Yayda klubunu dəyişəcək
Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.
Romelu Lukaku yayda “Napoli”dən ayrılacaq.
"Football-plus.az" xəbər verir ki, insayder Nikolo Skiranın məlumatına görə, 32 yaşlı forvardın qərarına onun klubla münasibətlərinin gərginləşməsi səbəb olub.
Lukaku zədəli olmasına, Belçika yığmasının matçlarında iştirak etməməsinə baxmayaraq, milli komandanın düşərgəsində qalıb. “Napoli”nin isə futbolçunun Belçika millisində çalışdığı müddətdə klubla məşqləri buraxmağa davam edəcəyi halda sanksiyalar tətbiq edəcəyi bildirilirdi. Vəziyyət həll olunana qədər Romelunun müvəqqəti olaraq oyunlardan kənarlaşdırılması variantı da istisna edilmirdi. Vəziyyət sonda o qədər gərginləşib ki, onun nümayəndələri Lukaku ilə maraqlanan klublara futbolçunun DÇ-2026-dan dərhal sonra “Napoli”ni tərk edəcəyinə dair məlumat veriblər.
Romelu bu mövsüm 7 oyunda 64 dəqiqə meydanda olub və 1 qol vurub.
Baxış sayı:113
Bu xəbər 02 Aprel 2026 13:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















