Yayda yayılan Legioner xəstəliyi nədir? Adil Qeybulla açıqladı
Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Yay mövsümünün yaxınlaşması ilə birlikdə havaların istiləşməsi artıq bir çox evlərdə kondisionerlərin istifadəsini artırıb. Xüsusilə gecə saatlarında sərin mühit yaratmaq üçün saatlarla işlədilən kondisionerlər rahatlıq versə də, həkimlər onların sağlamlığa mənfi təsirləri ilə bağlı xəbərdarlıq edir. Kondisionerin düzgün istifadə olunmaması tənəffüs yolları xəstəlikləri, əzələ ağrıları, allergiya, sinus problemləri və hətta immun sisteminin zəifləməsinə səbəb ola bilər.
Bəs kondisionerdən istifadə zamanı hansı qaydalara əməl edilməlidir və insanlar özlərini bu “gizli təhlükələrdən” necə qoruya bilərlər?
Mövzu ilə bağlı Demokrat.az-a danışan professor Adil Qeybulla bildirib ki, kondisionerlərin vaxtında təmizlənməməsi və düzgün istifadə olunmaması ciddi sağlamlıq problemlərinə səbəb ola bilər:
“İctimaiyyət arasında “kondisioner xəstəliyi” kimi tanınan bu infeksiya tibbdə “Legioner xəstəliyi” və ya legionelyoz adlanır. Xəstəliyə səbəb olan “Legionella pneumophila” bakteriyası əsasən kondisionerlərin təmizlənməyən, rütubətli və su yığılan hissələrində çoxalır. Kondisioner işlədikdə həmin bakteriyalar xırda su damcıları vasitəsilə havaya yayılır və nəfəs yolu ilə insan orqanizminə daxil olur. Legionelyoz ilkin mərhələdə qripə bənzər simptomlarla özünü göstərir. Yüksək hərarət, halsızlıq, quru öskürək, baş və əzələ ağrıları ən çox rast gəlinən əlamətlərdir”.
O deyib ki, vaxtında diaqnoz və düzgün müalicə aparılmadıqda isə xəstəlik ağır ağciyər zədələnməsi və tənəffüs çatışmazlığına qədər irəliləyə bilər:
“Həmçinin uzun müddət kondisioner qarşısında qalmaq və isti havadan qəfil soyuq mühitə keçmək orqanizmin müqavimətini zəiflədərək plevrit kimi iltihabi xəstəliklərin yaranmasına da şərait yarada bilər. Kondisionerlər mövsümi istifadədən əvvəl mütləq texniki baxışdan keçirilməli, filtrləri və daxili hava yolları xüsusi antiseptik vasitələrlə təmizlənib dezinfeksiya olunmalıdır. Sadə görünən baxımsızlıq sonradan ciddi sağlamlıq problemlərinə səbəb ola bilər”.
Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

Bu mövzuda digər xəbərlər:Adil Qeybulla Tofiq Taqublunun son durumunu açıqladı
10 May 2025 20:09
Yer kürəsini böyük təhlükə gözləyir Adil Qeybulla açıqladı
18 Noyabr 2024 20:31
BAKIDA YAYILAN NAMƏLUM VİRUS NƏDİR? Professor Adil Qeybulla AÇIQLADI
08 May 2026 14:00
Adil Qeybulla “Quska”nın müayinəsindən danışdı
05 Dekabr 2024 20:20
Baxış sayı:115
Bu xəbər 10 İyun 2026 15:36 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları