Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Yay başlamamış suda boğulmalar başladı: diqqət edilməli 5 QIZIL QAYDA

Yay başlamamış suda boğulmalar başladı: diqqət edilməli 5 QIZIL QAYDA

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Yay mövsümünün başlamasına hələ günlər qalsa da, artıq suda boğulma halları qeydə alınmağa başlayıb. Havanın isinməsi ilə insanlar dəniz sahillərinə, çaylara, göllərə, su kanallarına və digər su hövzələrinə üz tutur. Lakin bir çox hallarda təhlükəsizlik qaydalarına əməl edilməməsi faciə ilə nəticələnir.

Boğulmaların böyük hissəsi nəzarətsiz ərazilərdə çimmək, əlverişsiz hava şəraiti və ehtiyatsız davranış səbəbindən baş verir.

Bəs dənizdə, su kanallarında və digər su hövzələrində istirahət edərkən hansı qaydalara əməl etmək lazımdır? Boğulma riskini azaltmaq üçün nələrə diqqət edilməlidir? 

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlamasında təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev bildirib ki, çimərlikdə təhlükəsizlik məsələsinə ciddi yanaşmaq lazımdır:

“Çimərliyə gedərkən istirahəti planlı şəkildə təşkil etmək vacibdir. Xüsusilə yay aylarında insanlar sərinlənmək və istirahət etmək üçün dəniz, hovuz, su hövzələri, su anbarları, kanallar və digər su məkanlarına üz tuturlar. Buna görə də çimərlikdə və ümumiyyətlə suda istirahət zamanı təhlükəsizlik qaydalarına əməl etmək olduqca önəmlidir”.

Ekspert çimərlikdə təhlükəsizliklə bağlı 5 qızıl qaydanı qeyd edib:

“Əlverişsiz hava şəraitində çimərliyə getməyin. Küləyin sürəti saniyədə 10-12 metri keçdikdə suya girmək təhlükəli ola bilər. Üzgüçülük üçün müəyyən edilmiş sərhədləri keçməyin. Spirtli içkilərin təsiri altında çimərliyə və ya suya girməyin. Nəzarətsiz çimərliklərdən istifadə etməyin. Xilasedici xidmətin olmadığı ərazilərdə çimmək risklidir. Uşaqları nəzarətsiz qoymayın. Uşaqlar daim böyüklərin nəzarəti altında olmalıdır. Bu 5 qızıl qaydaya əməl etməklə çimərlikdə və digər su hövzələrində boğulma və digər bədbəxt hadisələrin qarşısını almaq mümkündür”.

Müsahibimizin sözlərinə görə, əlverişsiz hava şəraiti məsələsinə xüsusilə ciddi yanaşmaq lazımdır:

“Statistik göstəricilər onu deməyə əsas verir ki, dünyada hər il təxminən 370-400 min insan suda boğularaq həyatını itirir. Bu hadisələrin böyük əksəriyyəti, yəni 70 faizdən çoxu məhz əlverişsiz hava şəraiti ilə əlaqədardır. Bu fakt hava şəraitinin nə qədər önəmli amil olduğunu bir daha göstərir”.

Eımar Nurəliyev: Suda boğulma hadisələrinin 95 faizdən çoxu nəzarətsiz çimərliklərin payına düşür

Elmar Nurəliyev əlavə edib ki, digər vacib məsələ nəzarətsiz çimərliklərdir. Dediyinə görə, dünyada qeydə alınan suda boğulma hadisələrinin 95 faizdən çoxu məhz nəzarətsiz çimərliklərin payına düşür. Nəzarətsiz çimərlik dedikdə xilasedici xidmətin olmadığı və çimmək üçün nəzərdə tutulmayan ərazilər nəzərdə tutulur:

"Məlum olduğu kimi, Xəzər dənizinin 825 kilometrlik bütün sahil zolağı çimmək üçün nəzərdə tutulmayıb. Hər il çimərlik mövsümü başlamazdan əvvəl aidiyyəti qurumlar tərəfindən çimərlik sahələrinə baxış keçirilir. Bu zaman suyun dibinin vəziyyəti, sualtı relyef, yarğanlar, akvatoriyanın xüsusiyyətləri, suyun fiziki-kimyəvi və bioloji göstəriciləri, həmçinin sanitar və bakterioloji normalara uyğunluğu araşdırılır. Yalnız bütün təhlükəsizlik tələblərinə cavab verən çimərliklərin fəaliyyətinə icazə verilir. Əgər hər hansı ərazi insanların həyatı və sağlamlığı üçün risk daşıyırsa, həmin çimərliklərin istifadəsinə icazə verilmir”.

Həmsöhbətimiz vurğulayıb ki, fəaliyyətinə icazə verilən çimərliklərdə isə təhlükə riski minimum səviyyədə olur, xilasedici xidmət fəaliyyət göstərir və həmin ərazilər çimmək üçün uyğun hesab edilir:

“Buna görə də vətəndaşlar bu məsələyə ciddi yanaşmalı, yalnız rəsmi icazə verilmiş və xilasedici xidmətlə təmin olunmuş çimərliklərdən istifadə etməlidirlər. Bu, daha təhlükəsiz seçimdir və statistika da bunu təsdiqləyir. Su kanalları, su anbarları, müxtəlif su hövzələri, çaylar və göllər çimmək üçün nəzərdə tutulmayıbsa, həmin ərazilərdə suya girmək insanların həyatı və sağlamlığı üçün ciddi təhlükə yarada bilər”.

Aynur Babazadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 17 İyun 2026 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see769

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see424

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see301

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see287

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see268

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see268

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see267

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see266

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see249

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see240

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see237

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see232

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see231

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see231

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see228

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see227

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see213

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see211

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see208

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri