Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Yay axşamları üçün 5 romantik film: Dəniz, günəş və əyləncə

Yay axşamları üçün 5 romantik film: Dəniz, günəş və əyləncə

Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yay axşamları gərgin trillerlərdən çox, insanın üzündə təbəssüm yaradan romantik filmlər izləmək istəyirik. Günəşli mənzərələr, dəniz sahilləri, sevgi hekayələri və xoş yumorla zəngin ekran əsərləri izləyiciyə sanki kiçik bir tətil hissi yaşadır.

Lent.az belə filmlərdən bir neçəsini təqdim edir.

Spanglish "İspan və ingilis dillərinin qarışığı"

Bu film daha yaxşı həyat axtarışı ilə ABŞ-a köçən Flor və onun qızının hekayəsindən bəhs edir. Flor varlı bir ailənin evində işləməyə başlayır və burada fərqli həyat tərzi, ailədaxili problemlər və mədəniyyət fərqləri ilə üzləşir.

Dil maneəsi zaman keçdikcə insanlar arasında səmimi münasibətlərin qurulmasına mane olmur. Film sevgi, hörmət və anlayışın həyatları dəyişə biləcəyini təsirli şəkildə göstərir.

Two is a family ("2+1")

Bu fransız komediya-dramı həm güldürür, həm də kövrəldir. Samuel adlı qayğısız gəncin həyatı keçmiş sevgilisinin ona balaca qızını gətirib yoxa çıxması ilə tamamilə dəyişir. O, illər ərzində ata olmağı öyrənir.

Günəşli Fransa sahilləri fonunda çəkilən film ailə sevgisi və həyatın gözlənilməz hədiyyələri haqqında unudulmaz hekayə təqdim edir.

Rüzgara Bırak

Türk istehsalı olan bu romantik filmdə baş rolları Barış Arduç və Hande Erçel canlandırırlar. Süjet işgüzar Aslı ilə sörfü müəllimi Egenin qarşıdurması üzərində qurulub.

Aslı dənizkənarı ərazidə lüks kurort tikmək istəyir, Ege isə təbiətin qorunması uğrunda mübarizə aparır. Qarşıdurma zamanla romantik münasibətə çevrilir. Filmin möhtəşəm dəniz mənzərələri və yay atmosferi izləyicini dərhal istirahət ovqatına kökləyir.

Letters to Juliet ("Cülyettaya məktublar")

İtaliyanın füsunkar şəhərlərində keçən bu romantik film gənc jurnalist Sofinin təsadüfən Cülyettaya yazılmış köhnə məktubu tapmasından sonra başlayır.

O, məktubun müəllifini tapmaq üçün yola çıxır və bu səyahət həm keçmişi, həm də indini dəyişdirən sevgi hekayəsinə çevrilir. Verona və Toskana mənzərələri filmin əsas gözəlliklərindən biridir.

Ticket to Paradise ("Cənnətə bilet")

Bir-birinə dözə bilməyən keçmiş ər-arvad qızlarının tələsik evliliyinə mane olmaq üçün Balidə yenidən görüşür. Lakin gözlənilməz hadisələr onların köhnə hisslərini üzə çıxarır. Tropik təbiət, yumor və romantikanın vəhdəti bu filmi yay axşamları üçün ideal seçimə çevirir.

Bu filmlərin hər biri günəşli mənzərələri, romantik atmosferi və pozitiv əhval-ruhiyyəsi ilə izləyiciyə xoş istirahət hissi bəxş edir. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://lent.az
archiveBu xəbər 01 İyul 2026 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see505

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see477

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see286

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see267

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see260

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see259

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see250

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see248

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see247

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see243

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see238

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see226

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see225

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see224

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see216

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see214

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see203

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see200

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see197

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri