Icma.az
close
up
RU
“Yay Fest”də humanizm prinsiplərinə həsr olunan düşərgə keçirilib

“Yay Fest”də humanizm prinsiplərinə həsr olunan düşərgə keçirilib

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

“Konstitusiya və Suverenlik İli”nə həsr olunan “Yay Fest 2025” gənclər festivalı çərçivəsində “Humanizm” düşərgəsi təşkil edilib.

AZƏRTAC xəbər verir ki, düşərgədə iyulun 21-dən 25-dək 250 gənc humanist dəyərlər, emosional anlayış və sosial məsuliyyət prinsipləri ətrafında bir araya gələrək həm sosial bacarıqlarını, həm də biliklərini artırıblar. Düşərgənin əsas məqsədi humanizm ideyalarının gənclər arasında təşviq olunması və onların cəmiyyətə qarşı məsuliyyətli fərd kimi formalaşması olub.

Şamaxıda açıq hava şəraitində və çadır formatında baş tutan həmin festival zamanı gənclər bir sıra maarifləndirici sessiyalar, motivasiyaverici çıxışlar, interaktiv təlimlər və panel görüşlər vasitəsilə insan hüquqları, empatiya, könüllülük və sosial məsuliyyət kimi mövzular ətrafında maraqlı müzakirələr aparıblar. Eyni zamanda, gənclər üçün təşkil olunan master-klaslar, kvest oyunları, idman yarışları və haykinq onların sosiallaşmasına, yaradıcılıq və komanda bacarıqlarının inkişafına xidmət edib. Şamaxı Astrofizika Rəsədxanasına təşkil edilən ekskursiya iştirakçıların astronomiya elminə olan marağını artırıb.

Düşərgənin axşam proqramlarında gənclərin fərqli üslublarda hazırladığı səhnəciklər, DJ performansları, eləcə də tonqal ətrafında keçirilən dostluq görüşləri və gənclərin sevimli müğənnilərin canlı ifaları unudulmaz atmosfer yaradıb. Tonqal ətrafında iştirakçılar öz səmimi təəssüratlarını bölüşərək burada qazandıqları bilik və dostluqların onların həyatında dərin iz buraxdıqlarını qeyd ediblər.

Avqustun 29-dək davam edəcək festival çərçivəsində “Milli-mənəvi dəyərlər”, “Həmrəylik”, “Humanizm”, “Ədalət və Qanun”, “İnkişaf”, “Vətənpərvərlik”, “Müstəqillik tarixi” və “Qalib Diplomatiya” mövzularında mərhələli şəkildə 8 düşərgə keçiriləcək. Həmin unikal platforma ümumilikdə 2 mindən çox gənci əhatə edəcək.

Xatırladaq ki, “Yay Fest 2025” Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, IDEA İctimai Birliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, “CAVAN” Gənclər Hərəkatı və “Gənc Könüllülər” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir.

Qeyd edək ki, gənclər http://yayfest.az/  veb-səhifəsi vasitəsilə qeydiyyatdan keçərək növbəti düşərgələrdə iştirak etmək üçün seçimlərə qatıla bilərlər. Seçimlər zamanı 18-25 yaş arası ictimai fəallığı ilə seçilən gənclərə üstünlük veriləcək. Bütün yeniliklərdən, maraqlı və dinamik proqramdan xəbərdar olmaq üçün “Yay Fest”in Instagram (www.instagram.com/yayfest.az/) səhifəsini izləyə bilərsiniz.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 İyul 2025 18:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri