hələ ki geridədir, hələ bilmir nə zaman olacaq, sadəcə bir Fələstin dövlətinin varlığını, yəni Fələstin dövlətinin gələcəkdə ola biləcəyinin tanınması digər Avropa dövlətləri tərəfindən baş verdi. Bilirsiniz ki, artıq uzun müddətdir gedən Qəzza savaşında bütün dünya oradakı prosesləri izləyir. Ancaq buna baxmayaraq, İsrailə nə qədər basqı olunsa da, İsrail bu məsələdə geri çəkilmədi və bu Qəzza məsələsində yenə də bu insanları qətlə yetirilməsində, oranın tamamilə İsrailləşməsi yönündə işlər aparırdı. Təbii ki, burada HƏMAS haqqında söhbət gedir ki, bu təşkilatın orada varlığı İsrailə geri çəkilməyə məcbur etdi və yaxud da ki, İsraillə savaşlar müəyyən mənada davam edir. Ancaq biz bilirik ki, Həmasın bir növ yaranmasının da səbəbi elə İsrail özü olub. Belə demək mümkünsə, İsrail bu gün əslində Fələstin torpaqlarını tamamilə almaq niyyətindədir, dənizə çıxışını bərpa etməyi planlaşdırır. Ona görə də Qəzzanın bir hissəsi, Qərbi artıq İsrail tərəfindən tamamilə ələ alınır. Bu gün dünya liderləri Misirdə zirvə toplantısına başlayıblar. Bilirsiniz ki, Tramp ilə İsrail Baş naziri Netanyahu və HƏMAS-la bir bağlantı quruldu və onların danışıq masasına oturdulması, müharibənin dayandırılması və Qəzzada insanların tamamilə qətlə yetirilməsi məsələsinə baxılır. Bu gün dünya liderləri Misirdə toplanıb. Tramp Misirə getməzdən öncə İsrailə getdi, İsraildə Netanyahu ilə görüşlər keçirdi, orada danışıqlar aparıldı. Çünki Netanyahu hər zaman deyir ki, Amerikaya bütün proyektlərin nə olacağını biz deyirik.

Yenə də Tramp İsraillə görüşdü, İsrail Baş naziri ilə indi də Misirdə bu danışıqlar masasına oturmaq niyyətindədirlər. Təbii ki, artıq Qəzzada saxlanılan girovları təhvil verirlər, ancaq buna baxmayaraq, nə baş verəcəyini biz hələ bu Misirdə geçən zirvə toplantısının sonunda görəcəyik. İsrail nə qədər ki, Yaxın Şərqdə nüvə silahına malik dövlət kimi var olacaq, o zamana qədər bu ərazidə sakitçilik olacağını düşünmürəm. İndiyə qədər həmin torpaqlarda sakitçilik olmayıb, bundan sonra da olacağını gözləmirəm.

Fələstin dövləti yaransa da oradakı proseslər öz axınında davam edəcək. Çünki burada İran var, burada Türkiyə var və Ərəb dövlətləri var. Hansılar ki, təbii ki, bugün İsraillə daha yaxşı münasibətdədirlər, ancaq İsrailin bir növ torpaq böyütmə iddiaları daha çox oradakı problemləri qabardır. Təbii ki, Yaxın Şərqdə daha üstün bir dövlət olduğunu göstərməsi üçün problemlər yaranır və nüvə silahı olması da İsrailə üstünlük gətirir”.

Səfər

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 13 Oktyabr 2025 21:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən məqbul sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plandır ŞƏRH

26 Noyabr 2025 17:36see294

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see292

Tramp planı beynəlxalq hüquqa sığmır

26 Noyabr 2025 14:10see252

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see239

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see189

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see188

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see170

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see150

Basketbol millimiz ilk matçında uduzdu

28 Noyabr 2025 01:55see145

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see143

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see142

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see138

Tarixdə ən uzun il hansı olub və bu necə baş verib?

26 Noyabr 2025 17:38see136

Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər

27 Noyabr 2025 20:08see128

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see126

Rusiyada dördüncü hava limanı fəaliyyətini dayandırıb

27 Noyabr 2025 08:30see125

Hikmət Hacıyev Aİ nin rəsmi şəxsləri ilə ikitərəfli gündəliyi müzakirə etdi

28 Noyabr 2025 01:34see124

Müəllimə avtobus sükanı arxasında Qadın sürücülərdən reportaj VİDEO

26 Noyabr 2025 09:48see124

Xızıda yük maşını dəmir arakəsməyə çırpıldı ÖZƏL

27 Noyabr 2025 00:31see122

Aİ üçün Rusiya əleyhinə yeni sanksiyalar hazırda prioritet deyil

28 Noyabr 2025 02:36see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri