Icma.az
close
up
RU
Yayda qidadan zəhərlənməmək üçün nə etməli?

Yayda qidadan zəhərlənməmək üçün nə etməli?

Icma.az bildirir, Saglamolun saytına əsaslanaraq.

Yayın gəlişi ilə qida rasionumuz da təbii olaraq dəyişir.

Meyvə-tərəvəzin bol olduğu bu mövsümdə təəssüflər olsun ki, bəzi insanlar yediklərinə diqqət etmirlər. Nəticədə qida zəhərlənmələri faktı bu aylarda daha da artır. Azyaşlı uşaqlarda isə zəhərlənmə riskləri  daha çoxdur. Bəs görəsən özümüzü və övladlarımızı bu təhlükədən necə qoruya bilərik? Ümumiyyətlə, zəhərlənmə baş verdiyi zaman xəstəyə hansı tibbi yardım göstərilməlidir?

Tibb üzrə ekspert, professor Adil Qeybulla Kaspi.az-a xəbər verib ki, yay fəslində zəhərlənmələrin qarşısını almaq üçün istifadə edilən qidaların növünə, çeşidinə diqqət etmək lazımdır: "Bu aylarda daha çox qarpız, pomidor kimi məhsullardan zəhərlənmə faktlarına rast gəlinir. Tərkibində çoxlu su olan giləmeyvələr yetişdirilərkən müxtəlif gübrə və dərmanlardan istifadə olunur. Bu gübrələr məhsulun tərkibinə təsir göstərir və insan orqanizminə düşdüyü zaman toksiki təsir göstərir. Belə meyvələri kəsən zaman diqqət etmək lazımdır. Məsələn, qarpızın tərkibində çoxlu damarlar varsa və kəsdikdə partlamırsa, deməli, onun tərkibində problem var. Bundan başqa, məhsulların iyinə, dadına, rənginə və formasına fikir vermək lazımdır. Şübhəli məhsullardan qəti şəkildə istifadə edilməməlidir. Bundan başqa, konservləşdirilmiş məhsullardan da zəhərlənmə faktları baş verir. Düzdür, bu zəhərlənmələrə daha çox qış aylarında təsadüf olunur. Çünki konservləşdirilmiş qidalardan daha çox qışda istifadə olunur. Ümumilikdə götürdükdə isə qida məhsulu düzgün saxlanılmadıqda onda toksik infeksiyalar yaranır. Adətən köhnə qidalar belə zəhərlənmələrə səbəb olur. Açıq şəkildə satılan qidalardan istifadə etmək olmaz. Zəhərlənmə baş verdiyi zaman zəhərlənən şəxs dərhal maye qəbul etməlidir. Çünki maye toksiki maddələri sorur. Daha sonra xəstəyə ilkin tibbi yardım göstərilməlidir. Mütləq şəkildə həkimə müraciət etmək lazımdır. Bəzən səhlənkarlıq ucbatından ölüm hadisələri baş verir".

Pediatr Kənan Qarayevdeyir ki, yay fəslində yaşından asılı olmayaraq bütün uşaqların qidalanma növünü düzgün seçmək lazımdır: "Bəzən infeksiyalar qidalanma, hava, su yolu ilə də keçə bilir. Sağlam uşaq xəstə uşaqla kontaktda olduğu, yaxud onun əşyalarından, qabından istifadə etdiyi zaman bu infeksiyalar bir-birinə ötürülür. Ona görə də belə məqamlara diqqət yetirmək lazımdır. Yay meyvə və tərəvəzlərin bol olduğu mövsümdür. Ona görə də meyvə və tərəvəzlərin yuyulmasına, onların saxlanma şəraitinə diqqət yetirmək lazımdır. Mövsümü olmayan qidaların qəbulu tövsiyə edilmir. Təcrübəmizdə mövsümü olmayan qidalardan zəhərlənmə faktlarına tez-tez rast gəlinir. Bu zəhərlənmə uşaqlarda temperatur, ishal, qusma ilə özünü göstərir. Ona görə də daha çox təbii qidalardan istifadəyə üstünlük vermək lazımdır. Tez yetişməsi üçün gübrə verilən məhsulları uşaqlara vermək olmaz. Çünki uşaqlar belə məhsulları yediyi zaman onlarda qida zəhərlənməsi baş verir. Yay aylarında uşaqlar arasında infeksiyalar yayılır. Bu infeksiyalar bağçaya və məktəbə gedən uşaqlar arasında daha tez yayılır. Qidaların tərkibinə, saxlama şəraitinə nəzarət edilməlidir. Zəhərlənmənin ilkin əlamətlərindən biri mədə nahiyəsində ağrıların olmasıdır. Qusma, ishal, temperatur da zəhərlənmənin ilkin əlamətlərindən hesab olunur. Bəzi uşaqlar qidadan zəhərləndiyi zaman ilkin mərhələdə onlarda təkcə temperatur müşahidə olunur. Digər əlamətlər bir neçə gün sonra özünü büruzə verir. Belə olan halda, valideynlər uşaqları ağırlaşmış vəziyyətdə xəstəxanaya çatdırırlar. Ona görə də uşaqlarda temperatur müşahidə edildiyi zaman təcili tibbi yardıma, sahə poliklinikasına, yaxud da ailə həkiminə müraciət etmək lazımdır. Uşaqları ev şəraitində müalicə etmək qətiyyən olmaz. Çünki gecikmə zamanı daha ciddi fəsadlara yol aça bilir. Ona görə də qusma, temperatur  yaxud ishal müşahidə edildiyi zaman dərhal həkimə müraciət etməli və ilkin tədbirlər klinik şəraitdə görülməlidir".

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see737

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see670

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see251

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see247

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see244

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see224

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see218

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see216

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see211

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see200

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see192

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see192

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see187

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see184

"Milan"ın xal itkisi Video

12 Oktyabr 2026 05:18see176

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see175

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see174

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see169

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see169

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri